https://sputnik.az/20241020/miqrene-care-tapilib-468157953.html
Miqrenə çarə tapılıb
Miqrenə çarə tapılıb
Sputnik Azərbaycan
Bu araşdırmanın nəticələri xroniki xəstəliklərin, o cümlədən miqrenin müalicəsində psixoloji komponentin əhəmiyyətini vurğulayıb. 20.10.2024, Sputnik Azərbaycan
2024-10-20T22:20+0400
2024-10-20T22:20+0400
2024-10-20T22:20+0400
miqren
müalicə
psixoloji
plasebo
səhiyyə
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1c/460911773_0:0:3083:1734_1920x0_80_0_0_ed8744f846469968aabbaf579f6cfd18.jpg
BAKI, 20 oktyabr — Sputnik. Plasebolar miqren hücumlarının tezliyini və intensivliyini azalda bilər. Bunu "Nature Medicine" jurnalında dərc olunan araşdırma göstərib. Araşdırmada xroniki miqrendən əziyyət çəkən 400 könüllü iştirak edib. Onlar üç qrupa bölünüblər. Birinci qrupdakı xəstələrə real miqren dərmanı, ikinci qrupdakı iştirakçılar isə plasebo həbləri (heç bir aşkar dərman xassələri olmayan maddə) qəbul ediblər. Üçüncü qrup nəzarət kimi çıxış edib və heç bir müdaxiləyə məruz qalmayıb. Eksperimental müddətin sonunda tədqiqatçılar iştirakçıların sağlamlıq məlumatlarını yeniləyiblər. Məlum olub ki, plasebo qəbul edənlər miqren tutmalarının tezliyində və şiddətində əhəmiyyətli dərəcədə azalma müşahidə ediblər. Bu terapevtik effekt birinci qrupun qəbul etdiyi real dərmanın təsiri ilə müqayisə oluna bilərdi. Müalicə və ya saxta müalicə almayan xəstələrdə heç bir yaxşılaşma müşahidə edilməyib. Tədqiqatçılar izah ediblər ki, plasebo müalicəsinin effektivliyi müsbət gözləntilər və effektivliyə olan inanclar kimi psixoloji amillərlə əlaqəli ola bilər. Bu araşdırmanın nəticələri xroniki xəstəliklərin, o cümlədən miqrenin müalicəsində psixoloji komponentin əhəmiyyətini vurğulayır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1c/460911773_196:0:2927:2048_1920x0_80_0_0_eb824c451f4667611c8b7671635c2514.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
miqren, müalicə, psixoloji, plasebo
miqren, müalicə, psixoloji, plasebo
Miqrenə çarə tapılıb
Bu araşdırmanın nəticələri xroniki xəstəliklərin, o cümlədən miqrenin müalicəsində psixoloji komponentin əhəmiyyətini vurğulayıb.
BAKI, 20 oktyabr — Sputnik. Plasebolar miqren hücumlarının tezliyini və intensivliyini azalda bilər.
Bunu "Nature Medicine" jurnalında dərc olunan araşdırma göstərib.
Araşdırmada xroniki miqrendən əziyyət çəkən 400 könüllü iştirak edib. Onlar üç qrupa bölünüblər. Birinci qrupdakı xəstələrə real miqren dərmanı, ikinci qrupdakı iştirakçılar isə plasebo həbləri (heç bir aşkar dərman xassələri olmayan maddə) qəbul ediblər. Üçüncü qrup nəzarət kimi çıxış edib və heç bir müdaxiləyə məruz qalmayıb.
Eksperimental müddətin sonunda tədqiqatçılar iştirakçıların sağlamlıq məlumatlarını yeniləyiblər. Məlum olub ki, plasebo qəbul edənlər miqren tutmalarının tezliyində və şiddətində əhəmiyyətli dərəcədə azalma müşahidə ediblər. Bu terapevtik effekt birinci qrupun qəbul etdiyi real dərmanın təsiri ilə müqayisə oluna bilərdi. Müalicə və ya saxta müalicə almayan xəstələrdə heç bir yaxşılaşma müşahidə edilməyib.
Tədqiqatçılar izah ediblər ki, plasebo müalicəsinin effektivliyi müsbət gözləntilər və effektivliyə olan inanclar kimi psixoloji amillərlə əlaqəli ola bilər. Bu araşdırmanın nəticələri xroniki xəstəliklərin, o cümlədən miqrenin müalicəsində psixoloji komponentin əhəmiyyətini vurğulayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.