https://sputnik.az/20241018/siyavus-novruzov-belediyye-qanunvericiliyinde-deyisikliklerin-sebebini-aciqladi-468146692.html
Siyavuş Novruzov bələdiyyə qanunvericiliyində dəyişikliklərin səbəbini açıqladı
Siyavuş Novruzov bələdiyyə qanunvericiliyində dəyişikliklərin səbəbini açıqladı
Sputnik Azərbaycan
Prezidentin təqdimatına əsasən bələdiyyələrlə bağlı hər iki qanunun 37 maddəsində dəyişiklik nəzərdə tutulub. 18.10.2024, Sputnik Azərbaycan
2024-10-18T18:10+0400
2024-10-18T18:10+0400
2024-10-18T18:10+0400
məmur
cəmiyyət
bələdiyyə
bələdiyyələrin fəaliyyətinin yenidən gücləndirilməsi
bələdiyyələrin fəaliyyətinə inzibat
siyavuş novruzov
milli məclis
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621922_0:149:3112:1900_1920x0_80_0_0_cfa2a91f74814c3ef53a122bc68212a4.jpg
BAKI, 18 oktyabr— Sputnik. Milli Məclisin iclasında bələdiyyələrin statusu və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət ilə bağlı qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb. Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" qanunlarda dəyişiklik barədə danışıb. O qeyd edib ki, qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Prezidenti tərəfindən irəli sürülüb:"Sənəddə təklif edilən dəyişiklikləri şərti olaraq iki qrupda birləşdirmək olar. Bir qrup dəyişikliklər bələdiyyələrin fəaliyyəti sahəsində yaranan münasibətlərin tənzimlənməsi üçün hüquqi əsasların yaradılması, ikinci qrup dəyişikliklər isə yuxarıda göstərilən qanunlarda bəzi maddələrin qanunvericiliyin tələblərinə uyğun təkmilləşdirilməsi, normaların daha aydın və birmənalı ifadə edilməsi, icra müddətlərinin dəyişdirilməsi məqsədi ilə hazırlanıb". O bildirib ki, ümumilikdə, hər iki qanunun 37 maddəsində dəyişiklik nəzərdə tutulub: "Belə ki, sənəddə epidemiya əleyhinə rejim, sanitar gigiyena və karantin rejimi olduqda bələdiyyə iclaslarının onlayn formatda keçirilməsi ilə bağlı dəyişikliklər öz əksini tapıb. Digər məsələ - bələdiyyələrə keçirilən seçkilərdən sonra ilk bələdiyyə iclaslarına ən yaşlı bələdiyyə üzvünün sədrlik etməsidir. Bununla yanaşı, hesabatların onlayn qaydada təqdim olunması, bələdiyyə qərarlarının onların öz saytında yerləşdirilməsi, araşdırmaların aparılması ilə bağlı müddətlərə dair məsələlər də nəzərdə tutulur. Bu dəyişikliklər bələdiyyələrin daha səmərəli fəaliyyət göstərmələrinə xidmət edəcək". Qeyd edək ki, "Bələdiyyələrin statusu haqqında" qanuna edilən dəyişikliyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiq edilməsi və bələdiyyə iclasının iclas zalında bilavasitə iştirak etməklə keçirilməsini mümkünsüz edən digər hallarla əlaqədar bələdiyyə iclasları həmin dövr üçün videokonfrans əlaqə sistemi vasitəsilə keçirilə biləcək. Digər dəyişikliyə görə, yeni seçilən bələdiyyənin ilk iclası Mərkəzi Seçki Komissiyası tərəfindən bələdiyyə seçkilərinin yekunları elan edildikdən sonra 5 iş günü müddətində keçiriləcək. Bələdiyyənin ilk iclasında bələdiyyənin sədri seçilənədək yaşı daha çox olan üzv iclasa sədrlik edəcək. Digər dəyişikliyə əsasən, bələdiyyələr (bələdiyyə sədrləri və ya sədr vəzifəsini icra edən şəxslər) qərar qəbul etdiyi tarixdən 3 iş günü ərzində həmin qərarı elektron sənəd formasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın elektron portalında yerləşdirməlidirlər. "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" qanuna da müvafiq dəyişikliklər edilib. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20241018/milli-meclis-belediyyelerle-bagli-qanunlara-deyisiklik-edir-468142044.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621922_191:0:2922:2048_1920x0_80_0_0_a4b90ceff2ba836bb03bcd809fc0b743.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
məmur, bələdiyyə, bələdiyyələrin fəaliyyətinin yenidən gücləndirilməsi, bələdiyyələrin fəaliyyətinə inzibat, siyavuş novruzov, milli məclis
məmur, bələdiyyə, bələdiyyələrin fəaliyyətinin yenidən gücləndirilməsi, bələdiyyələrin fəaliyyətinə inzibat, siyavuş novruzov, milli məclis
Siyavuş Novruzov bələdiyyə qanunvericiliyində dəyişikliklərin səbəbini açıqladı
Prezidentin təqdimatına əsasən bələdiyyələrlə bağlı hər iki qanunun 37 maddəsində dəyişiklik nəzərdə tutulub.
