https://sputnik.az/20241020/moskva-tehranla-yaxin-serqdeki-veziyyeti-deyerlendirir---ryabkov-468142409.html
Moskva Tehranla Yaxın Şərqdəki vəziyyəti dəyərləndirir - Ryabkov
Moskva Tehranla Yaxın Şərqdəki vəziyyəti dəyərləndirir - Ryabkov
Sputnik Azərbaycan
İsrail yaxın günlərdə İrana hücum edə bilər, lakin zərbələrin hədəfləri ilə bağlı qərar hələ verilməyib. 20.10.2024, Sputnik Azərbaycan
2024-10-20T11:45+0400
2024-10-20T11:45+0400
2024-10-20T11:45+0400
sergey ryabkov
dünya xəbərləri
israil
iran
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
mariya zaxarova
abş prezidenti cozef bayden
https://cdnn1.img.sputnik.az/img/07e7/02/09/451584557_0:0:1574:886_1920x0_80_0_0_8ffc624caba8f1f626941fa3c26b56f3.jpg
BAKI, 20 oktyabr — Sputnik. Moskva Tehranla Yaxın Şərqdəki vəziyyətin qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi edir, bu təmaslara ehtiyac var. Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. "Biz İran tərəfi ilə daim əlaqə saxlayırıq. Təmaslarımız siyasi barometrdəki dalğalanmalardan və hazırda son dərəcə yüksək olan və böyük narahatlıq doğuran regionda gərginliyin dərəcəsindən asılı deyil. Aydındır ki, indiki şəraitdə belə dialoqa tələbat artır və müxtəlif istiqamətlərdə müvafiq qiymətləndirmə və yanaşma mübadiləsi aparılır", nazir müavini bildirib. Bundan əvvəl Washington Post İsrail rəsmilərinə istinadən yazıb ki, İsrail yaxın günlərdə İrana hücum edə bilər, lakin zərbələrin hədəfləri ilə bağlı qərar hələ verilməyib. Oktyabrın 1-də İran tarixdə ikinci dəfə İsraili kütləvi raket atəşinə məruz qoyub və bunu özünümüdafiə aktı adlandırıb. İsrail ordusu 180-ə yaxın ballistik raketin atıldığını və onların əksəriyyətinin ələ keçirildiyini bildirib. Sosial şəbəkələrdə İsrailin müxtəlif ərazilərinə düşən mərmilərin nəticələri əks olunub. İsrail rəsmilərinin bildirdiyinə görə, atəş nəticəsində ölkə vətəndaşları arasında tələfat olmayıb. İranlılar raketlərin İsrail hərbi hədəflərini vurduğunu iddia edirlər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İranın İsrailə raket hücumundan sonra ABŞ prezidenti Co Baydenin administrasiyasının böhranların həllində tam acizliyini nümayiş etdirərək Yaxın Şərqdə uğursuzluğa düçar olduğunu bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/09/451584557_106:0:1522:1062_1920x0_80_0_0_1b8e299cf5bd647869da410457ea34e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey ryabkov, israil, iran, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, abş prezidenti cozef bayden
sergey ryabkov, israil, iran, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, abş prezidenti cozef bayden
Moskva Tehranla Yaxın Şərqdəki vəziyyəti dəyərləndirir - Ryabkov
İsrail yaxın günlərdə İrana hücum edə bilər, lakin zərbələrin hədəfləri ilə bağlı qərar hələ verilməyib.
BAKI, 20 oktyabr — Sputnik. Moskva Tehranla Yaxın Şərqdəki vəziyyətin qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi edir, bu təmaslara ehtiyac var. Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"Biz İran tərəfi ilə daim əlaqə saxlayırıq. Təmaslarımız siyasi barometrdəki dalğalanmalardan və hazırda son dərəcə yüksək olan və böyük narahatlıq doğuran regionda gərginliyin dərəcəsindən asılı deyil. Aydındır ki, indiki şəraitdə belə dialoqa tələbat artır və müxtəlif istiqamətlərdə müvafiq qiymətləndirmə və yanaşma mübadiləsi aparılır", nazir müavini bildirib.
Bundan əvvəl Washington Post İsrail rəsmilərinə istinadən yazıb ki, İsrail yaxın günlərdə İrana hücum edə bilər, lakin zərbələrin hədəfləri ilə bağlı qərar hələ verilməyib.
Oktyabrın 1-də İran tarixdə ikinci dəfə İsraili kütləvi raket atəşinə məruz qoyub və bunu özünümüdafiə aktı adlandırıb. İsrail ordusu 180-ə yaxın ballistik raketin atıldığını və onların əksəriyyətinin ələ keçirildiyini bildirib. Sosial şəbəkələrdə İsrailin müxtəlif ərazilərinə düşən mərmilərin nəticələri əks olunub. İsrail rəsmilərinin bildirdiyinə görə, atəş nəticəsində ölkə vətəndaşları arasında tələfat olmayıb.
İranlılar raketlərin İsrail hərbi hədəflərini vurduğunu iddia edirlər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İranın İsrailə raket hücumundan sonra ABŞ prezidenti Co Baydenin administrasiyasının böhranların həllində tam acizliyini nümayiş etdirərək Yaxın Şərqdə uğursuzluğa düçar olduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.