https://sputnik.az/20241023/2025-ci-ilde-fesillerin-azerbaycana-daxilolma-vaxtlari-aciqlanib-468253501.html
2025-ci ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb
2025-ci ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb
Sputnik Azərbaycan
Gələn il payız fəslinin Azərbaycana daxil olması sentyabrın 22-si saat 22:19:16-ya təsadüf edəcək. 23.10.2024, Sputnik Azərbaycan
2024-10-23T23:37+0400
2024-10-23T23:37+0400
2024-10-24T10:32+0400
azərbaycan
cəmiyyət
fəsil
payız
yaz
yaz fəsli
yay
qış
qış fəsli
günəş tutulması
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/15/436526528_0:158:3080:1891_1920x0_80_0_0_f48ebae935d7dde3a30fb0aa3a853fcc.jpg
BAKI, 23 oktyabr — Sputnik. 2025-ci ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, gələn il yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq. Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i saat 06:42:11-də daxil olacaq. Bu zaman Şimal yarımkürəsində yay, Cənub yarımkürəsində isə qış fəsli başlayır. Həmin vaxt Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz (gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə) və ən qısa gecə (gecənin uzunluğu 8 saat 56 dəqiqə 36 saniyə) olur. Yay fəslinin uzunluğu 93 gün 15 saat 37 dəqiqə 5 saniyə təşkil edəcək. Gələn il payız fəslinin Azərbaycana daxil olması sentyabrın 22-si saat 22:19:16-ya təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edib, ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayır. Payız fəslinin uzunluğu 89 gün 20 saat 43 dəqiqə 45 saniyə olacaq. 2025-ci ildə qış fəsli (Qış günəş duruşu) Azərbaycana dekabrın 21-i saat 19:03:01-da daxil olacaq, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə) olur. Qış fəslinin uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə təşkil edəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/15/436526528_175:0:2906:2048_1920x0_80_0_0_0830eaab3f9e7855cbb77be22b8ba339.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, fəsil, payız, yaz, yaz fəsli, yay, qış, qış fəsli, günəş tutulması, cənub
azərbaycan, fəsil, payız, yaz, yaz fəsli, yay, qış, qış fəsli, günəş tutulması, cənub
2025-ci ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb
23:37 23.10.2024 (Yenilənib: 10:32 24.10.2024) Gələn il payız fəslinin Azərbaycana daxil olması sentyabrın 22-si saat 22:19:16-ya təsadüf edəcək.
BAKI, 23 oktyabr — Sputnik. 2025-ci ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Bildirilib ki, gələn il yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq. Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i saat 06:42:11-də daxil olacaq. Bu zaman Şimal yarımkürəsində yay, Cənub yarımkürəsində isə qış fəsli başlayır. Həmin vaxt Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz (gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə) və ən qısa gecə (gecənin uzunluğu 8 saat 56 dəqiqə 36 saniyə) olur. Yay fəslinin uzunluğu 93 gün 15 saat 37 dəqiqə 5 saniyə təşkil edəcək.
Gələn il payız fəslinin Azərbaycana daxil olması sentyabrın 22-si saat 22:19:16-ya təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edib, ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayır. Payız fəslinin uzunluğu 89 gün 20 saat 43 dəqiqə 45 saniyə olacaq.
2025-ci ildə qış fəsli (Qış günəş duruşu) Azərbaycana dekabrın 21-i saat 19:03:01-da daxil olacaq, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə) olur. Qış fəslinin uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə təşkil edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.