https://sputnik.az/20241018/mirzoyan-ranla-serhedi-qoruduqlarina-gore-rusiyaya-tesekkur-etdi-468158092.html
Mirzoyan İranla sərhədi qoruduqlarına görə Rusiyaya təşəkkür etdi
Mirzoyan İranla sərhədi qoruduqlarına görə Rusiyaya təşəkkür etdi
Sputnik Azərbaycan
Mirzoyan xatırladıb ki, yanvarın 1-dən Ermənistan sərhədçiləri keçid məntəqəsində tam xidməti öz üzərlərinə götürəcəklər. 18.10.2024, Sputnik Azərbaycan
2024-10-18T18:53+0400
2024-10-18T18:53+0400
2024-10-18T18:53+0400
ararat mirzoyan
siyasət
ermənistan
3+3 formatı
türkiyə
şimal-cənub tranzit dəhlizi
https://cdnn1.img.sputnik.az/img/07e7/07/19/457126622_0:0:3084:1736_1920x0_80_0_0_94d14a3334083aaf76c95d83d8cf8cad.jpg
BAKI, 18 oktyabr — Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sərhəd təhlükəsizliyinin təmin edilməsində və Ermənistan-İran sərhədindəki keçid məntəqəsində xidmətin təmin edilməsində uzun illər köməyə görə Rusiya tərəfinə təşəkkür edib. Bu barədə Ermənistan XİN rəhbəri İstanbulda regional "3+3" platformasının iclasındakı çıxışında bildirib. Xatırladaq ki, oktyabrın 8-də Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən görüşdə Ermənistan-İran sərhədində, Ermənistan sərhədçilərinin yerləşdiyi keçid məntəqəsindən rusiyalı hərbçilərin çıxarılması barədə razılıq əldə olunub. Mirzoyan xatırladıb ki, yanvarın 1-dən Ermənistan sərhədçiləri keçid məntəqəsində tam xidməti öz üzərlərinə götürəcəklər. XİN rəhbəri əmindir ki, bu, ölkənin sərhəd və gömrük xidmətlərinin inkişafına və möhkəmlənməsinə fayda verəcək. Regional kommunikasiyaların və əməkdaşlığın bərpasına toxunan XİN rəhbəri Ermənistanın müsbət münasibətini və bu problemin həlli üçün bütün regional oyunçularla işləməyə hazır olduğunu qeyd edib. Onun sözlərinə görə, Ermənistanın bütün kommunikasiyaları bərpa etmək istəyi hökumətin "Sülh kəsişməsi" layihəsində öz əksini tapıb. O qeyd edib ki, region ölkələri arasında bu layihəni ilk alqışlayanlardan biri də İran olub. Nazir vurğulayıb ki, Ermənistan Şimal-Cənub magistralının tikintisi üçün fəal praktiki addımlar atır, İranın Çabahar limanından istifadənin üstünlüklərini yüksək qiymətləndirir və tranzit tariflərinin qarşılıqlı şəkildə aşağı salınması üzərində işləyir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/19/457126622_355:0:3084:2047_1920x0_80_0_0_7c13f0fe42da4ed78d40f578e3713dc7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ararat mirzoyan, ermənistan, 3+3 formatı, türkiyə, şimal-cənub tranzit dəhlizi
ararat mirzoyan, ermənistan, 3+3 formatı, türkiyə, şimal-cənub tranzit dəhlizi
Mirzoyan İranla sərhədi qoruduqlarına görə Rusiyaya təşəkkür etdi
Mirzoyan xatırladıb ki, yanvarın 1-dən Ermənistan sərhədçiləri keçid məntəqəsində tam xidməti öz üzərlərinə götürəcəklər.
BAKI, 18 oktyabr — Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sərhəd təhlükəsizliyinin təmin edilməsində və Ermənistan-İran sərhədindəki keçid məntəqəsində xidmətin təmin edilməsində uzun illər köməyə görə Rusiya tərəfinə təşəkkür edib. Bu barədə Ermənistan XİN rəhbəri İstanbulda regional "3+3" platformasının iclasındakı çıxışında bildirib.
Xatırladaq ki, oktyabrın 8-də Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən görüşdə Ermənistan-İran sərhədində, Ermənistan sərhədçilərinin yerləşdiyi keçid məntəqəsindən rusiyalı hərbçilərin çıxarılması barədə razılıq əldə olunub.
Mirzoyan xatırladıb ki, yanvarın 1-dən Ermənistan sərhədçiləri keçid məntəqəsində tam xidməti öz üzərlərinə götürəcəklər. XİN rəhbəri əmindir ki, bu, ölkənin sərhəd və gömrük xidmətlərinin inkişafına və möhkəmlənməsinə fayda verəcək.
Regional kommunikasiyaların və əməkdaşlığın bərpasına toxunan XİN rəhbəri Ermənistanın müsbət münasibətini və bu problemin həlli üçün bütün regional oyunçularla işləməyə hazır olduğunu qeyd edib. Onun sözlərinə görə, Ermənistanın bütün kommunikasiyaları bərpa etmək istəyi hökumətin "Sülh kəsişməsi" layihəsində öz əksini tapıb. O qeyd edib ki, region ölkələri arasında bu layihəni ilk alqışlayanlardan biri də İran olub.
Nazir vurğulayıb ki, Ermənistan Şimal-Cənub magistralının tikintisi üçün fəal praktiki addımlar atır, İranın Çabahar limanından istifadənin üstünlüklərini yüksək qiymətləndirir və tranzit tariflərinin qarşılıqlı şəkildə aşağı salınması üzərində işləyir.