https://sputnik.az/20241019/qarsidan-infarkt-ve-insult-movsumu-gelir-felaketden-qacmaq-ucun-nece-qorunmaq-lazimdir-468113996.html
Qarşıdan infarkt və insult mövsümü gəlir: fəlakətdən qaçmaq üçün necə qorunmaq lazımdır
Qarşıdan infarkt və insult mövsümü gəlir: fəlakətdən qaçmaq üçün necə qorunmaq lazımdır
Sputnik Azərbaycan
Rusiyalı kardioloq payızda ürəyə qulluq üçün əsas qaydaları sadalayıb. 19.10.2024, Sputnik Azərbaycan
2024-10-19T16:59+0400
2024-10-19T16:59+0400
2024-10-19T16:59+0400
infarkt
cəmiyyət
həkim
kardioloq
arterial təzyiq
artım
payız
idman
ürək
https://cdnn1.img.sputnik.az/img/07e8/07/0b/465969693_0:160:3072:1888_1920x0_80_0_0_f1a8df3c86c72c5285fbe4c32d99f823.jpg
BAKI, 19 oktyabr — Sputnik. Məlum olduğu kimi, payız bizə təbiətin minlərlə rəngini təqdim edən və göz oxşayan fəsillərdən biridir. Lakin ürək üçün isə əlavə bir yükdür. Mövsümün dəyişməsi ilə iş və şəhər stresimizi daha kəskin hiss etməyə başlayırıq. Bundan əlavə, tez-tez ayaqüstü keçirdiyimiz bir çox soyuqdəymə xəstəlikləri ürək-damar sisteminə təsir edə bilər. "Sağlam olmaq vərdişi" kitabının müəllifi, rusiyalı kardioloq Natalya Qavrilyuk bunun öhdəsindən necə gələcəyini, həmçinin hipertoniya, infarkt və insultun qarşısını necə almaq lazım olduğunu izah edib. Həkim qeyd edib ki, stresin hər hansı bir aparıcı amilini ayırd etmək çətindir və onların insana təsiri gücünə görə müxtəlif ola bilər. Bəzi insanlar işdəki çətinliklərin öhdəsindən gəlməkdə çətinlik çəkirlər, bəziləri üçün isə ən böyük stres yaxınları ilə münasibətlərdəki mübahisələrin olmasıdır. Payızda ürəyinizlə daha diqqətli olmalısınız Həkim qeyd edir ki, payız-qış mövsümü ənənəvi olaraq ürək-damar patologiyasının inkişafı üçün ən aktiv dövrdür. "Atmosfer təzyiqinin mümkün dəyişməsi, eləcə də hava şəraiti burada böyük rol oynayır: şaxtada ayaqlarda və əllərdə damarların reflektor spazması yaranır. Orqanizm daxili orqanların ətrafındakı istiliyi belə saxlamağa çalışır, bu da arterial təzyiqini artırır. İnfarkt və insultun daha çox payız-qış dövründə baş verməsi də sübut olunub", - kardioloq vurğulayıb. Bunun qarşısını almaq üçün nə etmək lazımdır? Ekspert deyir ki, tibbi təcrübə elmi dəstəkləyir. Əksər iş adamları, yüksək vəzifəli və orta səviyyəli işçilər, yüksək məsuliyyət daşıyan insanlar, məsələn, aviadispetçerlər, həkimlər və müəllimlər üçün arterial təzyiq zaman keçdikcə artır. Həmçinin xroniki stres işemik ürək xəstəliyinin, infarktın və insultun inkişaf ehtimalını artırır. Təzyiqi sabitləşdirmək və bütün bədəni gücləndirmək üçün bir neçə idman hərəkətlərindən istifadə etmək lazımdır. Bunlardan ən faydalı olanlardan biri də plankadır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/0b/465969693_171:0:2902:2048_1920x0_80_0_0_a6f9cb704878779307fc278f1e9c4439.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
infarkt, həkim, kardioloq, arterial təzyiq, artım, payız, idman, ürək
infarkt, həkim, kardioloq, arterial təzyiq, artım, payız, idman, ürək
Qarşıdan infarkt və insult mövsümü gəlir: fəlakətdən qaçmaq üçün necə qorunmaq lazımdır
Rusiyalı kardioloq payızda ürəyə qulluq üçün əsas qaydaları sadalayıb.
