Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Moskva və Əbu-Dabi tərəfdaşlığı: BƏƏ və Aİİ arasında münasibətlərdə yeni mərhələ

© Sputnik / Артем Геодакян / POOL / Mediabanka keçidBƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan və Rusiya Prezidenti Vladimir Putin
BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan və Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 22.10.2024
Abunə olmaq
2023-cü ildə Rusiya ilə BƏƏ arasında ticarət dövriyyəsi 11 milyard dolları ötüb.
BAKI, 22 oktyabr — Sputnik. Birləşmiş Ərəb Əmirlikləri Avrasiya İqtisadi İttifaqı ilə tərəfdaşlıq sazişi üzərində işləməyə davam edir ki, bu da Aİİ üzvü olan ölkələrlə iqtisadi əlaqələri möhkəmləndirməlidir.
Bunu BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

"BƏƏ Avrasiya İqtisadi İttifaqı ilə hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi bağlamaq üçün fəal işləyir. Bu sənəd ittifaq üzvləri ilə iqtisadi əlaqələrin möhkəmləndirilməsində mühüm addım olacaq", - Əl Nahyan qeyd edib.

BƏƏ ilə Aİİ arasında azad ticarət zonasının yaradılması üzrə danışıqlar ötən ilin martında başlayıb. Bu müddət ərzində məsləhətləşmələrin bir neçə raundu keçirilib. Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, saziş tariflərin azaldılması, gömrük və sənaye əməkdaşlığı, elektron ticarət, əqli mülkiyyət və ticarətin qorunması tədbirləri kimi əsas aspektləri əhatə edəcək.
Aİİ 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq iqtisadi birlikdir. Onun üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır. Bu, malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini təmin edən ən böyük birliklərdən biridir.
Rusiya ilə ticarətə xüsusi diqqət yetirilir
Əl Nahyan, xüsusilə 2018-ci ildə strateji tərəfdaşlıq elan edildikdən sonra BƏƏ və Rusiya arasındakı münasibətlərin strateji və tarixi əhəmiyyətini də vurğulayıb. O qeyd edib ki, 2018-ci ildə neft sənayesi istisna olmaqla, ölkələr arasında ticarət dövriyyəsi 2,5 milyard dollar təşkil edib, 2023-cü ilə qədər isə bu rəqəm 11 milyard dolları ötüb.
"Daha yaxşı nəticələr əldə etmək üçün hər cür səy göstərməyə hazırıq" - BƏƏ prezidenti əlavə edib.
Bir gün əvvəl Əl Nəhyan Moskvaya gəlib və orada Vladimir Putinlə görüşüb. Moskva yaxınlığındakı Novo-Oqarevodakı iqamətgahda, qeyri-rəsmi şəraitdə liderlər iqtisadi əməkdaşlığın genişləndirilməsi və turist mübadiləsinin inkişafı məsələlərini müzakirə ediblər. Bundan əlavə, söhbət zamanı mühüm regional məsələlərə, o cümlədən Yaxın Şərqdəki vəziyyət və Ukrayna münaqişəsinə toxunulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0