DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Şolts Ukraynadakı münaqişənin sülh yolu ilə həlli planı üzərində işlədiyini açıqlayıb

© AP Photo / Petr David JosekOlaf Şolts, arxiv şəkli
Olaf Şolts, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.10.2024
Abunə olmaq
Dmitri Peskov Almaniya kansleri Olaf Şoltsun Rusiya Prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həllini müzakirə etməyə hazır olmasını vacib siqnal adlandırıb.
BAKI, 21 oktyabr — Sputnik. Almaniya kansleri Olaf Şolts bildirib ki, hazırda Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün imkanların tapılması istiqamətində iş gedir.
Müvafiq yayım Türkiyə prezidentinin "YouTube" kanalında aparılıb.
"Biz Ukraynanı dəstəkləyirik. Eyni zamanda, biz bu münaqişənin sona çatmasını necə təmin edə biləcəyimizlə bağlı imkanları araşdırmağa çalışırıq" - o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi mətbuat konfransında qeyd edib.
Şolts əvvəllər NATO-nun Ukrayna münaqişəsinə müdaxiləsinin potensial nəticələri barədə xəbərdarlıq edərək, bunun qarşısı alınmalı olduğunu qeyd edib.
Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Almaniya kansleri Olaf Şoltsun Rusiya Prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həllini müzakirə etməyə hazır olmasını vacib siqnal adlandırıb.
Xəbər lenti
0