CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kirayə mənzili necə almaq olar? Yolları açıqlandı

© iStock.com / Nuthawut SomsukMənzil açarları və kalkulyator, arxiv
Mənzil açarları və kalkulyator, arxiv - Sputnik Azərbaycan, 1920, 21.10.2024
Abunə olmaq
Əgər müraciət anında müraciətçinin 30 gündən çox gecikdirilmiş krediti varsa, sistem tərəfindən ona kirayə mənzil ayrılmaqdan imtina olunur.
BAKI, 21 oktyabr — Sputnik. Sabahdan Azərbayacanda kirayə mənzillərin növbəti satışına başlanılacaq. İpoteka və Kredit Zəmanət Fondunun Kirayə Mənzil Departamentinin direktor müavini Aslan Zeynalov yerli KİV-ə müsahibəsində bu mənzilləri əldə etməyin şərtlərini açıqlayıb.
Sputnik Azərbaycan həmin müsahibədən maraqlı məqamları oxuculara təqdim edir:
Nə qədər vətəndaş kirayə mənzil alıb?
A.Zeynalov müsahibəsində bildirib ki, indiyədək 5525 kirayə müqaviləsi rəsmiləşərək vətəndaşların mənzilləri özlərinə təhvil verilib. O, müqavilə uçün müraciət edənlərin 60 faizinin gənclər və gənc ailələr olduğunu söyləyib. Bildirib ki, kirayə mənzillərlə bağlı müraciət və rəsmiləşmələrin sayında artım var. Direktor müavininin sözlərinə görə, ilin əvvəlindən bugünədək 1139 müqavilə rəsmiləşdirilərək vətəndaşlara mənzillər verilib.
Kimlər kirayə mənzil ala bilməz?
A.Zeynalov kimlərin kirayə mənzil almaq şansının olmadığını da açıqlayıb. Bildirib ki, kirayə mənzill mexanizminin əsas tələbi müraciət edən şəxsin Azərbaycan Respublikası vətəndaşı olmasıdır. Həmçinin müraciət edən ərizəçinin yaşı 60-dan yuxarı olmamalıdır. Eyni zamanda ərizəçinin vaxtı keçmiş aktiv kredit öhdəliyi olmamalıdır. Əgər müraciət anında müraciətçinin 30 gündən çox gecikdirilmiş krediti varsa, sistem tərəfindən ona kirayə mənzil ayrılmaqdan imtina olunur. Vətəndaş həmin kredit öhdəliyini yerinə yetirdikdən sonra təkrar müraciət edə bilər. Kirayə mənzil almaq istəyən şəxsin rəsmi gəliri olmaldır. Bu tələblərə cavab verən ərizəçilər kirayə mənzil üçün müraciət edə bilərlər.
© iStock.com / RawpixelMənzilin açarı
Ключи от квартиры - Sputnik Azərbaycan, 1920, 21.10.2024
Mənzilin açarı
Kirayə mənzillər ilkin ödənişsiz verilir!
O. həmçinin qeyd edib ki, kirayə mənzil mexanizmində ilkin ödəniş yoxdur. Müraciətçilər aylıq ödənişlərin ən azı 12 mislini ödəməklə kirayə müqaviləsini rəsmiləşdirə bilirlər. Onlar aylıq ödəniçləri icra etdikdən sonra mənzilin sahibinə çevrilir.
Direktor müavini bildirib ki, kirayə mənzillər əhaliyə güzəştli şərtlərlə verilir. Mənzilin dəyərinin üzərinə mənzillərin alınması üçün çəkilən xərclər hesablanır. Kirayə mənzillərə əlavə faiz hesablanmır.
Kirayə mənzil almağın yolları...
Bəs kirayə mənzil almaq üçün necə müraciət etmək olar?
Fond səlahiyyətlisi bu sualı belə cavablandırıb.
"Kirayə mənzil almaq üçün bütün proseslər avtomatlaşdırılıb. Vətəndaşlar gücləndirilmiş elektron imza əldə etməklə elektron qaydada müraciət edirlər. Sistem tərəfindən növbəlilik əsasənda vətəndaşlara görüş günü təyin olunur. Bakıda 2 saylı ASAN Kommunal Mərkəzində, Sumqayıtda ASAN Xidmət mərkəzində vətəndaşlar qəbul edilir. Görüş günü vətəndaşlar həmin məntəqələrə yaxınlaşıb öz müraciətlərini təsdiq edirlər. Bundan sonra 5 iş gün ərzində onların müraciətləri barədə qərar qəbul edilir. 7 iş günü ərzində isə həmin şəxslər öz mənzil seçimlərini icra edirlər. Əlavə 7 iş günü ərzində isə kirayə mənzilin rəsmiləşdirilməsi həyata keçirilir", deyə Aslan Zeynalov bildirib.
İlham Əliyev 1 saylı “ASAN Kommunal” Mərkəzinin açılışında iştirak edib - Sputnik Azərbaycan, 1920, 21.10.2024
“ASAN Kommunal” Mərkəzi
Sabit vergi ödəyicilərinə və pensiya müavinər alanlara da kirayə mənzil verilir!
O,əlavə edib ki, rəsmi gəlirlər dedikdə təkcə muzdlu işdən gələn gəlir nəzərdə tutuılmur. Sahibkarlıqla məşğul olanlar da əgər 12 ay bu fəaliyyətlə məşğul olurlarsa kirayə mənzil üçün müraciət edə bilərlər. Hətta sosial yardım, müavinət və pensiya alanlar da kirayə mənzil layihəsindən faydalana bilər. O, sabit vergi ödəyicilərinin də bu imkandan yararlanmasının mümkün olduğunu söyləyib. Bildirib ki, sabit vergi ödəyicilərinə Fond tərəfindən fəaliyyət müddətinə uyğun aylıq ödəniş təyin olunur.
© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidTikilməkdə olan binalar
Рабочий на строительстве ЖК  - Sputnik Azərbaycan, 1920, 21.10.2024
Tikilməkdə olan binalar
Hansı evlər kirayə mənzil kimi satıla bilər?
Onun sözlərinə görə, kirayə mənzillər inşası 2013-cü ildən sonra tamamlanmış tam təmirli çıxarışlı mənzillərdir. Həmin mənzillərə qaz, işıq və su sayğacları, eləcə də kombilər quraşdırılıb. Kirayə mənzillər alınarkəb vətəndaşlarla sorğular keçirilərək onların istəkləri nəzərə alınır.
Fond səlahiyyətlisi onu da əlavə edib ki, 2020-ci ildən bu günədək 14 ünvanda kirayə mənzillər alınıb.
Kirayə mənzil almaq istəyənlər üçün son gün!
Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış kompleksində daha 369 yeni, tam təmirli mənzili vətəndaşların seçiminə verir. Fondun məlumatına görə, yaşayış sahələri 1 və 2 otaqlı olmaqla, aylıq ödənişləri 448 manatdan başlayır. Yeni mənzillər seçim üçün 22 oktyabr 2024-cü ildən etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi Youtube kanalı (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin "1549" Çağrı Mərkəzindən əldə etmək mümkündür.
Xəbər lenti
0