Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Neft Emalı Zavodunda yanğında xəsarət alan olub? Rəsmi açıqlama

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)FHN yanğınsöndürənləri, arxiv
FHN yanğınsöndürənləri, arxiv - Sputnik Azərbaycan, 1920, 22.10.2024
Abunə olmaq
Bu gün Bakı Neft Emalı Zavodunun koks qurğusunda yanğın qeydə alınıb. Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
BAKI, 22 oktyabr — Sputnik. Bu gün Bakı Neft Emalı Zavodunda baş verən yanğın nəticəsində xəsarət alan olmayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə "SOCAR Downstream Management" MMC məlumat yayıb.

"Hadisə nəticəsində xəsarət alan yoxdur. Əlavə məlumat təqdim olunacaq", - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Bakı Neft Emalı Zavodunun koks qurğusunda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən alov söndürülüb.
22.10.24, 12:40
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.
Sputnik Azərbaycan xəbər verir ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Əlavə məlumat veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0