https://sputnik.az/20241019/cop29-a-hazirliqla-bagli-bezi-isler-tamamlanib---nazir-468166564.html
COP29-a hazırlıqla bağlı bəzi işlər tamamlanıb - Nazir
COP29-a hazırlıqla bağlı bəzi işlər tamamlanıb - Nazir
Sputnik Azərbaycan
COP29-un müəyyən edilmiş Prezidenti tədbirə hazıqlıq işlərindən danışıb. 19.10.2024, Sputnik Azərbaycan
2024-10-19T10:55+0400
2024-10-19T10:55+0400
2024-10-19T10:55+0400
azərbaycan xəbərləri
muxtar babayev
cop29
iş
bmt
https://cdnn1.img.sputnik.az/img/07e8/04/0f/463929740_0:67:1280:787_1920x0_80_0_0_7a38b45d14af78662fa5d13eec5293e3.jpg
BAKI, 19 oktyabr - Sputnik. "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının keçirilməsinə (COP29) hazırlıq çərçivəsində əsas işlər artıq tamamlanıb, lakin proses hələ də davam edir". Bunu jurnalistlərə ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev bildirib.Nazir bildirib ki, bundan sonrakı zaman kəsiyində görülən işlər BMT-nin Katibliyinə təhvil veriləcək.Onun sözlərinə görə hazırlıq prosesi hələ də davam edir:"Hazırda biz bu tədbirin keçiriləcəyi yerin tam olaraq hazırlanması ilə məşğuluq. Qalan vaxt isə əsasən işlərin BMT-nin katibliyinə təhvil verilməsinə, həm də onlarla razılaşdırmasına sərf olunacaq".Xatırladaq ki, hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtı Bakıda keçiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/0f/463929740_72:0:1209:853_1920x0_80_0_0_f28cb3d115b9023b1a0d0744bdcda7da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
muxtar babayev, cop29, iş, bmt
muxtar babayev, cop29, iş, bmt
COP29-a hazırlıqla bağlı bəzi işlər tamamlanıb - Nazir
COP29-un müəyyən edilmiş Prezidenti tədbirə hazıqlıq işlərindən danışıb.
BAKI, 19 oktyabr - Sputnik. "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının keçirilməsinə (COP29) hazırlıq çərçivəsində əsas işlər artıq tamamlanıb, lakin proses hələ də davam edir". Bunu jurnalistlərə ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev bildirib.
Nazir bildirib ki, bundan sonrakı zaman kəsiyində görülən işlər BMT-nin Katibliyinə təhvil veriləcək.
"Bu gün həm də yeni uniformaların təqdimatı keçirildi. Bu münasibətlə COP29 komandasını təbrik edirəm. Həmin uniformalar həm rəng, həm də dizayn nöqteyi-nəzərindən zövqlə seçilmiş bir geyimlərdir. Uniformalar həm əməkdaşlara yaraşacaq, həm də COP29-un əməkdaşlarının digər qonaqlardan seçilməsinə imkan verəcək", - M.Babayev deyib.
Onun sözlərinə görə hazırlıq prosesi hələ də davam edir:
"Hazırda biz bu tədbirin keçiriləcəyi yerin tam olaraq hazırlanması ilə məşğuluq. Qalan vaxt isə əsasən işlərin BMT-nin katibliyinə təhvil verilməsinə, həm də onlarla razılaşdırmasına sərf olunacaq".
Xatırladaq ki, hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtı Bakıda keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.