CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İpoteka və Kredit Zəmanət Fondu 157 milyon manatlıq mənzil alır

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv
Azərbaycan manatı, arxiv - Sputnik Azərbaycan, 1920, 22.10.2024
Abunə olmaq
Belə ki, tenderdə satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınmasını nəzərdə tutulur.
BAKI, 22 oktyabr — Sputnik. Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 157 milyon manatlıq mənzil alır.
Fond bununla bağlı tender elan edib. Belə ki, tenderdə satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınmasını nəzərdə tutulur. Satın alınması nəzərdə tutulan yaşayış sahələrinin ümumi maksimal sayı 520 ədəd olmaqla, 1, 2, 3 və ya 4 otaqlı olmalıdır. Ehtimal olunan qiymət 157 milyon manatdır.
Qeyd edilib ki, vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satınalınması Bakı şəhəri ərazisində 7-ci və 8-ci zonalar üzrə həyata keçiriləcək.
Təqdim ediləcək yaşayış sahələri eyni binada (və ya bina kompleksində) yerləşməlidir, fərqli bina (və ya bina komplekslərində) yerləşən yaşayış sahələrinin təqdim edilməsinə yol verilmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0