CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gömrükçülər narkotrafikin qarşısını aldı

© Photo : State Customs Committee“Şahtaxtı” gömrük postunda
“Şahtaxtı” gömrük postunda  - Sputnik Azərbaycan, 1920, 21.10.2024
Abunə olmaq
İrandan Bolqarıstana "şüşə" yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib.
BAKI, 21 oktyabr — Sputnik. Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Bolqarıstana "şüşə" yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.
Komitənin məlumatına görə, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinindəki yatağın içərisində xüsusi düzəldilmiş bölmədə gizlədilən 7 bükümdə ümumi təmiz çəkisi - 1 kq 508,075 qram narkotik vasitə - qurudulmuş marixuana və 24 bükümdə ümumi təmiz çəkisi - 7 kq 882,581 qram narkotik vasitə - həşiş aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0