https://sputnik.az/20241022/mobil-operatorlar-musterilerinin-kredit-tarixcesini-kredit-burolarina-teqdim-ede-bilecek-468220800.html
Mobil operatorlar müştərilərinin kredit tarixçəsini kredit bürolarına təqdim edə biləcək
Mobil operatorlar müştərilərinin kredit tarixçəsini kredit bürolarına təqdim edə biləcək
Sputnik Azərbaycan
Layihədə qeyd edilib ki, bu addım kredit təşkilatlarından kredit götürmək üçün müraciət edən şəxslərin ödəmə qabiliyyətini və borc öhdəliklərinin icra... 22.10.2024, Sputnik Azərbaycan
2024-10-22T17:47+0400
2024-10-22T17:47+0400
2024-10-22T17:56+0400
kredit
cəmiyyət
mobil operator
siyasi büro
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427929093_0:94:2497:1498_1920x0_80_0_0_870d978eb51da99c7d49703c30dca765.jpg
BAKI, 22 oktyabr — Sputnik. Kredit tarixçəsi subyektlərinin (barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxsin) kredit tarixçələri ilə bağlı məlumatları razılıq almadan təqdim edən məlumat təchizatçılarının sırasına mobil telefon operatorları da daxil edilir. Milli Məclisin iclasında "Kredit büroları haqqında" qanuna dəyişiklik müzakirə edilib. Bununla da mobil telefon operatorları müştəriləri olan kredit tarixçəsi subyektlərinin məlumatlarını onların razılığı olmadan kredit bürolarına təqdim edə biləcəklər. Layihədə qeyd edilib ki, bu addım kredit təşkilatlarından kredit götürmək üçün müraciət edən şəxslərin ödəmə qabiliyyətini və borc öhdəliklərinin icra intizamını qiymətləndirmək imkanını artıracaq. Hazırda analoji qayda (müvafiq məlumatların təqdim olunması üçün razılığın tələb olunmaması) kommunal xidmətləri göstərən müəssisələrə tətbiq olunur. Layihəyə əsasən, kredit bürosuna verilən neqativ məlumatlar (kredit tarixçəsi subyektinin borc öhdəliyinin yarandığı vaxtdan onun ödəmə qabiliyyətini və borc öhdəliyinin icra intizamını mənfi xarakterizə edən hər hansı məlumat) barədə bildirişlər kredit tarixçəsi subyektinə kredit bürosu tərəfindən ötürüləcək. Bu dəyişikliyə əsasən kredit tarixçəsi subyekti onun barəsində kredit bürosuna daxil olan neqativ məlumatla bağlı ödənişsiz bildiriş almaq hüququna malik olacaq. Nəticədə borcalanlar hər hansı ehtiyatsızlıqdan, vaxt məhdudiyyətindən və s. oxşar xarakterli səbəblərdən yaranan neqativ məlumatlar barəsində xəbərdar olaraq, onları vaxtında aradan qaldıra biləcəklər. Layihədə qeyd edilib ki, qanun layihəsi kredit bürolarında toplanan məlumatların dairəsini genişləndirilərək kredit tarixçəsi subyektlərinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının daha geniş məlumatlar əsasında qiymətləndirilməsi imkanlarını artıracaq, həmçinin borcalanların onlar barəsində yaranan neqativ məlumatlar barəsində məlumatlandırılması təmin ediləcək və bu əsasda borcalanlar öz borclarını daha effektiv idarəetmə imkanları əldə edəcəklər. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. Qeyd edək ki, "Kredit büroları haqqında" qanun Azərbaycan Respublikasında kredit bürolarının yaradılmasının və fəaliyyətinin hüquqi əsaslarını, kredit büroları tərəfindən kredit tarixçələrinin formalaşdırılması və məlumatdan istifadə prinsiplərini müəyyən edir, kredit bürolarının, kredit tarixçəsi subyektlərinin, məlumat təchizatçılarının və istifadəçilərinin hüquq və vəzifələrini, eləcə də kredit büroları üzərində nəzarət məsələlərini tənzimləyir. Bu qanunun məqsədi fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsinə dəstək verilməsidir. Kredit tarixçəsi - məlumatların saxlandığı üsul və formadan asılı olmayaraq kredit tarixçəsi subyektinin cari və ödənilmiş borcları, borc öhdəliklərinin təminatı ilə bağlı, habelə ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsi üçün lazım olan digər məlumatların məcmusudur. Kredit tarixçəsinin subyekti - barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxsdir. Kredit büroları məhdud məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradılır. Kredit bürosunun fəaliyyəti üçün tələb olunan nizamnamə kapitalının minimum məbləğini Mərkəzi Bank müəyyən edir. Kredit bürosu kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatları toplayır, saxlayır, təhlil edir və kredit hesabatlarını verir. Kredit bürosunun informasiya sistemi "Fərdi məlumatlar haqqında" qanunda müəyyən olunmuş tələblərə cavab verməlidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427929093_186:0:2309:1592_1920x0_80_0_0_c159a3f91c4021cd48b345d935b693e4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
kredit, mobil operator, siyasi büro, azərbaycan
kredit, mobil operator, siyasi büro, azərbaycan
Mobil operatorlar müştərilərinin kredit tarixçəsini kredit bürolarına təqdim edə biləcək
17:47 22.10.2024 (Yenilənib: 17:56 22.10.2024) Layihədə qeyd edilib ki, bu addım kredit təşkilatlarından kredit götürmək üçün müraciət edən şəxslərin ödəmə qabiliyyətini və borc öhdəliklərinin icra intizamını qiymətləndirmək imkanını artıracaq.
