CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 18 oktyabr – FOTO

© Sputnik / Elnur Salayev18 oktyabr
18 oktyabr - Sputnik Azərbaycan, 1920, 18.10.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 18 oktyabr — Sputnik. Oktyabrın 18-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Oktyabrın 18-də kimlər anadan olub?
Vaqif İbrahimoğlu (1949-2011) - Azərbaycanın əməkdar incəsənət xadimi, aktyoru və rejissorudur. O, 1992-ci ildən həyatının sonuna qədər "YUĞ" Dövlət Teatrının bədii rəhbəri vəzifəsində çalışıb, burada 90-a yaxın tamaşaya quruluş verib.
© Photo : Public DomenVaqif İbrahimoğlu
Vaqif İbrahimoğlu - Sputnik Azərbaycan, 1920, 17.10.2024
Vaqif İbrahimoğlu
Çak Berri (1926-2017) - amerikalı rok musiqiçi, müğənni, gitaraçı, bəstəkar, rok-n-rollun yaradıcılarından biridir. O, "Rok-n-rollun atası" ləqəbinə sahibdir.
© Sputnik / Anton Denisov  / Mediabanka keçidÇak Berri
Çak Berri - Sputnik Azərbaycan, 1920, 17.10.2024
Çak Berri
Jan-Klod Van Damm (1960) - amerikalı aktyor, rejissor, ssenarist, döyüş səhnələrinin quruluşçusu və döyüş sənəti ustasıdır. O, ümumilikdə 50-dən çox filmdə ("Qanlı idman", "İkili zərbə", "Çətin hədəf" və s.) rol alıb.
© Sputnik / Ekaterina Chesnokova / Mediabanka keçidAmnerikalı aktyor Jan-Klod van Damm
Amnerikalı aktyor Jan-Klod van Damm - Sputnik Azərbaycan, 1920, 17.10.2024
Amnerikalı aktyor Jan-Klod van Damm
Sergey Bezrukov (1973) - Rusiya teatr və kino aktyoru, RF xalq artistidir. O, 2014-cü ildən Moskva Quberniya Teatrının bədii rəhbəridir. O, "Briqada" kriminal serialında Saşa Belıy rolunu oynadıqdan sonra məşhurlaşıb.
© Sputnik / Ramil Sitdikov / Mediabanka keçid Sergey Bezrukov
Сергей Безруков - Sputnik Azərbaycan, 1920, 17.10.2024
Sergey Bezrukov
Zak Efron (1987) - ABŞ aktyorudur. O, karyerasına 2000-ci illərin əvvəllərində başlayıb və "Orta məktəb tamaşası" trilogiyasında (2006-2008) Troy Bolton adlı baş qəhrəmanı canlandıraraq yeniyetmə kumirinə çevrilib. O, həmçinin "Bəxtəvər", "Görkəmli şoumen", "Dəqiqədə 128 ürək döyüntüsü", "Köhnə yeni il" və s. filmləri ilə də tanınır.
© AP Photo / Evan AgostiniZak Efron
Zak Efron - Sputnik Azərbaycan, 1920, 17.10.2024
Zak Efron
18 oktyabr tarixində dünyada baş verən tarixi hadisələr
1356-cı ildə İsveçrədə Bazel zəlzələsi - orta əsrlərdə Mərkəzi Avropada ən böyük zəlzələ baş verib. Fəlakət ölkənin şimal-qərbindəki Bazel şəhərini praktiki olaraq dağıdıb, 300 mindən çox insanın həyatına son qoyub və qonşu İsveçrə kantonlarının, Fransanın bir çox bölgələrinin və ən yaxın Almaniya dövlətlərinin əhalisinə ziyan vurub.
1922-ci ildə Britaniyanın BBC yayım korporasiyası (British Broadcasting Corporation) yaradılıb.
1929-cu ildə Sovetin K-5 sərnişin təyyarəsi ilk uçuşunu edib.
1991-ci ildə Azərbaycan Ali Soveti dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Məhz bu gün Respublikada Dövlət Müstəqilliyinin Bərpası Günü qeyd olunur.
2011-ci ildə MDB-nin səkkiz ölkəsinin hökumət başçıları birlik çərçivəsində azad ticarət zonası haqqında Saziş imzalayıblar.
2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri Araz çayının Azərbaycan və İran sahillərini birləşdirən qədim Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını qaldırıb.
Xəbər lenti
0