Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qəbələdə atışma baş verib, ölən və yaralananlar var

© AP Photo / Bob EdmeTüfəng
Tüfəng - Sputnik Azərbaycan, 1920, 18.10.2024
Abunə olmaq
Faktla bağlı Qəbələ rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.
BAKI, 18 oktyabr — Sputnik. Qəbələdə 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb. Qəbələ rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 17-də saat 21 radələrində Qəbələ rayonu Zərgərli kəndi ərazisində 2 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı məlum olub ki, rayonun Laza kənd sakini, 1976-cı il təvəllüdlü Əlibaba Gəncimov rayonun Zərgərli kənd sakini Akif Məmmədliyə məxsus fərdi yaşayış evinə silahla hücum edərək həmin evdə yaşayan 1951-ci il təvəllüdlü Gülsadə Məmmədliyevaya atəş açıb. Gülsadə Məmmədliyeva atəş nəticəsində ölüb. Gəncimov Məmmədliyevanın nəvəsi, 2001-ci il təvəllüdlü Nurlan Məmmədliyevə də xəsarət yetirib.
Nurlan Məmmədliyev isə odlu silahdan atəş açaraq Əlibaba Gəncimovu öldürüb.
Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb, istintaq aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0