https://sputnik.az/20241022/azerbaycandan-olan-istirakcinin-kurator-layihesi-daskendde-en-yaxsi-olub-468216090.html
Azərbaycandan olan iştirakçının kurator layihəsi Daşkənddə ən yaxşı olub
Azərbaycandan olan iştirakçının kurator layihəsi Daşkənddə ən yaxşı olub
Sputnik Azərbaycan
Onun həyata keçirilməsində rəssamlar Nərgiz Əsgərova, Emin Mazers və Şəlalə Salamzadə iştirak ediblər. 22.10.2024, Sputnik Azərbaycan
2024-10-22T19:34+0400
2024-10-22T19:34+0400
2024-10-22T19:34+0400
özbəkistan
mədəniyyət
azərbaycan
müasir texnologiya
incəsənət
mükafat
daşkənd
rəssam
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/15/468186805_0:394:720:799_1920x0_80_0_0_e2bfa7db05f3ed19a1f827e9d4d94033.jpg
BAKI, 22 oktyabr — Sputnik. Azərbaycandan olan iştirakçı Mehbarə Abbasovanın "Görünməz dünyalar" kurator layihəsi X Daşkənd Beynəlxalq Müasir İncəsənət biennalesində ikinci yeri tutub. Abbasovanın özünün "Sputnik Azərbaycan"a verdiyi məlumata görə, tədbir Özbəkistanın paytaxtı Daşkənddə respublikanın Rəssamlıq Akademiyası tərəfindən təşkil olunub. Münsiflər heyətinə beş xarici ölkədən tanınmış simalar daxil olub. Biennaledə Özbəkistandan 60-dan çox rəssam və 40 xarici nümayəndə iştirak edib. Biennalenin kuratoru Suxrob Qurbanovdur. Səsvermənin nəticələrinə əsasən, qran-prinin qalibi fotoqraf Vladimir Qonçarenko (Özbəkistan) olub. Birinci yeri – Mirvohid Mirsaidov və Ruşana Klimova (Özbəkistan), ikinci yeri Mehbarə Abbasovanın (Azərbaycan) kurator layihəsi, üçüncü yeri isə Ketrin Sarı Yanqın (Avstraliya) video-art və installyasiyası tutublar. Abbasovanın sözlərinə görə, layihənin həyata keçirilməsində üç rəssam - Nərgiz Əsgərova, Emin Mazers və Şəlalə Salamzadə iştirak ediblər. Layihə görünən və görünməyənlərin qarşı-qarşıya qoyulması və bir-birini tamamlamasına diqqət yetirir, bu aspektlərin dünyanı qavramağımıza necə təsir etdiyini, onları necə şərh etdiyimizi, şüurumuza və davranışımıza necə təsir etdiyini araşdırır. Mehbarə Abbasova, onu da əlavə edib ki, hər üç əsər reallığın gizli tərəflərini vizuallaşdırır, görünməyən prosesləri üzə çıxarır və onların görünən dünyaya təsirini vurğulayır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/15/468186805_0:370:720:910_1920x0_80_0_0_2f7327cc1d8265017db5ccf56875772e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
özbəkistan, azərbaycan, müasir texnologiya, incəsənət, mükafat, daşkənd, rəssam
özbəkistan, azərbaycan, müasir texnologiya, incəsənət, mükafat, daşkənd, rəssam
Azərbaycandan olan iştirakçının kurator layihəsi Daşkənddə ən yaxşı olub
Onun həyata keçirilməsində rəssamlar Nərgiz Əsgərova, Emin Mazers və Şəlalə Salamzadə iştirak ediblər.
BAKI, 22 oktyabr — Sputnik. Azərbaycandan olan iştirakçı Mehbarə Abbasovanın "Görünməz dünyalar" kurator layihəsi X Daşkənd Beynəlxalq Müasir İncəsənət biennalesində ikinci yeri tutub.
Abbasovanın özünün "Sputnik Azərbaycan"a verdiyi məlumata görə, tədbir Özbəkistanın paytaxtı Daşkənddə respublikanın Rəssamlıq Akademiyası tərəfindən təşkil olunub. Münsiflər heyətinə beş xarici ölkədən tanınmış simalar daxil olub. Biennaledə Özbəkistandan 60-dan çox rəssam və 40 xarici nümayəndə iştirak edib. Biennalenin kuratoru Suxrob Qurbanovdur.
Səsvermənin nəticələrinə əsasən, qran-prinin qalibi fotoqraf Vladimir Qonçarenko (Özbəkistan) olub. Birinci yeri – Mirvohid Mirsaidov və Ruşana Klimova (Özbəkistan), ikinci yeri Mehbarə Abbasovanın (Azərbaycan) kurator layihəsi, üçüncü yeri isə Ketrin Sarı Yanqın (Avstraliya) video-art və installyasiyası tutublar.
Abbasovanın sözlərinə görə, layihənin həyata keçirilməsində üç rəssam - Nərgiz Əsgərova, Emin Mazers və Şəlalə Salamzadə iştirak ediblər.
"Bizim "Görünməz dünyalar" layihəmiz ətrafımızdakı reallıqda gördüklərimizin və görmədiklərimizin fərqli cəhətlərini bir araya gətirən dərin və çox təbəqəli sərgidir. Bu layihə, istər mikro, istər makro dünya, istərsə də texnoloji dünya olsun, fiziki dünya ilə insan qavrayışından kənar olanlar arasındakı sərhədləri araşdırır", - Abbasova qeyd edib.
Layihə görünən və görünməyənlərin qarşı-qarşıya qoyulması və bir-birini tamamlamasına diqqət yetirir, bu aspektlərin dünyanı qavramağımıza necə təsir etdiyini, onları necə şərh etdiyimizi, şüurumuza və davranışımıza necə təsir etdiyini araşdırır.
Mehbarə Abbasova, onu da əlavə edib ki, hər üç əsər reallığın gizli tərəflərini vizuallaşdırır, görünməyən prosesləri üzə çıxarır və onların görünən dünyaya təsirini vurğulayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.