CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zibillərin daşınması bələdiyyələrə verilməlidir - Siyavuş Novruzov

© Sputnik / Musa MuradliBərdənin Güloğlular yeni qəsəbəsində, arxiv şəkli
Bərdənin Güloğlular yeni qəsəbəsində, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.10.2024
Abunə olmaq
Deputat bildirib ki, hazırda zibillərin daşınmasının bələdiyyəyə heç bir aidiyyəti yoxdur və bu işi kommunal təsərrüfatlar həyata keçirir.
BAKI, 18 oktyabr— Sputnik. Zibillərin daşınması bələdiyyələrə verilməlidir.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, hazırda zibillərin daşınmasının bələdiyyəyə heç bir aidiyyəti yoxdur və əslində bu, bələdiyyəyə verilməlidir:
"Bu gün kommunal təsərrüfatlar və yaxud onların imzaladığı müqavilə əsasında hansısa şirkətlər bunu yerinə yetirilər. Tez-tez deyirlər ki, bələdiyyə hara baxır? Bunun üçün vətəndaş pul ödəyirsə, bu, başqa şirkətlərə, təşkilatlara gedir, bələdiyyəyə daxil olmur. Bunun bələdiyyəyə aidiyyəti yoxdur".
Deputat Fazil Mustafa da bildirib ki, zibillərin daşınması bələdiyyələrə verilməlidir.
Xatırladaq ki, Tarif (qiymət) Şurasının 2024-cü il iyunun 29-da keçirilən növbəti iclasında Azərbaycanda bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin qiyməti qaldırılıb. Tarif (qiymət) Şurasının Katibliyindən verilən məlumata görə, iclasda bərk məişət tullantılarının idarə edilməsi üzrə tariflərə baxılıb.
Bərk məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması, ölkədə kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir.
Ölkəmizdə bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi sahəsinə dövlət büdcəsindən subsidiyalar ayrılır. Çünki bu sahə üzrə ödənişlər xidmətlə bağlı xərcləri qarşılamır. Həmçinin tariflərin aşağı səviyyədə olması bu sahəyə özəl sektorun marağını azaldır. Bununla əlaqədar olaraq daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətləri üzrə texniki təchizat və zərərsizləşdirmə xidmətinin səviyyəsi nəzərə alınmaqla yeni tariflər təsdiq edilib.
Hazırda bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi zənciri üzrə xidmətin maya dəyəri ƏDV ilə birlikdə kub metrlə 25 manat, tonla isə 114 manat təşkil edir. İndiyədək son tarif tənzimlənməsindən ötən 13 il ərzində tullantıların yığılması, daşınması üçün nəqliyyat vasitələri yenilənmiş, şəhər və qəsəbələrdə tullantıların saxlanılması və çeşidlənməsi məqsədilə konteynerlər yerləşdirilib.
"Yeni tarif tənzimləməsi dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, dövlət büdcəsindən asılılığı azaldacaq, abonentlərin uçotunun və xidmət haqlarının yığımının təşkilini stimullaşdıracaq və özəl sektorun bu sahəyə marağını təşviq edəcək" - məlumatda bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0