https://sputnik.az/20241020/spaniyada-xristofor-kolumbun-qaliqlari-askar-edilib-468064595.html
İspaniyada Xristofor Kolumbun qalıqları aşkar edilib
İspaniyada Xristofor Kolumbun qalıqları aşkar edilib
Sputnik Azərbaycan
Tədqiqatçılar qrupu son 20 ildə Sevilya Katedralindakı insan sümüklərinin DNT-sini Kolumbun qohumlarının və nəslinin, xüsusən də oğlu Ernandonun və qardaşı... 20.10.2024, Sputnik Azərbaycan
2024-10-20T23:21+0400
2024-10-20T23:21+0400
2024-10-20T23:21+0400
ispaniya
dünya xəbərləri
xristofor kolumb
sevilya
national geogrephic
everest zirvəsi
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/0d/468040415_0:0:2998:1686_1920x0_80_0_0_1654f195016c65ca88d57a26c9f85974.jpg
BAKI, 20 oktyabr — Sputnik. DNT testi Sevilya kilsəsində tapılan insan sümükləri üzərində 20 illik araşdırmalardan sonra Xristofor Kolumbun qalıqlarının Sevilyada tapıldığını təsdiqləyib. Bu barədə "vfokuse.mail.ru" saytında məlumat verilib. Qeyd olunub ki, Kolumbun cəsədinin yeri bir neçə dəfə dəyişdirilib. Bəzi ekspertlər onun Dominikan Respublikasında dəfn edildiyini iddia ediblər. Bu isə, kəşfiyyatçının qalıqları üçün ova səbəb olub. Bununla belə, İspaniyada tapılan qalıqların tədqiqinin nəticələri onların dəniz səyahətçisinə aid olduğunu "mütləq əminliklə" təsdiqləyiblər. Tədqiqatçılar qrupu son 20 ildə Sevilya Katedralindakı insan sümüklərinin DNT-sini Kolumbun qohumlarının və nəslinin, xüsusən də oğlu Ernandonun və qardaşı Dieqonun qalıqlarının DNT-si ilə müqayisə edib. "Bu gün yeni texnologiyaların köməyi ilə bunu yoxlamaq mümkündür. Beləliklə, Sevilyadan olan qalıqların Xristofor Kolumba aid olması nəzəriyyəsi, nəhayət təsdiqləndi" - araşdırmaya rəhbərlik edən məhkəmə-tibb eksperti Migel Lorente bildirib. Bundan əvvəl Everestin yamaclarında 1924-cü ildə yoxa çıxan alpinist Endryu İrvinin qalıqları aşkar edilmişdi. Bu kəşfi Everestlə bağlı sənədli film üzərində işləyən "National Geographic"in çəkiliş qrupu edib. Onların yolu Ronqbuk buzlağından keçirdi - onu ilk dəfə İrvinin yoldaşı, ingilis alpinist Corc Mallori kəşf etmiş, 1924-cü il itkin düşmüş ekspedisiya da dağlara məhz bu marşruta qalxmışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/0d/468040415_174:0:2839:1999_1920x0_80_0_0_eacb3a141f92d82748cdfaf48f4bda9f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
ispaniya, xristofor kolumb, sevilya, national geogrephic, everest zirvəsi
ispaniya, xristofor kolumb, sevilya, national geogrephic, everest zirvəsi
İspaniyada Xristofor Kolumbun qalıqları aşkar edilib
Tədqiqatçılar qrupu son 20 ildə Sevilya Katedralindakı insan sümüklərinin DNT-sini Kolumbun qohumlarının və nəslinin, xüsusən də oğlu Ernandonun və qardaşı Dieqonun qalıqlarının DNT-si ilə müqayisə edib.
BAKI, 20 oktyabr — Sputnik. DNT testi Sevilya kilsəsində tapılan insan sümükləri üzərində 20 illik araşdırmalardan sonra Xristofor Kolumbun qalıqlarının Sevilyada tapıldığını təsdiqləyib.
Bu barədə "vfokuse.mail.ru" saytında məlumat verilib.
Qeyd olunub ki, Kolumbun cəsədinin yeri bir neçə dəfə dəyişdirilib. Bəzi ekspertlər onun Dominikan Respublikasında dəfn edildiyini iddia ediblər. Bu isə, kəşfiyyatçının qalıqları üçün ova səbəb olub. Bununla belə, İspaniyada tapılan qalıqların tədqiqinin nəticələri onların dəniz səyahətçisinə aid olduğunu "mütləq əminliklə" təsdiqləyiblər.
Tədqiqatçılar qrupu son 20 ildə Sevilya Katedralindakı insan sümüklərinin DNT-sini Kolumbun qohumlarının və nəslinin, xüsusən də oğlu Ernandonun və qardaşı Dieqonun qalıqlarının DNT-si ilə müqayisə edib.
"Bu gün yeni texnologiyaların köməyi ilə bunu yoxlamaq mümkündür. Beləliklə, Sevilyadan olan qalıqların Xristofor Kolumba aid olması nəzəriyyəsi, nəhayət təsdiqləndi" - araşdırmaya rəhbərlik edən məhkəmə-tibb eksperti Migel Lorente bildirib.
Bundan əvvəl Everestin yamaclarında 1924-cü ildə yoxa çıxan alpinist Endryu İrvinin qalıqları aşkar edilmişdi. Bu kəşfi Everestlə bağlı sənədli film üzərində işləyən "National Geographic"in çəkiliş qrupu edib. Onların yolu Ronqbuk buzlağından keçirdi - onu ilk dəfə İrvinin yoldaşı, ingilis alpinist Corc Mallori kəşf etmiş, 1924-cü il itkin düşmüş ekspedisiya da dağlara məhz bu marşruta qalxmışdı.