BAKI, 18 oktyabr— Sputnik. Milli Məclisin iclasında bələdiyyələrin statusu və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət ilə bağlı qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb.
Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" qanunlarda dəyişiklik barədə danışıb.
O qeyd edib ki, qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Prezidenti tərəfindən irəli sürülüb:
"Sənəddə təklif edilən dəyişiklikləri şərti olaraq iki qrupda birləşdirmək olar. Bir qrup dəyişikliklər bələdiyyələrin fəaliyyəti sahəsində yaranan münasibətlərin tənzimlənməsi üçün hüquqi əsasların yaradılması, ikinci qrup dəyişikliklər isə yuxarıda göstərilən qanunlarda bəzi maddələrin qanunvericiliyin tələblərinə uyğun təkmilləşdirilməsi, normaların daha aydın və birmənalı ifadə edilməsi, icra müddətlərinin dəyişdirilməsi məqsədi ilə hazırlanıb".
O bildirib ki, ümumilikdə, hər iki qanunun 37 maddəsində dəyişiklik nəzərdə tutulub:
"Belə ki, sənəddə epidemiya əleyhinə rejim, sanitar gigiyena və karantin rejimi olduqda bələdiyyə iclaslarının onlayn formatda keçirilməsi ilə bağlı dəyişikliklər öz əksini tapıb. Digər məsələ - bələdiyyələrə keçirilən seçkilərdən sonra ilk bələdiyyə iclaslarına ən yaşlı bələdiyyə üzvünün sədrlik etməsidir. Bununla yanaşı, hesabatların onlayn qaydada təqdim olunması, bələdiyyə qərarlarının onların öz saytında yerləşdirilməsi, araşdırmaların aparılması ilə bağlı müddətlərə dair məsələlər də nəzərdə tutulur. Bu dəyişikliklər bələdiyyələrin daha səmərəli fəaliyyət göstərmələrinə xidmət edəcək".
Qeyd edək ki, "Bələdiyyələrin statusu haqqında" qanuna edilən dəyişikliyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiq edilməsi və bələdiyyə iclasının iclas zalında bilavasitə iştirak etməklə keçirilməsini mümkünsüz edən digər hallarla əlaqədar bələdiyyə iclasları həmin dövr üçün videokonfrans əlaqə sistemi vasitəsilə keçirilə biləcək.
Digər dəyişikliyə görə, yeni seçilən bələdiyyənin ilk iclası Mərkəzi Seçki Komissiyası tərəfindən bələdiyyə seçkilərinin yekunları elan edildikdən sonra 5 iş günü müddətində keçiriləcək. Bələdiyyənin ilk iclasında bələdiyyənin sədri seçilənədək yaşı daha çox olan üzv iclasa sədrlik edəcək.
Digər dəyişikliyə əsasən, bələdiyyələr (bələdiyyə sədrləri və ya sədr vəzifəsini icra edən şəxslər) qərar qəbul etdiyi tarixdən 3 iş günü ərzində həmin qərarı elektron sənəd formasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın elektron portalında yerləşdirməlidirlər.
"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" qanuna da müvafiq dəyişikliklər edilib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.