https://sputnik.az/20241023/aviabiletleri-onlayn-geri-qaytarmaq-mumkun-olacaq-468251943.html
Aviabiletləri onlayn geri qaytarmaq mümkün olacaq
Aviabiletləri onlayn geri qaytarmaq mümkün olacaq
Sputnik Azərbaycan
Artıq sərnişinlər "Rezervasiyanın idarə edilməsi" bölməsinə daxil olaraq "Aviabiletin qaytarılması" düyməsini klikləyib dünyanın istənilən yerindən biletlərini... 23.10.2024, Sputnik Azərbaycan
2024-10-23T20:35+0400
2024-10-23T20:35+0400
2024-10-23T20:35+0400
təyyarə
cəmiyyət
azal
onlayn
onlayn sifariş
bilet
bilet satışı
tətbiq
https://cdnn1.img.sputnik.az/img/07e5/03/02/426356527_0:10:2021:1146_1920x0_80_0_0_2c83ebce61f09cdae948c777c65a6d44.jpg
BAKI, 23 oktyabr — Sputnik. Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərə göstərilən xidmətlərin rəqəmsallaşdırılması və rahatlığın artırılması məqsədilə aviabiletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib. Bu barədə AZAAL-dan Sputnik Azərbaycan-a məlumat verilib. Xəbərə görə, yeni xidmətdən aviaşirkətin rəsmi www.azal.az saytında və ya mobil tətbiqində yararlanmaq olar. Bu xidmət sərnişinlərə rezervasiyalarını sərbəst idarə etmək üçün daha geniş imkanlar təqdim edir. Vəsaitlərin geri qaytarılmasını evdən çıxmadan, kassalara və ya çağrı mərkəzinə müraciət etmədən həyata keçirmək mümkündür. Artıq sərnişinlər "Rezervasiyanın idarə edilməsi" bölməsinə daxil olaraq "Aviabiletin qaytarılması" düyməsini klikləyib dünyanın istənilən yerindən biletlərini geri qaytara bilərlər. Proses avtomatik olaraq emal olunur. Tarifdən asılı olaraq, müştərilər aviabiletləri tam və ya qismən geri qaytara bilərlər. Bu, səyahətin müəyyən seqmentləri üzrə vəsaitin geri qaytarılmasına imkan verir. Məsələn, marşrutun bir hissəsi artıq tamamlanıbsa, sərnişin biletin qalan hissəsini geri qaytara bilər. Bu çeviklik səyahət zamanı planları dəyişən sərnişinlər üçün xüsusilə vacibdir. Bundan əlavə, xidmət bir neçə sərnişin üçün də əlçatandır ki, bu da qrup səfərlərinin idarə edilməsini asanlaşdırır. Yəni rezervasiyada bir neçə sərnişin olduğu halda, onlardan birini seçib bileti geri qaytarmaq olar. Aviabiletlərin onlayn geri qaytarılması xidməti haqqında daha ətraflı məlumatı linkdəki videodan əldə etmək olar: https://www.youtube.com/watch?v=7Ph13ZPXiZU AZAL-ın mobil tətbiqini https://bit.ly/azal-app linkindən yükləmək mümkündür. Bu yeniliklər sərnişinlərə daha müasir və rahat xidmətlər təqdim etməyə yönəlib. Rəqəmsal xidmətlərin genişləndirilməsi sərnişinlər üçün yeni imkanlar yaradır və aviaşirkətlə qarşılıqlı əlaqəni daha asan və səmərəli edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/02/426356527_22:0:1949:1445_1920x0_80_0_0_45168f49accc7295c0c2346eb852a116.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təyyarə, azal, onlayn, onlayn sifariş, bilet, bilet satışı, tətbiq
təyyarə, azal, onlayn, onlayn sifariş, bilet, bilet satışı, tətbiq
Aviabiletləri onlayn geri qaytarmaq mümkün olacaq
Artıq sərnişinlər "Rezervasiyanın idarə edilməsi" bölməsinə daxil olaraq "Aviabiletin qaytarılması" düyməsini klikləyib dünyanın istənilən yerindən biletlərini geri qaytara bilərlər.
BAKI, 23 oktyabr — Sputnik. Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərə göstərilən xidmətlərin rəqəmsallaşdırılması və rahatlığın artırılması məqsədilə aviabiletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib. Bu barədə AZAAL-dan Sputnik Azərbaycan-a məlumat verilib. Xəbərə görə, yeni xidmətdən aviaşirkətin rəsmi www.azal.az saytında və ya mobil tətbiqində yararlanmaq olar.
Bu xidmət sərnişinlərə rezervasiyalarını sərbəst idarə etmək üçün daha geniş imkanlar təqdim edir. Vəsaitlərin geri qaytarılmasını evdən çıxmadan, kassalara və ya çağrı mərkəzinə müraciət etmədən həyata keçirmək mümkündür. Artıq sərnişinlər "Rezervasiyanın idarə edilməsi" bölməsinə daxil olaraq "Aviabiletin qaytarılması" düyməsini klikləyib dünyanın istənilən yerindən biletlərini geri qaytara bilərlər. Proses avtomatik olaraq emal olunur.
Tarifdən asılı olaraq, müştərilər aviabiletləri tam və ya qismən geri qaytara bilərlər. Bu, səyahətin müəyyən seqmentləri üzrə vəsaitin geri qaytarılmasına imkan verir. Məsələn, marşrutun bir hissəsi artıq tamamlanıbsa, sərnişin biletin qalan hissəsini geri qaytara bilər. Bu çeviklik səyahət zamanı planları dəyişən sərnişinlər üçün xüsusilə vacibdir. Bundan əlavə, xidmət bir neçə sərnişin üçün də əlçatandır ki, bu da qrup səfərlərinin idarə edilməsini asanlaşdırır. Yəni rezervasiyada bir neçə sərnişin olduğu halda, onlardan birini seçib bileti geri qaytarmaq olar.
Aviabiletlərin onlayn geri qaytarılması xidməti haqqında daha ətraflı məlumatı linkdəki videodan əldə etmək olar: https://www.youtube.com/watch?v=7Ph13ZPXiZU
AZAL-ın mobil tətbiqini
https://bit.ly/azal-app linkindən yükləmək mümkündür.
Bu yeniliklər sərnişinlərə daha müasir və rahat xidmətlər təqdim etməyə yönəlib. Rəqəmsal xidmətlərin genişləndirilməsi sərnişinlər üçün yeni imkanlar yaradır və aviaşirkətlə qarşılıqlı əlaqəni daha asan və səmərəli edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.