https://sputnik.az/20241020/kofe-alzhaymer-xesteliyine-nece-tesir-edir-alimler-ilginc-sebebi-aciqladilar-468116156.html
Kofe Alzhaymer xəstəliyinə necə təsir edir? Alimlər ilginc səbəbi açıqladılar
Kofe Alzhaymer xəstəliyinə necə təsir edir? Alimlər ilginc səbəbi açıqladılar
Sputnik Azərbaycan
Qəhvə Alzheimer xəstəliyinin inkişaf riskini 2,5 dəfə azaldır. 20.10.2024, Sputnik Azərbaycan
2024-10-20T13:04+0400
2024-10-20T13:04+0400
2024-10-20T13:04+0400
qəhvə
elm
alzheimer
kofein
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/04/436956055_0:161:3071:1888_1920x0_80_0_0_922fe56589a8da8714b0688da91e7664.jpg
BAKI, 21 oktyabr — Sputnik. Lillya Universitetinin (Fransa) alimləri müəyyən ediblər ki, qəhvə istehlakının artması Alzhaymer xəstəliyinin inkişaf riskinin azalması ilə əlaqələndirilir. Tədqiqatın nəticələri "Alzheimer's & Dementia" (A&D) jurnalında dərc olunub. Tədqiqatçılar 70 yaşdan yuxarı yüngül koqnitiv pozğunluğu olan və ya Alzheimer xəstəliyinin ilkin mərhələlərində olan xəstələrin sağlamlıq və pəhriz məlumatlarına baxıblar. İştirakçılar istehlak etdikləri kofeinin miqdarına görə iki qrupa bölünüblər. Məlum olub ki, daha az kofein qəbul edən insanların yaddaş və digər idrak qabiliyyətinin azalması riski əhəmiyyətli dərəcədə artıb. Bu qrupun daha çox kofein qəbul edənlərlə müqayisədə Alzheimer xəstəliyinə tutulma ehtimalı 2,5 dəfə çox idi. Bundan əlavə, alimlər iştirakçıların onurğa beyni mayesinin tərkibini təhlil ediblər. Məlum olub ki, az miqdarda kofein qəbul edən insanların onurğa-beyin mayesində beta-amiloid zülallarının konsentrasiyası azalıb. Tədqiqatçılar izah etdilər ki, bu, Alzheimer xəstəliyinə xas olan neyrodegenerasiyanın bioloji markeri kimi xidmət edə bilər. Daha əvvəl Alzhaymer riskini necə azaltmaq barədə məlumat verilmişdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/04/436956055_170:0:2901:2048_1920x0_80_0_0_e19301f603c96380c507ecf9bb8b5eb9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
qəhvə, alzheimer, kofein
Kofe Alzhaymer xəstəliyinə necə təsir edir? Alimlər ilginc səbəbi açıqladılar
Qəhvə Alzheimer xəstəliyinin inkişaf riskini 2,5 dəfə azaldır.
BAKI, 21 oktyabr — Sputnik. Lillya Universitetinin (Fransa) alimləri müəyyən ediblər ki, qəhvə istehlakının artması Alzhaymer xəstəliyinin inkişaf riskinin azalması ilə əlaqələndirilir.
Tədqiqatın nəticələri "Alzheimer's & Dementia" (A&D) jurnalında dərc olunub.
Tədqiqatçılar 70 yaşdan yuxarı yüngül koqnitiv pozğunluğu olan və ya Alzheimer xəstəliyinin ilkin mərhələlərində olan xəstələrin sağlamlıq və pəhriz məlumatlarına baxıblar. İştirakçılar istehlak etdikləri kofeinin miqdarına görə iki qrupa bölünüblər. Məlum olub ki, daha az kofein qəbul edən insanların yaddaş və digər idrak qabiliyyətinin azalması riski əhəmiyyətli dərəcədə artıb. Bu qrupun daha çox kofein qəbul edənlərlə müqayisədə Alzheimer xəstəliyinə tutulma ehtimalı 2,5 dəfə çox idi.
Bundan əlavə, alimlər iştirakçıların onurğa beyni mayesinin tərkibini təhlil ediblər. Məlum olub ki, az miqdarda kofein qəbul edən insanların onurğa-beyin mayesində beta-amiloid zülallarının konsentrasiyası azalıb. Tədqiqatçılar izah etdilər ki, bu, Alzheimer xəstəliyinə xas olan neyrodegenerasiyanın bioloji markeri kimi xidmət edə bilər.
Daha əvvəl Alzhaymer riskini necə azaltmaq barədə məlumat verilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.