https://sputnik.az/20241022/azerbaycanla-rusiya-arasinda-imzalanmis-iki-sazis-tesdiqlenib-468220671.html
Azərbaycanla Rusiya arasında imzalanmış iki saziş təsdiqlənib
Azərbaycanla Rusiya arasında imzalanmış iki saziş təsdiqlənib
Sputnik Azərbaycan
2024-cü il avqustun 19-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə, tibb təhsili və tibb... 22.10.2024, Sputnik Azərbaycan
2024-10-22T18:23+0400
2024-10-22T18:23+0400
2024-10-22T18:23+0400
saziş
azərbaycan xəbərləri
rusiya
azərbaycan
prezident ilham əliyev
səhiyyə
tibb
istehlakçı
hüquq
https://cdnn1.img.sputnik.az/img/41211/80/412118011_0:0:2000:1125_1920x0_80_0_0_583bcd224000f26093dd66cbd1ad6154.jpg
BAKI, 22 oktyabr — Sputnik. Azərbaycanla Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış iki saziş təsdiqlənib. Prezident İlham Əliyev bununla bağlı müvafiq fərmanlar imzalayıb. Fərmana əsasən, 2024-cü il avqustun 19-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə, tibb təhsili və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərməlidir. Digər Fərmanla 2024-cü il avqustun 19-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərməlidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41211/80/412118011_168:0:1948:1335_1920x0_80_0_0_19221e684d7c50b947e9abf50461cc04.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
saziş, rusiya, azərbaycan, prezident ilham əliyev, səhiyyə, tibb, istehlakçı, hüquq
saziş, rusiya, azərbaycan, prezident ilham əliyev, səhiyyə, tibb, istehlakçı, hüquq
Azərbaycanla Rusiya arasında imzalanmış iki saziş təsdiqlənib
2024-cü il avqustun 19-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə, tibb təhsili və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.
BAKI, 22 oktyabr — Sputnik. Azərbaycanla Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış iki saziş təsdiqlənib. Prezident İlham Əliyev bununla bağlı müvafiq fərmanlar imzalayıb.
Fərmana əsasən, 2024-cü il avqustun 19-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə, tibb təhsili və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.
Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərməlidir.
Digər Fərmanla 2024-cü il avqustun 19-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.
Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.