https://sputnik.az/20241022/biz-sulh-muqavilesini-pasinyanla-yox-ermenistan-dovleti-ile-baglayiriq---ziyafet-esgerov-468201949.html
Biz sülh müqaviləsini Paşinyanla yox, Ermənistan dövləti ilə bağlayırıq - Ziyafət Əsgərov
Biz sülh müqaviləsini Paşinyanla yox, Ermənistan dövləti ilə bağlayırıq - Ziyafət Əsgərov
Sputnik Azərbaycan
Milli Məclisin sədr müavini qeyd edib ki, hazırda Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı iddialarda “Dağlıq Qarabağ” ifadəsindən... 22.10.2024, Sputnik Azərbaycan
2024-10-22T11:42+0400
2024-10-22T11:42+0400
2024-10-22T11:42+0400
cəmiyyət
milli məclis
iclas
ziyafət əsgərov
sülh
müqavilə
https://cdnn1.img.sputnik.az/img/41241/95/412419500_0:0:1600:901_1920x0_80_0_0_cdb9f16b043337c81e4fdfe49bb9800a.jpg
BAKI, 22 oktyabr— Sputnik. "Ermənistan sülh müqaviləsinin bağlanmasını əngəlləməkdə davam edir. Sülh müqaviləsinin bağlanması üçün Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları götürülməlidir". Bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin sədr müavini Ziyafət Əsgərov deyib. Sədr müavini bildirib ki, bu müqavilənin imzalanması üçün Ermənistanda referendum keçirilməlidir:Z.Əsgərov qeyd edib ki, hazırda Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı iddialarda “Dağlıq Qarabağ” ifadəsindən istifadə edilir:Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla sülh prosesinin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcəyini bəyan edib. ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edən dövlət başçısı xatırladıb ki, sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarı məhz Azərbaycan olub:Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20241021/bayden-azerbaycan-prezidenti-lham-eliyeve-mektub-unvanlayib-468184417.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41241/95/412419500_187:0:1600:1060_1920x0_80_0_0_3a35fe7ea645253015ac36095aca08c4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
milli məclis, iclas, ziyafət əsgərov, sülh, müqavilə
milli məclis, iclas, ziyafət əsgərov, sülh, müqavilə
Biz sülh müqaviləsini Paşinyanla yox, Ermənistan dövləti ilə bağlayırıq - Ziyafət Əsgərov
Milli Məclisin sədr müavini qeyd edib ki, hazırda Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı iddialarda “Dağlıq Qarabağ” ifadəsindən istifadə edilir. Bu halda sülh müqaviləsi necə imzalana bilər?.
BAKI, 22 oktyabr— Sputnik. "Ermənistan sülh müqaviləsinin bağlanmasını əngəlləməkdə davam edir. Sülh müqaviləsinin bağlanması üçün Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları götürülməlidir". Bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin sədr müavini Ziyafət Əsgərov deyib.
Sədr müavini bildirib ki, bu müqavilənin imzalanması üçün Ermənistanda referendum keçirilməlidir:
"Biz müqaviləni Paşinyanla yox, Ermənistan dövləti ilə bağlayırıq. Bu müqavilənin arxasında Ermənistan xalqının siyasi rəyi durmalıdır".
Z.Əsgərov qeyd edib ki, hazırda Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı iddialarda “Dağlıq Qarabağ” ifadəsindən istifadə edilir:
“Bu halda sülh müqaviləsi necə imzalana bilər? Bir daha xatırlatmaq istəyirəm ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalanmasının qarşısını alan bu ölkənin öz konstitusiyasıdır. Çünki Ermənistan konstitusiyasında və müstəqillik aktında “Dağlıq Qarabağ Ermənistan ərazisidir” deyə qeyd var. Sözügedən aktdan və konstitusiyadan “Dağlıq Qarabağ Ermənistan ərazisidir” ifadələri çıxarılmadığı halda sülh müqaviləsi imzalana bilməz”.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla sülh prosesinin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcəyini bəyan edib.
ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edən dövlət başçısı xatırladıb ki, sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarı məhz Azərbaycan olub:
“Azərbaycan regional sülh gündəliyini dəstəkləyir. Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneədir. Azərbaycan prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcək”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.