https://sputnik.az/20241020/nmn-tenhaliq-demensiya-xesteliyinin-yaranmasina-sebeb-olur-467996798.html
NMН: Tənhalıq demensiya xəstəliyinin yaranmasına səbəb olur
NMН: Tənhalıq demensiya xəstəliyinin yaranmasına səbəb olur
Sputnik Azərbaycan
Alimlərin fikrincə, tənhalıq idarə oluna bilən risk faktorudur. 20.10.2024, Sputnik Azərbaycan
2024-10-20T17:13+0400
2024-10-20T17:13+0400
2024-10-20T17:13+0400
qoca
səhiyyə
tənha
tənhalıq
xəstəlik
xəstəlik
https://cdnn1.img.sputnik.az/img/07e8/05/0b/464549454_0:160:3072:1888_1920x0_80_0_0_acc8ce96ef77333f4d95497cb39f58c2.jpg
BAKI, 20 oktyabr — Sputnik. Florida Ştatı Universiteti Tibb Kollecinin alimləri müəyyən ediblər ki, tənhalıq idrak qabiliyyətinin azalması riskini 15%, demensiyanın inkişaf riskini isə 31% artırır. Bu barədə Rusiya mediası tədqiqatın nəticələrinin dərc edildiyi "Nature Mental Health" (NMH) jurnalına istinadən xəbər verib. Alimlər dünyanın müxtəlif ölkələrindən 600 min insanın sağlamlıq haqqında məlumatlarını təhlil ediblər. Bundan əlavə, tədqiqatçılar iştirakçıların sosial bacarıqlarını qiymətləndirərək onların dostları və ailələri ilə adətən nə qədər vaxt keçirdiklərini dəqiqləşdirmələrini istəyiblər. Nəticələr tənhalığın 15% koqnitiv pozğunluq riski ilə əlaqəli olduğunu göstərib. Bundan əlavə, özlərini tənha kimi xarakterizə edən insanların demensiya inkişaf etdirmə ehtimalı 31% daha çox olub. Alimlər sosial mühitdə zehni qabiliyyətlərdən istifadə ehtiyacının olmaması səbəbindən beyin sağlamlığının pisləşməyə başladığını irəli sürüblər. Tədqiqatçılar əlavə ediblər ki, işin nəticələrinin müsbət tərəfi də var. Onların fikrincə, tənhalıq idarə oluna bilən risk faktorudur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/0b/464549454_171:0:2902:2048_1920x0_80_0_0_0927625bfb98785d4335caeb01c9cdc8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qoca, tənha, tənhalıq, xəstəlik, xəstəlik
qoca, tənha, tənhalıq, xəstəlik, xəstəlik
NMН: Tənhalıq demensiya xəstəliyinin yaranmasına səbəb olur
Alimlərin fikrincə, tənhalıq idarə oluna bilən risk faktorudur.
BAKI, 20 oktyabr — Sputnik. Florida Ştatı Universiteti Tibb Kollecinin alimləri müəyyən ediblər ki, tənhalıq idrak qabiliyyətinin azalması riskini 15%, demensiyanın inkişaf riskini isə 31% artırır.
Bu barədə Rusiya mediası tədqiqatın nəticələrinin dərc edildiyi "Nature Mental Health" (NMH) jurnalına istinadən xəbər verib.
Alimlər dünyanın müxtəlif ölkələrindən 600 min insanın sağlamlıq haqqında məlumatlarını təhlil ediblər. Bundan əlavə, tədqiqatçılar iştirakçıların sosial bacarıqlarını qiymətləndirərək onların dostları və ailələri ilə adətən nə qədər vaxt keçirdiklərini dəqiqləşdirmələrini istəyiblər.
Nəticələr tənhalığın 15% koqnitiv pozğunluq riski ilə əlaqəli olduğunu göstərib. Bundan əlavə, özlərini tənha kimi xarakterizə edən insanların demensiya inkişaf etdirmə ehtimalı 31% daha çox olub. Alimlər sosial mühitdə zehni qabiliyyətlərdən istifadə ehtiyacının olmaması səbəbindən beyin sağlamlığının pisləşməyə başladığını irəli sürüblər.
Tədqiqatçılar əlavə ediblər ki, işin nəticələrinin müsbət tərəfi də var. Onların fikrincə, tənhalıq idarə oluna bilən risk faktorudur.