https://sputnik.az/20241021/hucumlara-qarsi-hazir-olmaliyiq--komissiyanin-sedri-468184937.html
Hücumlara qarşı hazır olmalıyıq – Komissiyanın sədri
Hücumlara qarşı hazır olmalıyıq – Komissiyanın sədri
Sputnik Azərbaycan
Ramid Namazov bildirib ki, bu gün Almaniya, Avstriya, Böyük Britaniya və Avstraliyada sosial şəbəkələr qanunla tənzimlənir. 21.10.2024, Sputnik Azərbaycan
2024-10-21T13:32+0400
2024-10-21T13:32+0400
2024-10-21T13:47+0400
cop29
cəmiyyət
komissiya
qlobal iqlim dəyişikliyi
iqlim dəyişikliyi
https://cdnn1.img.sputnik.az/img/07e8/09/1b/467705259_0:160:3072:1888_1920x0_80_0_0_f81dbf827e92b1c40e423076ee8a2b52.jpg
BAKI, 21 oktyabr— Sputnik. "Azərbaycanda "Media haqqında" qanun qəbul olunanda da hansı kampaniyaların aparıldığını görmüşük". Bunu Milli Məclisdə keçirilən “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirədə parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov deyib. O bildirib ki, bu gün Almaniya, Avstriya, Böyük Britaniya və Avstraliyada sosial şəbəkələr qanunla tənzimlənir: "Amma Türkiyədə sosial medianın tənzimlənməsi haqqında qanun qəbul ediləndə "siz söz azadlığını boğursuz" kimi hücumlar olmuşdu. Burada da ikili yanaşma var. Biz də qanunlarımızı hazırlayanda bu cür hücumlara qarşı hazır olmalıyıq". Qeyd edək ki, bu gün Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası "COP29-a qarşı hibrid təhdidlər" mövzusunda ictimai müzakirə təşkil edib. Parlamentin bu ilin sentyabrın 30-da payız sessiyasında keçirilən ilk plenar iclasında Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılıb. COP29 nədir? Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur. Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir. Tədbirin keçiriləcəyi məkan olaraq Bakı Stadionu seçilib. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/1b/467705259_171:0:2902:2048_1920x0_80_0_0_4748f65a8b97edddc6a82f83f1ed5e56.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
cop29, komissiya, qlobal iqlim dəyişikliyi, iqlim dəyişikliyi
cop29, komissiya, qlobal iqlim dəyişikliyi, iqlim dəyişikliyi
Hücumlara qarşı hazır olmalıyıq – Komissiyanın sədri
13:32 21.10.2024 (Yenilənib: 13:47 21.10.2024) Ramid Namazov bildirib ki, bu gün Almaniya, Avstriya, Böyük Britaniya və Avstraliyada sosial şəbəkələr qanunla tənzimlənir.
BAKI, 21 oktyabr— Sputnik. "Azərbaycanda "Media haqqında" qanun qəbul olunanda da hansı kampaniyaların aparıldığını görmüşük".
Bunu Milli Məclisdə keçirilən “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirədə parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov deyib.
O bildirib ki, bu gün Almaniya, Avstriya, Böyük Britaniya və Avstraliyada sosial şəbəkələr qanunla tənzimlənir: "Amma Türkiyədə sosial medianın tənzimlənməsi haqqında qanun qəbul ediləndə "siz söz azadlığını boğursuz" kimi hücumlar olmuşdu. Burada da ikili yanaşma var. Biz də qanunlarımızı hazırlayanda bu cür hücumlara qarşı hazır olmalıyıq".
Qeyd edək ki, bu gün Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası "COP29-a qarşı hibrid təhdidlər" mövzusunda ictimai müzakirə təşkil edib.
Parlamentin bu ilin sentyabrın 30-da payız sessiyasında keçirilən ilk plenar iclasında Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılıb.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur.
Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir. Tədbirin keçiriləcəyi məkan olaraq Bakı Stadionu seçilib.
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.