ELM

Astronomlar yadplanetlilərin varlığına dair sübutlar səsləndirəcəklər

© Photo : UFO Sightings Dailyufo
ufo - Sputnik Azərbaycan, 1920, 20.10.2024
Abunə olmaq
Təhlil Oksforddan olan "Breakthrough Listen" layihə komandası tərəfindən aparılır. Komanda mənbəsi hələ açıqlanmayan siqnalı yoxlayaraq təfərrüatları axtarır, ona görə də xəbərlərin dərci, hələ ki, gecikir.
BAKI, 20 oktyabr — Sputnik. Astronomlar kosmosda dərrakəli yadplanetli həyatın olduğunu aşkar ediblər.
Bu sözləri NASA ilə əməkdaşlıq edən britaniyalı rejissor və müəllim Saymon Holland "Daily Mail"ə müsahibəsində deyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda müvafiq sübutlar dərc olunacaq. Gözləməyə bir aydan az vaxt qalıb.
"Biz qalaktikamızda qeyri-insani yerüstü zəka kəşf etdik. İnsanların bundan xəbəri yoxdur" – Holland deyib.
O, əlavə edib ki, təhlil Oksforddan olan "Breakthrough Listen" layihə komandası tərəfindən aparılır. Komanda mənbəsi hələ açıqlanmayan siqnalı yoxlayaraq təfərrüatları axtarır, ona görə də xəbərlərin dərci, hələ ki, gecikir.
Bundan əvvəl ABŞ Konqresinin UNO-larla bağlı mütəmadi olaraq açıq dinləmələr keçirdiyi bildirilib. Son vaxtlar mediada yerdənkənar fəaliyyətə diqqət artır: keçmiş ABŞ hərbçiləri bu mövzuda daim çıxış edirlər. İnternetdə isə vaxtaşırı UFO-ları təsvir etdiyi iddia edilən yeni videolar dərc olunur.
Xəbər lenti
0