https://sputnik.az/20241021/ucterefli-komissiya-iclaslarini-niye-davam-etdirmir---qriqoryan-sebebi-aciqladi-468184810.html
Üçtərəfli komissiya iclaslarını niyə davam etdirmir? - Qriqoryan səbəbi açıqladı
Üçtərəfli komissiya iclaslarını niyə davam etdirmir? - Qriqoryan səbəbi açıqladı
Sputnik Azərbaycan
Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin yaradılması regional kommunikasiyalarla bağlı ən vacib məsələ olaraq... 21.10.2024, Sputnik Azərbaycan
2024-10-21T13:40+0400
2024-10-21T13:40+0400
2024-10-21T14:54+0400
komissiya
bölgə
ermənistan
qriqoryan
parlament
parlament
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621812_0:132:3171:1916_1920x0_80_0_0_457399652e254e5ae1a9e1378c126502.jpg
BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi regional kommunikasiyaların açılması üzrə üçtərəfli komissiya bəzi məsələlərdə konsensusun əldə edilməməsi səbəbindən iclaslarını davam etdirmir. Bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan parlamentdə bildirib. "Xeyr, iclaslar davam etdirilmir. Bilirsiniz ki, konsensusun əldə edilməli olduğu fundamental məsələlər var. Konsensus əldə olunmayana qədər detalları müzakirə etmək mənasızdır", – o bildirib. Üçtərəfli komissiya 2021-ci ilin əvvəlində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada keçirilən görüşündə yaradılıb. Onlar baş nazirin müavinləri səviyyəsində regionda nəqliyyat və iqtisadi əlaqələrin qurulmasına nəzarət edəcək işçi qrupunun yaradılması ilə bağlı qərar qəbul ediblər. Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin yaradılması regional kommunikasiyalarla bağlı ən vacib məsələ olaraq qalır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621812_220:0:2951:2048_1920x0_80_0_0_b9017bb97f662b9a03e1fa277a03137b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
komissiya, ermənistan, qriqoryan, parlament, parlament
komissiya, ermənistan, qriqoryan, parlament, parlament
Üçtərəfli komissiya iclaslarını niyə davam etdirmir? - Qriqoryan səbəbi açıqladı
13:40 21.10.2024 (Yenilənib: 14:54 21.10.2024) Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin yaradılması regional kommunikasiyalarla bağlı ən vacib məsələ olaraq qalır.
BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi regional kommunikasiyaların açılması üzrə üçtərəfli komissiya bəzi məsələlərdə konsensusun əldə edilməməsi səbəbindən iclaslarını davam etdirmir.
Bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan parlamentdə bildirib.
"Xeyr, iclaslar davam etdirilmir. Bilirsiniz ki, konsensusun əldə edilməli olduğu fundamental məsələlər var. Konsensus əldə olunmayana qədər detalları müzakirə etmək mənasızdır", – o bildirib.
Üçtərəfli komissiya 2021-ci ilin əvvəlində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada keçirilən görüşündə yaradılıb. Onlar baş nazirin müavinləri səviyyəsində regionda nəqliyyat və iqtisadi əlaqələrin qurulmasına nəzarət edəcək işçi qrupunun yaradılması ilə bağlı qərar qəbul ediblər.
Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin yaradılması regional kommunikasiyalarla bağlı ən vacib məsələ olaraq qalır.