https://sputnik.az/20241018/mehriban-eliyeva-paylasim-edib-google-ise-bayragimizin-renglerinde-dudl-hazirlayib-468142537.html
Mehriban Əliyeva paylaşım edib, “Google” isə bayrağımızın rənglərində dudl hazırlayıb
Mehriban Əliyeva paylaşım edib, “Google” isə bayrağımızın rənglərində dudl hazırlayıb
Sputnik Azərbaycan
Mehriban Əliyeva və “Google”dan Müstəqillik Günü paylaşımı
2024-10-18T11:45+0400
2024-10-18T11:45+0400
2024-10-18T12:40+0400
mehriban əliyeva
cəmiyyət
google
azərbaycan bayrağı
müstəqillik günü
"azərbaycanın müstəqillik günü"
https://cdnn1.img.sputnik.az/img/07e8/09/1a/467682440_0:160:3072:1888_1920x0_80_0_0_346b9943baea769f3cb62b6c0690dbc1.jpg
BAKI, 18 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib. Sputnik Azərbaycan paylaşımı təqdim edir: Qeyd edək ki, ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl hazırlayıb.Azərbaycanın bayrağını klik edəndə “Azərbaycanda Müstəqilliyin Bərpası Günü” ilə bağlı informasiyaların yer aldığı saytlara, xəbər agentliklərinin səhifələrə keçid baş verir.Dudl "Google" axtarış saytının əsas səhifəsində əlamətdar hadisələr münasibəti ilə yaradılan xüsusi açıqcaların adıdır.Qeyd edək ki, bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür. 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33-cü ili tamam olur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/1a/467682440_171:0:2902:2048_1920x0_80_0_0_ed2d29bf8b7b0b4a00fc05e0349502a3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
“google”, “google” şirkəti, mehriban əliyeva, müstəqillik günü
“google”, “google” şirkəti, mehriban əliyeva, müstəqillik günü
Mehriban Əliyeva paylaşım edib, “Google” isə bayrağımızın rənglərində dudl hazırlayıb
11:45 18.10.2024 (Yenilənib: 12:40 18.10.2024) Birinci vitse prezident sosial platformadakı hesabında müstəqilliyimizin bərpası ilə bağlı təbrik paylaşıb.
BAKI, 18 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib.
Sputnik Azərbaycan paylaşımı təqdim edir:
Qeyd edək ki, ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl hazırlayıb.
Azərbaycanın bayrağını klik edəndə “Azərbaycanda Müstəqilliyin Bərpası Günü” ilə bağlı informasiyaların yer aldığı saytlara, xəbər agentliklərinin səhifələrə keçid baş verir.
Dudl "Google" axtarış saytının əsas səhifəsində əlamətdar hadisələr münasibəti ilə yaradılan xüsusi açıqcaların adıdır.
Qeyd edək ki, bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür. 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.
Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33-cü ili tamam olur.