https://sputnik.az/20241022/qarabag-azerbaycanin-beynelxalq-seviyyede-taninmis-erazisidir---alen-simonyan-468205804.html
Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir - Alen Simonyan
Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir - Alen Simonyan
Sputnik Azərbaycan
Manukyan spikerdən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Azərbaycana "Dağlıq Qarabağ"da əməliyyat keçirməyə icazə verməsi tezisini haradan aldığını... 22.10.2024, Sputnik Azərbaycan
2024-10-22T15:53+0400
2024-10-22T15:53+0400
2024-10-22T15:54+0400
alen simonyan
dünya xəbərləri
qarabağ
azərbaycan
qarabağ azərbaycandır
ermənistan
ərazi bütövlüyü
hakimiyyət
https://cdnn1.img.sputnik.az/img/07e8/04/18/464144107_0:0:3071:1728_1920x0_80_0_0_9487c6bca3847b41fe969edc1bcec572.jpg
BAKI, 22 oktyabr — Sputnik. "Dağlıq Qarabağ" Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və elə də qalır. Bunu Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan parlament tribunasında müxalifətçi deputat Qeqam Manukyanla şifahi söz atışması zamanı deyib. Bundan əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan müsahibəsində Azərbaycanın "BMT Təhlükəsizlik Şurasının ən azı 3-4 qətnaməsi" ilə "Dağlıq Qarabağ"da əməliyyat keçirdiyini etiraf etmişdi. Manukyan spikerdən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Azərbaycana "Dağlıq Qarabağ"da əməliyyat keçirməyə icazə verməsi tezisini haradan aldığını soruşub. Simonyan cavabında xatırladıb ki, "Dağlıq Qarabağ" heç vaxt müstəqil dövlət kimi tanınmayıb, Azərbaycanın tərkibində olub. O, Manukyana müraciət edərək vurğulayıb ki, keçmiş hakimiyyət dövründə Ermənistanın inzibati-ərazi bölgüsü haqqında qanun müzakirə edilib və qəbul edilib. Manukyan qeyd edib ki, BMT-nin qətnamələri "Dağlıq Qarabağ"ın statusuna aid deyil, onlar atəşkəs haqqındadır. Simonyan cavabında BMT Təhlükəsizlik Şurasının qətnamələrini müzakirə etməyə hazır olduğunu, lakin iclas zalında mümkün olmadığını bildirib. Qeyd edək ki, Ermənistanın hazırkı hakimiyyəti dəfələrlə Azərbaycanın 86,6 min kvadratmetr km ərazisi olan ərazi bütövlüyünü tanımağa hazır olduğunu bəyan edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/18/464144107_340:0:3071:2048_1920x0_80_0_0_694d609c6e03134336da8a14d081373b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
alen simonyan, qarabağ, azərbaycan, qarabağ azərbaycandır, ermənistan, ərazi bütövlüyü, hakimiyyət
alen simonyan, qarabağ, azərbaycan, qarabağ azərbaycandır, ermənistan, ərazi bütövlüyü, hakimiyyət
Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir - Alen Simonyan
15:53 22.10.2024 (Yenilənib: 15:54 22.10.2024) Manukyan spikerdən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Azərbaycana "Dağlıq Qarabağ"da əməliyyat keçirməyə icazə verməsi tezisini haradan aldığını soruşub.
BAKI, 22 oktyabr — Sputnik. "Dağlıq Qarabağ" Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və elə də qalır. Bunu Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan parlament tribunasında müxalifətçi deputat Qeqam Manukyanla şifahi söz atışması zamanı deyib.
Bundan əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan müsahibəsində Azərbaycanın "BMT Təhlükəsizlik Şurasının ən azı 3-4 qətnaməsi" ilə "Dağlıq Qarabağ"da əməliyyat keçirdiyini etiraf etmişdi.
Manukyan spikerdən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Azərbaycana "Dağlıq Qarabağ"da əməliyyat keçirməyə icazə verməsi tezisini haradan aldığını soruşub.
Simonyan cavabında xatırladıb ki, "Dağlıq Qarabağ" heç vaxt müstəqil dövlət kimi tanınmayıb, Azərbaycanın tərkibində olub. O, Manukyana müraciət edərək vurğulayıb ki, keçmiş hakimiyyət dövründə Ermənistanın inzibati-ərazi bölgüsü haqqında qanun müzakirə edilib və qəbul edilib.
"Biz qanundan danışırıq və mənim açıqlamalarımda heç bir yenilik yoxdur", - Simonyan bildirib.
Manukyan qeyd edib ki, BMT-nin qətnamələri "Dağlıq Qarabağ"ın statusuna aid deyil, onlar atəşkəs haqqındadır.
Simonyan cavabında BMT Təhlükəsizlik Şurasının qətnamələrini müzakirə etməyə hazır olduğunu, lakin iclas zalında mümkün olmadığını bildirib.
"Mən başa düşürəm ki, siz hər bir sözdən yapışıb, bunun üzərində tezislər qura, nəyisə sübut etməyə çalışa bilərsiniz, amma fakt faktlığında qalır. Bəhs etdiyimiz ərazi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və belədir", - Simonyan vurğulayıb.
Qeyd edək ki, Ermənistanın hazırkı hakimiyyəti dəfələrlə Azərbaycanın 86,6 min kvadratmetr km ərazisi olan ərazi bütövlüyünü tanımağa hazır olduğunu bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.