https://sputnik.az/20241019/qalibi-qarsilayaq-qobi-sehrasinda-robot-yarisi-nece-kecdi-468114297.html
Qalibi qarşılayaq: Qobi səhrasında robot yarışı necə keçdi
Qalibi qarşılayaq: Qobi səhrasında robot yarışı necə keçdi
Sputnik Azərbaycan
Robotlarln görünüşü bir detal - idman ayaqqabısı istisna olmaqla eyni olub. Bir "Star1" ayaqyalın qaçıb, digəri isə bunu real idmançılar üçün lüks... 19.10.2024, Sputnik Azərbaycan
2024-10-19T17:35+0400
2024-10-19T17:35+0400
2024-10-19T17:35+0400
dünya xəbərləri
robot
yarış
çin
flaqman
qaçış
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460842273_0:258:2532:1682_1920x0_80_0_0_7411cd6686629caabfa89c86d70e9172.jpg
BAKI, 19 oktyabr — Sputnik. Çin şirkəti qeyri-adi yarış keçirib. Yarışda bir neçə insanabənzər bot iştirak edib. Bu barədə Çinin "Robot Era" şirkətindən məlumat verilib. Bir neçə ay əvvəl Çinin "Robot Era" şirkəti özünün insanabənzər robotu olan "XBot-L"-in Böyük Çin Səddi üzərində gəzməsinə imkan verərək onun hərəkət qabiliyyətini nümayiş etdirib. Bu günlərdə isə şirkət Qobi səhrasında çalışan yeni flaqman "Star1" modellərinin görüntülərini yayımlayıb. Şirkət bildirib ki, idman ayaqqabısı geyən humanoid gec start edib, lakin tez bir zamanda rəqibinə yetişib və liderliyi ələ keçirib. O, 34 dəqiqə ərzində saniyədə 3,6 metr sürətlə qaçıb. Hər iki bot 400 Nm-lik markalı mühərriklərlə təchiz olunub ki, bu da "presizion planetar reduktorlar, yüksək dəqiqlikli enkoderlər və drayverlər", həmçinin yüksək sürətli rabitə modullarını əhatə edir. Sİ-nin 275 bitə qədər sürətlə hesablanması onlara ətraf aləmi qəbul etməyə və müxtəlif landşaftlara uyğunlaşmağa kömək edib. Flaqman robotun hündürlüyü 1,71 m, çəkisi isə 65 kq-dır. Xüsusi qaçış yerişi onun bədəninin dik qalmasına imkan verib. Eyni zamanda, onun gülməli bir tərzdə irəliləyən ayaqları, ehtimal ki, Axmaq Yürüşlər Nazirliyi tərəfindən alqışlarla qarşılanardı. "Robot Era" insanabənzər robotların istehsalı ilə məşğul olan nisbətən gənc bir şirkətdir. Şirkət 2023-cü ilin avqustunda Tsinghua Universitetində yaradılıb. Onun missiyası süni intellekt tərəfindən idarə olunan çox yönlü humanoid robotların evlərdə və iş yerlərində tətbiqini həyata keçirməkdir. Bundan əvvəl Polşada müasir robot itlərin inanılmaz qabiliyyətləri nümayiş etdirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460842273_0:21:2532:1920_1920x0_80_0_0_a2ab629af8af01a67cb47dccd095ed0b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
robot, yarış, çin, flaqman, qaçış
robot, yarış, çin, flaqman, qaçış
Qalibi qarşılayaq: Qobi səhrasında robot yarışı necə keçdi
Robotlarln görünüşü bir detal - idman ayaqqabısı istisna olmaqla eyni olub. Bir "Star1" ayaqyalın qaçıb, digəri isə bunu real idmançılar üçün lüks ayaqqabılarla edib.
BAKI, 19 oktyabr — Sputnik. Çin şirkəti qeyri-adi yarış keçirib. Yarışda bir neçə insanabənzər bot iştirak edib. Bu barədə Çinin "Robot Era" şirkətindən məlumat verilib.
Bir neçə ay əvvəl Çinin "Robot Era" şirkəti özünün insanabənzər robotu olan "XBot-L"-in Böyük Çin Səddi üzərində gəzməsinə imkan verərək onun hərəkət qabiliyyətini nümayiş etdirib. Bu günlərdə isə şirkət Qobi səhrasında çalışan yeni flaqman "Star1" modellərinin görüntülərini yayımlayıb.
"Yarışda bir yox, iki robot iştirak edib. Onlar Qobi səhrasının müxtəlif hissələri boyunca qayalı yollar, otlu mənzərələr və dolama yolları dəf edərək bir-biri ilə yarışıblar. Robotlarln görünüşü bir detal - idman ayaqqabısı istisna olmaqla eyni olub. Bir "Star1" ayaqyalın qaçıb, digəri isə bunu real idmançılar üçün lüks ayaqqabılarla edib", - məlumatda deyilir.
Şirkət bildirib ki, idman ayaqqabısı geyən humanoid gec start edib, lakin tez bir zamanda rəqibinə yetişib və liderliyi ələ keçirib. O, 34 dəqiqə ərzində saniyədə 3,6 metr sürətlə qaçıb.
Hər iki bot 400 Nm-lik markalı mühərriklərlə təchiz olunub ki, bu da "presizion planetar reduktorlar, yüksək dəqiqlikli enkoderlər və drayverlər", həmçinin yüksək sürətli rabitə modullarını əhatə edir. Sİ-nin 275 bitə qədər sürətlə hesablanması onlara ətraf aləmi qəbul etməyə və müxtəlif landşaftlara uyğunlaşmağa kömək edib.
Flaqman robotun hündürlüyü 1,71 m, çəkisi isə 65 kq-dır. Xüsusi qaçış yerişi onun bədəninin dik qalmasına imkan verib. Eyni zamanda, onun gülməli bir tərzdə irəliləyən ayaqları, ehtimal ki, Axmaq Yürüşlər Nazirliyi tərəfindən alqışlarla qarşılanardı.
"Robot Era" insanabənzər robotların istehsalı ilə məşğul olan nisbətən gənc bir şirkətdir. Şirkət 2023-cü ilin avqustunda Tsinghua Universitetində yaradılıb. Onun missiyası süni intellekt tərəfindən idarə olunan çox yönlü humanoid robotların evlərdə və iş yerlərində tətbiqini həyata keçirməkdir.
Bundan əvvəl Polşada müasir robot itlərin inanılmaz qabiliyyətləri nümayiş etdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.