BAKI, 22 oktyabr — Sputnik. Kredit tarixçəsi subyektlərinin (barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxsin) kredit tarixçələri ilə bağlı məlumatları razılıq almadan təqdim edən məlumat təchizatçılarının sırasına mobil telefon operatorları da daxil edilir.
Milli Məclisin iclasında "Kredit büroları haqqında" qanuna dəyişiklik müzakirə edilib.
Bununla da mobil telefon operatorları müştəriləri olan kredit tarixçəsi subyektlərinin məlumatlarını onların razılığı olmadan kredit bürolarına təqdim edə biləcəklər.
Layihədə qeyd edilib ki, bu addım kredit təşkilatlarından kredit götürmək üçün müraciət edən şəxslərin ödəmə qabiliyyətini və borc öhdəliklərinin icra intizamını qiymətləndirmək imkanını artıracaq. Hazırda analoji qayda (müvafiq məlumatların təqdim olunması üçün razılığın tələb olunmaması) kommunal xidmətləri göstərən müəssisələrə tətbiq olunur.
Layihəyə əsasən, kredit bürosuna verilən neqativ məlumatlar (kredit tarixçəsi subyektinin borc öhdəliyinin yarandığı vaxtdan onun ödəmə qabiliyyətini və borc öhdəliyinin icra intizamını mənfi xarakterizə edən hər hansı məlumat) barədə bildirişlər kredit tarixçəsi subyektinə kredit bürosu tərəfindən ötürüləcək. Bu dəyişikliyə əsasən kredit tarixçəsi subyekti onun barəsində kredit bürosuna daxil olan neqativ məlumatla bağlı ödənişsiz bildiriş almaq hüququna malik olacaq. Nəticədə borcalanlar hər hansı ehtiyatsızlıqdan, vaxt məhdudiyyətindən və s. oxşar xarakterli səbəblərdən yaranan neqativ məlumatlar barəsində xəbərdar olaraq, onları vaxtında aradan qaldıra biləcəklər.
Layihədə qeyd edilib ki, qanun layihəsi kredit bürolarında toplanan məlumatların dairəsini genişləndirilərək kredit tarixçəsi subyektlərinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının daha geniş məlumatlar əsasında qiymətləndirilməsi imkanlarını artıracaq, həmçinin borcalanların onlar barəsində yaranan neqativ məlumatlar barəsində məlumatlandırılması təmin ediləcək və bu əsasda borcalanlar öz borclarını daha effektiv idarəetmə imkanları əldə edəcəklər.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, "Kredit büroları haqqında" qanun Azərbaycan Respublikasında kredit bürolarının yaradılmasının və fəaliyyətinin hüquqi əsaslarını, kredit büroları tərəfindən kredit tarixçələrinin formalaşdırılması və məlumatdan istifadə prinsiplərini müəyyən edir, kredit bürolarının, kredit tarixçəsi subyektlərinin, məlumat təchizatçılarının və istifadəçilərinin hüquq və vəzifələrini, eləcə də kredit büroları üzərində nəzarət məsələlərini tənzimləyir.
Bu qanunun məqsədi fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsinə dəstək verilməsidir.
Kredit tarixçəsi - məlumatların saxlandığı üsul və formadan asılı olmayaraq kredit tarixçəsi subyektinin cari və ödənilmiş borcları, borc öhdəliklərinin təminatı ilə bağlı, habelə ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsi üçün lazım olan digər məlumatların məcmusudur.
Kredit tarixçəsinin subyekti - barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxsdir.
Kredit büroları məhdud məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradılır. Kredit bürosunun fəaliyyəti üçün tələb olunan nizamnamə kapitalının minimum məbləğini Mərkəzi Bank müəyyən edir. Kredit bürosu kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatları toplayır, saxlayır, təhlil edir və kredit hesabatlarını verir. Kredit bürosunun informasiya sistemi "Fərdi məlumatlar haqqında" qanunda müəyyən olunmuş tələblərə cavab verməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.