Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycan və RF arasında ticarət dövriyyəsi

Abunə olmaq
Cari ilin doqquz ayı ərzində Azərbaycan məhsullarının Rusiyaya ixracı 859,311 milyon dollar təşkil edib. İki ölkə arasında ticarət haqqında ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
BAKI, 22 oktyabr — Sputnik. Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2024-cü ilin yanvar-sentyabr aylarında 3,499 milyard dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,6% çoxdur.
Qeyd edək ki, ötən ilin eyni dövründə ölkələr arasında ticarət dövriyyəsi 3,134 milyard dollar təşkil edib.
Bu ilin 9 ayı ərzində Azərbaycan məhsullarının Rusiyaya ixracı 0,5% azalaraq 859,311 milyon dollar olub. Eyni zamanda, Rusiya Federasiyasından Azərbaycana malların idxalı 16,3% artaraq 2,639 milyard dollara çatıb.
Bu ilin üç rübünün nəticələrinə görə, Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında İtaliya və Türkiyədən sonra üçüncü yerdədir. Bu dövrdə RF ilə ticarət əməliyyatları respublikanın xarici ticarət dövriyyəsinin 10,14%-ni təşkil edib.
Xatırladaq ki, 2023-cü ilin yekunlarına əsasən Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 17,5% artaraq 4,358 milyard dollara çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0