Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Yağış yağan kimi Bakıda su niyə dizə çıxır? Rəsmi açıqlama

© Photo : Courtesy of Elchin RustamliQaraçuxur qəsəbəsi yağışdan sonra vəziyyət
Qaraçuxur qəsəbəsi yağışdan sonra vəziyyət - Sputnik Azərbaycan, 1920, 22.10.2024
Abunə olmaq
Ceyhun Musaoğlu bildirib ki, obyektlərin çoxu magistral xəttlərin, su xəttlərinin, kollektorların üzərində tikilərək kollektorların üzərinə beton tökülüb.
BAKI, 22 oktyabr — Sputnik. "Bakı şəhərində yağış suları tullantı sularını axıdan kanalizasiya xətlərinə axıdılır. Bu isə yağıntı normadan artıq düşən kimi problemlər yaradır". Bunu dünəndən paytaxta yağan yağışın küçələrdə yaratdığı fəsadlara münasibət bildirən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib.
Qurum sözçüsü bildirib ki, paytatxın əksər ərazilərində fəaliyyət göstərən kollektorlar sovet dövründən qalan, bəziləri istismar müddətini bitirən borulardır:
© Photo : Courtesy of Jeyhun MusaogluCeyhun Musaoğlu
Ceyhun Musaoğlu - Sputnik Azərbaycan, 1920, 22.10.2024
Ceyhun Musaoğlu

"Bu borular zaman-zaman dəyişdirilir və dəyişdiriləcək. Əslində yağış suları axıdan drenaj sistemi ilə tullantı sularını axıdan sistem fərqli fəaliyyət göstərməlidir. Amma bəzi yerlərdə drenaj sistemi ilə axıntı sularını aparan kollektorlar demək olar ki, birləşib eyni funksiyanı yerinə yetirirlər. Bu da doğru deyil. Bunların da zaman-zaman bir-birindən ayrılması prosesi həyata keçiriləcək".

C.Musaoğlunun sözlərinə görə, Bakıda yağan yağış illik normadan dəfələrlə artıqdır. Bu da tullantı sularının axıdılması, o cümlədən yağış sularının axıdılması üçün istifadə olunan kollektorlarda, borularda, təbii ki, problemlər yaradır:
"Əgər bu kollektorlar, borular məlum miqdar üçün nəzərdə tutulmuşdursa, ondan dəfələrlə çox su miqdarı şəhərimizin küçələrində yaranıbsa, belə hal baş verməli idi. Yeri gəlmişkən belə hal tək bu il deyil baş verir. Demək olar ki, payız aylarında şəhərimizin küçələrində suların yığılması halları olub. Bu hallar Avropanın inkişaf etmiş əksər ölkələrində və şəhərlərində yaşanmaqdadır".
© Photo : Courtesy of Elchin RustamliQaraçuxur qəsəbəsi yağışdan sonra vəziyyət
Qaraçuxur qəsəbəsi yağışdan sonra vəziyyət - Sputnik Azərbaycan, 1920, 22.10.2024
Qaraçuxur qəsəbəsi yağışdan sonra vəziyyət
Qurum səlahiyyətlisi onu da əlavə edib ki, Bakıda əhali sayının və tikililərin sürətlə artması, eləcə də nizamsız insaşı yağış sularının idarəolunmasına problemlər yaradır.

"On beş, iyirmi il əvvəl Bakıda 2 milyon əhali vardı. Həmçinin, bu qədər tikintilər, evlər də yox idi. Amma bu gün Bakı şəhərində 5 milyondan çox əhali var. Tikintilərin də sayı yüz dəfələrlə artıb. Həyət evlərinin çoxu harada gəldi inşa olunub. Obyektlərin çoxu magistral xəttlərin, su xəttlərinin, kollektorların üzərində tikilib. Əksər kollektorlarımız qapalı vəziyyətdədir. Onların üzərinə beton tökülüb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) bu arzuolunmaz vəziyyəti aradan qaldırmağa çalışır. Əvvəl təkcə "Azərsu" var idi. Bu gün isə ADSEA var. Bu agentliyin tərkibində 5 publik hüquqi şəxs, 1 xidmət fəaliyyət göstərir. Onlar İri Şəhərlərin Birləşmiş Su Təchizatına xidmət edir. Onlardan biri Regional Su Meliorasiya Publik Hüquqi Şəxsidir. Bunlar onu deməyə əsas verir ki, bu kimi neqativ vəziyyətlər mütləq aradan qaldırılacaq".

© Photo : Courtesy of Elchin RustamliQaraçuxur qəsəbəsi yağışdan sonra vəziyyət
Qaraçuxur qəsəbəsi yağışdan sonra vəziyyət - Sputnik Azərbaycan, 1920, 22.10.2024
Qaraçuxur qəsəbəsi yağışdan sonra vəziyyət
C.Musaoğlu onu da bildirib ki, bu problemlər həll olunanadək yağıntılı hava şəraiti ilə bağlı qurum gücləndirilmiş iş rejimində fəaliyyət göstərir:

"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin su və kanalizasiya sistemləri ilə məşğul olan qurumumuzun əməkdaşları gecə-gündüz fəaliyyətdədir. Poetik desək, bütün günü əməkdaşlarımız küçələrdədirlər, əhalinin su keşiyini çəkirlər. Normadan artıq yağan yağışların yaratdığı fəsadlarla bağlı olaraq demək olar ki, bütün əməkdaşlarımız - rəhbərlikdən tutmuş işçilərə qədər, hamı hadisə yerindədir. Hər kəs şəhərimizi bu vəziyyətdən qurtarmaq üçün eyni güclə çalışır. Çünki hamımızın evindən, küçəsindən söhbət gedir. Əgər bir evi su basıbsa, bu hamımızındır. Bizim rəhbərlik məsələyə belə yanaşır".

Qurum rəsmisi hər gün su-kanal idarələrinin drenaj sistemlərinin təmizlənməsi ilə bağlı hesabatlar verdiyini və bunun ictimaiyyətə foto və videolarla təqdim edildiyini söyləyib. Onun sözlərinə görə, bəzən işçi qüvvəsi, texnika çatmır.
"Qobuda, Lökbatanda qayalarda suyun axıdılması üçün nəzərdə tutulan cığırların üzərində evlər, restoranlar tikilib. Artıq su həmin cığırlardan axıb kanallara tökülə bilmir ki, sonda dənizə tökülsün", - deyə Cehyun Musaoğlu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
FHN əməkdaşları - Sputnik Azərbaycan, 1920, 22.10.2024
PAYTAXT XƏBƏRLƏRİ
Subasma ərazilərindən 31 nəfər xilas edildi - Foto Video
Xəbər lenti
0