Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda avtomobilin qatara çırpılması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb

© Official website of President of Azerbaijan RepublicBakıda təcili yardım, arxiv
Bakıda təcili yardım, arxiv - Sputnik Azərbaycan, 1920, 21.10.2024
Abunə olmaq
Bakının Xəzər rayonunda ağır yol qəzası qeydə alınıb.
BAKI, 21 oktyabr - Sputnik. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə oktyabrın 21-i saat 02:30 radələrində Xəzər rayonu, Qala stansiyası ərazisindən qatar ilə avtomobilin toqquşması səbəbilə çağırış daxil olub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:
"1954-cü il və 2001-ci il təvəllüdlü şəxslər (qadın və kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunublar. 1954-cü il təvəllüdlü şəxsə (qadın cinsli) açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, üzün, alnın çoxsaylı cırılmış yarası, sağ bazu sümüyünün sınığı diaqnozları ilə zəruri tibbi xidmətlər göstərilib. Hazırda Cərrahi profilli reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir. 2001-ci il təvəllüdlü şəxsə isə sol bud sümüyünün və sol qamış sümüyünün sınığı, sol aşağı ətrafın çoxsaylı əzilmiş yaraları diaqnozları təyin edilib".
"Göstərilən tibbi xidmətlərdən sonra vəziyyəti stabil qiymətləndirilən şəxs öz istəyilə ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilib.
***
Bu gün saat 02:30-da “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə məxsus elektrovoz Binə-Qala sahəsində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-HU-132 olan “Mercedes Vito” markalı mikroavtobus xəbərdarlıq nişanlarına məhəl qoymadan yüksək sürətlə dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb.
ADY-da verilən ilkin məlumata əsasən, toqquşma nəticəsində avtomobilin sürücüsü və bir nəfər sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar və yaralılar xəstəxanaya yerləşdiriliblər.
***
Bakının Xəzər rayonunda, Qala qəsəbəsində ağır yol qəzası qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Sərxan Rüstəmov idarə etdiyi maşınla dəmiryol keçidindən keçərkən qatara çırpılıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin 1954-cü il təvəllüdlü Püstəxanım Məmmədova ağır xəsarət alıb.
Avtomobilin sürücüsü S. Rüstəmov hər iki ayaq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Dəmiryol Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.
Xəbər lenti
0