BAKI, 19 oktyabr — Sputnik. Məlum olduğu kimi, payız bizə təbiətin minlərlə rəngini təqdim edən və göz oxşayan fəsillərdən biridir. Lakin ürək üçün isə əlavə bir yükdür. Mövsümün dəyişməsi ilə iş və şəhər stresimizi daha kəskin hiss etməyə başlayırıq. Bundan əlavə, tez-tez ayaqüstü keçirdiyimiz bir çox soyuqdəymə xəstəlikləri ürək-damar sisteminə təsir edə bilər.
"Sağlam olmaq vərdişi" kitabının müəllifi, rusiyalı kardioloq Natalya Qavrilyuk bunun öhdəsindən necə gələcəyini, həmçinin hipertoniya, infarkt və insultun qarşısını necə almaq lazım olduğunu izah edib.
Həkim qeyd edib ki, stresin hər hansı bir aparıcı amilini ayırd etmək çətindir və onların insana təsiri gücünə görə müxtəlif ola bilər. Bəzi insanlar işdəki çətinliklərin öhdəsindən gəlməkdə çətinlik çəkirlər, bəziləri üçün isə ən böyük stres yaxınları ilə münasibətlərdəki mübahisələrin olmasıdır.
"Elmi araşdırmalardan danışırıqsa, onların bir çoxu işdəki mənəvi vəziyyətin ağırlığı ilə işçilərin rifahı və sağlamlığı arasındkı bir əlaqə olduğunu göstərib. Çox sayda nəşr iş stresi fonunda ürək-damar xəstəliklərinin inkişafına həsr edilib, burada isə əsas mexanizm məhz arterial təzyiqinin artmasıdır", - kardioloq bildirib.
Payızda ürəyinizlə daha diqqətli olmalısınız
Həkim qeyd edir ki, payız-qış mövsümü ənənəvi olaraq ürək-damar patologiyasının inkişafı üçün ən aktiv dövrdür.
"Atmosfer təzyiqinin mümkün dəyişməsi, eləcə də hava şəraiti burada böyük rol oynayır: şaxtada ayaqlarda və əllərdə damarların reflektor spazması yaranır. Orqanizm daxili orqanların ətrafındakı istiliyi belə saxlamağa çalışır, bu da arterial təzyiqini artırır. İnfarkt və insultun daha çox payız-qış dövründə baş verməsi də sübut olunub", - kardioloq vurğulayıb.
Bunun qarşısını almaq üçün nə etmək lazımdır?
mütəmadi olaraq qan təzyiqini ölçmək və həkiminizin təyin etdiyi dərmanları qəbul etmək;
ayaqlarınızı və əllərinizi quru və isti saxlamaq, hava şəraitinə uyğun ayaqqabı, əlcək, corab və üst paltar seçmək də daxil olmaqla hipotermiyadan çəkinmək;
iş gününün gərginliyindən azad olmaq üçün özünə vaxt vermək.
Ekspert deyir ki, tibbi təcrübə elmi dəstəkləyir. Əksər iş adamları, yüksək vəzifəli və orta səviyyəli işçilər, yüksək məsuliyyət daşıyan insanlar, məsələn, aviadispetçerlər, həkimlər və müəllimlər üçün arterial təzyiq zaman keçdikcə artır. Həmçinin xroniki stres işemik ürək xəstəliyinin, infarktın və insultun inkişaf ehtimalını artırır.
Təzyiqi sabitləşdirmək və bütün bədəni gücləndirmək üçün bir neçə idman hərəkətlərindən istifadə etmək lazımdır. Bunlardan ən faydalı olanlardan biri də plankadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.