Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Subasma ərazilərindən 31 nəfər xilas edildi - Foto Video

FHN əməkdaşları - Sputnik Azərbaycan, 1920, 22.10.2024
Abunə olmaq
Fövqəladə Hallar Nazirliyinin qüvvələri intensiv yağışlarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işlərinə cəlb olunub.
BAKI, 22 oktyabr — Sputnik. Xəbər verildiyi kimi, ötən gündən etibarən Fövqəladə Hallar Nazirliyinin qüvvələri intensiv yağışlarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işlərinə cəlb olunub.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Kiçikhəcmli Gəmilərə Nazarət və Sularda Xilasetmə Dövlət Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən fasiləsiz olaraq su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir. Tədbirlər çərçivəsində ümumilikdə 31 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.
Hazırda bir sıra ünvanlarda əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0