CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 20 oktyabr – FOTO

© Sputnik / Elnur Salayev20 oktyabr
20 oktyabr - Sputnik Azərbaycan, 1920, 20.10.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 20 oktyabr — Sputnik. Oktyabrın 20-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Oktyabrın 20-də kimlər anadan olub?
Telman Zeynalov (1931-2024) – Azərbaycanın əməkdar incəsənət xadimi və heykəltəraşdır. O, ilk Azərbaycan "Humay" milli mükafatı laureatıdır. Telman Zeynalov Böyük Vətən müharibəsində həlak olan lənkəranlı əsgərlərin xatirəsinə ucaldılmış monumenti və bir sıra abidələri yaradıb.
© Photo : Public DomenTelman Zeynalov
Telman Zeynalov  - Sputnik Azərbaycan, 1920, 18.10.2024
Telman Zeynalov
Balakişi Qasımov (1978) - "Nə? Harada? Nə zaman?" elitar klubunun oyunçusu, Azərbaycanda "Nə? Harada? Nə zaman?" televiziya oyununun aparıcısı və baş prodüseri və "GameTV.az" prodüser mərkəzinin rəhbəridir. O, 2018-ci ildən Azərbaycan İctimai Televiziyasının baş direktorudur.
© Photo : Courtesy of Balash Kasumov Balakişi Qasımov
Команда Балаша Касумова  - Sputnik Azərbaycan, 1920, 18.10.2024
Balakişi Qasımov
Tomas Bartolin (1616 - 1680) - danimarkalı həkim, riyaziyyatçı və ilahiyyatçıdır. Şöhrət ona insanın limfa sistemini kəşf etdikdən və dondurucu anesteziya nəzəriyyəsindəki uğurlardan sonra gəlib.
© Photo : Public DomenTomas Bartolin
Tomas Bartolin - Sputnik Azərbaycan, 1920, 18.10.2024
Tomas Bartolin
Snup Doq (1971) - ABŞ reperi və aktyorudur. Onun şöhrəti 1992-ci ilə, "Dr Dre Deep Cover"in debüt solo sinqlına çıxdığı vaxta təsadüf edir. O vaxtdan bəri Snup ABŞ-da 23 milyondan çox albom, dünya üzrə isə 35 milyon albom satıb. Onun mükafatlarına "American Music Awards", "Primetime Emmy" mükafatı və 17 "Grammy" mükafatı nominasiyası daxildir.
© AP Photo / Frank Franklin IISnup Doq
XXXIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimi - Sputnik Azərbaycan, 1920, 18.10.2024
Snup Doq
20 oktyabrda dünyada baş verən tarixi hadisələr
1880-ci ildə Tsvetnoy bulvarında Nikulin adına Moskva Sirki açılıb.
1929-cu ildə Almaniyanın "Dornier Do X" sərnişin uçan gəmisi ilk uçuşunu həyata keçirib.
1947-ci ildə BMT-nin Statistika Komissiyası yaradılıb və o, 2010-cu ildə keçirilən 41-ci sessiyada oktyabrın 20-nin Beynəlxalq Statistika Gününün təsis edilməsi haqqında qərar qəbul edib.
1961-ci ildə Amsterdamda Beynəlxalq Aviasiya Dispetçerləri Assosiasiyaları Federasiyası yaradılıb. Bu hadisə hava nəqliyyatının inkişafı tarixində əlamətdar bir dövrə çevrilib.
1970-ci ildə SSRİ-də "Sportloto" lotereyasının ilk oyunu keçirilib.
1982-ci ildə Lujniki stadionunda Moskvadakı Mərkəzi Stadionunun Böyük İdman Arenasında "Spartak" Moskva (SSRİ) və "Haarlem" (Hollandiya) Futbol Klubları arasında UEFA Kubokunun 1/16 final matçının sonunda izdiham baş verib. Rəsmi məlumata görə, orada bir çoxu hələ yeniyetmə olan 66 "Spartak" azarkeşi həlak olub. Bu izdiham Sovet və Rusiya idman tarixində ən faciəli hadisə olub.
2004-cü ildə Ümumdünya Kulinariya Cəmiyyətləri Assosiasiyası Aşpazlar Gününü təsis edib.
2004-cü ildən Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq respublikamızın energetikləri öz peşə bayramlarını qeyd edirlər.
2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu Zəngilan şəhərini və Zəngilan rayonunun 6 kəndini, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının 18 kəndini erməni işğalından azad edib. Azərbaycanın dövlət bayrağı işğaldan azad edilmiş Zəngilan şəhərində ucaldılıb. Prezident İlham Əliyev 2023-cü ilin iyulunda oktyabrın 20-ni Zəngilan Şəhəri Günü kimi təsis edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0