Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Məhkəmə Ruben Vardanyanla bağlı qərar verdi

© Photo : State Security Service (Azerbaijan)Ruben Vardanyan, arxiv
Ruben Vardanyan, arxiv - Sputnik Azərbaycan, 1920, 18.10.2024
Abunə olmaq
Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri barədə və digər əməllərini ifşa edən geniş araşdırma materialları təqdim edilib.
BAKI, 18 oktyabr — Sputnik. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ruben Vardanyan barədə davam edən cinayət işi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilib.
Qərara əsasən, R.Vardanyanın həbsdə saxlanma müddəti uzadılıb. Cinayət işi üzrə Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Xatırladaq ki, ötən müddətdə bir sıra beynəlxalq təşkilatlar və xarici media qurumları Ermənistan vətəndaşı olan yeganə milyarder kimi tanınmış, Rusiya Federasiyası vətəndaşlığından çıxıb Ermənistan vətəndaşlığını qəbul edərək qondarma "Dağlıq Qarabağ respublikasının dövlət naziri" olmuş Ruben Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri barədə və digər əməllərini ifşa edən geniş araşdırma materialları ilə çıxış edib.
27.05.24, 15:17
Ruben Vardanyanın apellyasiya şikayətinə cavab verildi
Bakı Apellyasiya Məhkəməsi Ruben Vardanyan barəsində qərar verib. Məhkəmə Ruben Vardanyan barəsində həbs qətimkan tədbirinin uzadılmasından verilən apellyasiya şikayətini təmin etməyib.
Qeyd edək ki, Ruben Vardanyan ötən il Qarabağda saxlanılaraq Bakıya gətirilib.
Ona Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verildiyi məlumdur.
Vardanyan 2022-ci ilin noyabrında qondarma rejimin dövlət naziri təyin edilib və 2023-cü ilin fevralında vəzifəsindən kənarlaşdırılıb. Rusiyalı iş adamı Vardanyan "Troyka Dialoq" şirkətinin təsisçisi və "Skolkovo" idarəetmə məktəbinin ilk prezidentidir. Ötən ilin sentyabrında Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmək niyyətində olduğunu bəyan edib.
Onu Qarabağ separatçılarının "pul kisəsi" adlandırırdılar. Hesab edilirdi ki, Vardanyan Rusiyada qazandığı milyardlarla Qarabağın müstəqil subyekt kimi tanınmasına yardım edəcək. Onu "Qarabağın İvanişvilisi (Bidzina İvanişvili - Gürcüstanın sabiq baş naziri-red.)" adlandıranlar da vardı.
Xatırladaq ki, BBC və digər xarici media qurumları bu yaxınlarda Ruben Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri ilə bağlı və digər əməllərini ifşa edən geniş araşdırma materialları ilə çıxış etmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0