https://sputnik.az/20241022/azerbaycan-ve-man-truckbus-sirketi-arasinda-raziliq-elde-olundu-468202128.html
Azərbaycan və "MAN Truck&Bus" şirkəti arasında razılıq əldə olundu
Azərbaycan və "MAN Truck&Bus" şirkəti arasında razılıq əldə olundu
Sputnik Azərbaycan
Aleksandr Vlaskamp COP29-da nəqliyyat sahəsinin də mühüm amil olduğunu deyərək, bu istiqamətdə Azərbaycanla əməkdaşlığın önəminə toxunub. 22.10.2024, Sputnik Azərbaycan
2024-10-22T11:51+0400
2024-10-22T11:51+0400
2024-10-22T11:51+0400
prezident ilham əliyev
azərbaycan xəbərləri
şirkət
qəbul
cop29
nəqliyyat
istehsal
texnika
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/16/468198821_0:183:3316:2048_1920x0_80_0_0_d9ed69da0134f3f320aad0c7e2931034.jpg
BAKI, 22 oktyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də "MAN Truck&Bus" şirkətinin baş direktoru Aleksandr Vlaskampı qəbul edib. COP29-un keçirilməsi ilə bağlı təbriklərini çatdıran qonaq bunun çox önəmli bir tədbir olduğunu vurğulayıb. Aleksandr Vlaskamp COP29-da nəqliyyat sahəsinin də mühüm amil olduğunu deyərək, bu istiqamətdə Azərbaycanla əməkdaşlığın önəminə toxunub. Dövlət başçısı qeyd edib ki, COP29-a hazırlıq işləri artıq son mərhələdədir. Prezident İlham Əliyev vurğulayıb ki, ölkədə bu işlərə bir ildən də az vaxt olmasına baxmayaraq, Azərbaycan COP29-un yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəmir. Dövlət başçısı COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı 198 ölkənin yekdil dəstəyini yüksək qiymətləndirərək bu cür tədbirin regionda birinci dəfə ölkəmizdə təşkil edilməsinin böyük önəm daşıdığını qeyd edib. Prezident İlham Əliyev Azərbaycanda yaşıl və bərpaolunan enerjiyə keçid istiqamətində böyük işlərin görüldüyünü və artıq bir sıra mühüm layihələrin reallaşdırıldığını bildirib. Prezident Azərbaycanda nəqliyyat sisteminin də səmərəli fəaliyyəti üçün tədbirlər görüldüyünü dedi və bu baxımdan "MAN Truck&Bus" şirkəti ilə əməkdaşlığın əhəmiyyətinə toxunub. Görüşdə Azərbaycanla "MAN Truck&Bus" şirkəti arasında potensial əməkdaşlıq imkanları ilə bağlı müzakirələrin aparılmasından məmnunluq ifadə edilib, şirkətin ölkədə fəaliyyətinə dair fikir mübadiləsi aparılıb. Bu şirkətin istehsalı olan çox sayda texnikanın ölkədə istifadə edildiyi bildirilib. Azərbaycanın artan sosial-iqtisadi potensialı və ehtiyacları nəzərə alınaraq şirkətin məhsullarının alınması ilə yanaşı, ölkədə yerli istehsal imkanları da müzakirə olunub və bunun üçün vahid işçi qrupu çərçivəsində araşdırmaların həyata keçirilməsi barədə razılıq əldə edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/16/468198821_585:0:3316:2048_1920x0_80_0_0_488f0bf841098e8e2429808368ed2940.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, şirkət, qəbul, cop29, nəqliyyat, istehsal, texnika
prezident ilham əliyev, şirkət, qəbul, cop29, nəqliyyat, istehsal, texnika
Azərbaycan və "MAN Truck&Bus" şirkəti arasında razılıq əldə olundu
Aleksandr Vlaskamp COP29-da nəqliyyat sahəsinin də mühüm amil olduğunu deyərək, bu istiqamətdə Azərbaycanla əməkdaşlığın önəminə toxunub.
BAKI, 22 oktyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də "MAN Truck&Bus" şirkətinin baş direktoru Aleksandr Vlaskampı qəbul edib.
COP29-un keçirilməsi ilə bağlı təbriklərini çatdıran qonaq bunun çox önəmli bir tədbir olduğunu vurğulayıb.
Aleksandr Vlaskamp COP29-da nəqliyyat sahəsinin də mühüm amil olduğunu deyərək, bu istiqamətdə Azərbaycanla əməkdaşlığın önəminə toxunub.
Dövlət başçısı qeyd edib ki, COP29-a hazırlıq işləri artıq son mərhələdədir. Prezident İlham Əliyev vurğulayıb ki, ölkədə bu işlərə bir ildən də az vaxt olmasına baxmayaraq, Azərbaycan COP29-un yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəmir. Dövlət başçısı COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı 198 ölkənin yekdil dəstəyini yüksək qiymətləndirərək bu cür tədbirin regionda birinci dəfə ölkəmizdə təşkil edilməsinin böyük önəm daşıdığını qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanda yaşıl və bərpaolunan enerjiyə keçid istiqamətində böyük işlərin görüldüyünü və artıq bir sıra mühüm layihələrin reallaşdırıldığını bildirib.
Prezident Azərbaycanda nəqliyyat sisteminin də səmərəli fəaliyyəti üçün tədbirlər görüldüyünü dedi və bu baxımdan "MAN Truck&Bus" şirkəti ilə əməkdaşlığın əhəmiyyətinə toxunub.
Görüşdə Azərbaycanla "MAN Truck&Bus" şirkəti arasında potensial əməkdaşlıq imkanları ilə bağlı müzakirələrin aparılmasından məmnunluq ifadə edilib, şirkətin ölkədə fəaliyyətinə dair fikir mübadiləsi aparılıb. Bu şirkətin istehsalı olan çox sayda texnikanın ölkədə istifadə edildiyi bildirilib. Azərbaycanın artan sosial-iqtisadi potensialı və ehtiyacları nəzərə alınaraq şirkətin məhsullarının alınması ilə yanaşı, ölkədə yerli istehsal imkanları da müzakirə olunub və bunun üçün vahid işçi qrupu çərçivəsində araşdırmaların həyata keçirilməsi barədə razılıq əldə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.