https://sputnik.az/20241018/deputat-boyuk-seher-belediyyelerinin-yaradilmasini-teklif-etdi-dovletin-yukunu-azaldaq-468151260.html
Deputat böyük şəhər bələdiyyələrinin yaradılmasını təklif etdi: Dövlətin yükünü azaldaq
Deputat böyük şəhər bələdiyyələrinin yaradılmasını təklif etdi: Dövlətin yükünü azaldaq
Sputnik Azərbaycan
Fazil Mustafa deyib ki, Bakı, Gəncə və Sumqayıtda böyük bələdiyyə yaradaraq bürokratik məsələləri həll etmək mümkündür. 18.10.2024, Sputnik Azərbaycan
2024-10-18T15:38+0400
2024-10-18T15:38+0400
2024-10-18T15:38+0400
məmur
siyasət
fazil mustafa
siyavuş novruzov
bələdiyyə
https://cdnn1.img.sputnik.az/img/42287/15/422871514_0:0:3077:1731_1920x0_80_0_0_e8ff9c969a45fa986c6a17c676b1527a.jpg
BAKI, 18 oktyabr— Sputnik. "Tullantıların daşınması bələdiyyələrə verilməli idi. İndiyə qədər verilmədi və səbəbini aydınlaşdırmaq da çətindir". Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, qəbiristanlıqların bələdiyyələrə verilməsi ilə bağlı qərar qəbul olunub: "2018-ci ildə Nazirlər Kabinetinin qərarı var. Qərarda göstərilir ki, yerli icra hakimiyyəti orqanları tabeliyində olan qəbiristanlıqları 3 ay müddətində bələdiyyələrə təhvil verməlidirlər və bu qərardan 6 il keçib". F.Mustafa qeyd edib ki, bələdiyyələri inkişafını təmin etməliyik: "Biz indiyə qədər böyük şəhər bələdiyyəsi yarada bilmədik. Bakı, Gəncə və Sumqayıtda böyük bələdiyyə yaradaraq bürokratik məsələləri də həll edə bilərik. Bu gün Bakının yüzlərlə problemi var ki, bu məsələdə bələdiyyənin hər hansı rolu yoxdur. Başqa yerlərdə görürük ki, nəqliyyatın idarəedilməsi bələdiyyənin əlindədir. Bu, dövlətin və icra orqanlarının da yükünü azaldacaq". 1400 bələdiyyə birləşir, ölkədə 685 bələdiyyə olacaq Qeyd edək ki, Milli Məclisin iclasında "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" qanun layihəsi müzakirə edilib və səsə qoyularaq qəbul edilib. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" qanuna əsasən, əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir: "Bu qanunun tələblərinə əsasən, birləşmə ilə bağlı bələdiyyələrin Milli Məclisə təqdim etdikləri rəylərə baxılıb və nəticədə 1400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində bələdiyyələrin ümumi sayının 684-ə endirilməsi nəzərdə tutulur. Bu addım bələdiyyələrdə idarəetmənin effektivliyinin artırılmasına, resurslardan qənaətlə istifadə edilməsinə, xidmətlərin keyfiyyətinin artırılmasına, regionların balanslı inkişafının təmin edilməsinə, bələdiyyələr arasında daha sıx əməkdaşlığın qurulmasına yönəlib". Xatırladaq ki, qanunvericiliyə əsasən, bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyətlə əlaqədar, tarixi və digər yerli xüsusiyyətləri, müvafiq yerli əhalinin rəyini nəzərə almaqla birləşərək, yaxud ayrılaraq yeni bələdiyyə təşkil edə bilərlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20241018/milli-meclis-belediyyelerle-bagli-qanunlara-deyisiklik-edir-468142044.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42287/15/422871514_0:0:2729:2047_1920x0_80_0_0_3a61489c7841a231ad6fbe6831ac14a3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
məmur, fazil mustafa, siyavuş novruzov, bələdiyyə
məmur, fazil mustafa, siyavuş novruzov, bələdiyyə
Deputat böyük şəhər bələdiyyələrinin yaradılmasını təklif etdi: Dövlətin yükünü azaldaq
Fazil Mustafa deyib ki, Bakı, Gəncə və Sumqayıtda böyük bələdiyyə yaradaraq bürokratik məsələləri həll etmək mümkündür.
BAKI, 18 oktyabr— Sputnik. "Tullantıların daşınması bələdiyyələrə verilməli idi. İndiyə qədər verilmədi və səbəbini aydınlaşdırmaq da çətindir".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, qəbiristanlıqların bələdiyyələrə verilməsi ilə bağlı qərar qəbul olunub:
"2018-ci ildə Nazirlər Kabinetinin qərarı var. Qərarda göstərilir ki, yerli icra hakimiyyəti orqanları tabeliyində olan qəbiristanlıqları 3 ay müddətində bələdiyyələrə təhvil verməlidirlər və bu qərardan 6 il keçib".
F.Mustafa qeyd edib ki, bələdiyyələri inkişafını təmin etməliyik: "Biz indiyə qədər böyük şəhər bələdiyyəsi yarada bilmədik. Bakı, Gəncə və Sumqayıtda böyük bələdiyyə yaradaraq bürokratik məsələləri də həll edə bilərik. Bu gün Bakının yüzlərlə problemi var ki, bu məsələdə bələdiyyənin hər hansı rolu yoxdur. Başqa yerlərdə görürük ki, nəqliyyatın idarəedilməsi bələdiyyənin əlindədir. Bu, dövlətin və icra orqanlarının da yükünü azaldacaq".
1400 bələdiyyə birləşir, ölkədə 685 bələdiyyə olacaq
Qeyd edək ki, Milli Məclisin iclasında "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" qanun layihəsi müzakirə edilib və səsə qoyularaq qəbul edilib.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" qanuna əsasən, əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir:
"Bu qanunun tələblərinə əsasən, birləşmə ilə bağlı bələdiyyələrin Milli Məclisə təqdim etdikləri rəylərə baxılıb və nəticədə 1400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində bələdiyyələrin ümumi sayının 684-ə endirilməsi nəzərdə tutulur. Bu addım bələdiyyələrdə idarəetmənin effektivliyinin artırılmasına, resurslardan qənaətlə istifadə edilməsinə, xidmətlərin keyfiyyətinin artırılmasına, regionların balanslı inkişafının təmin edilməsinə, bələdiyyələr arasında daha sıx əməkdaşlığın qurulmasına yönəlib".
Xatırladaq ki, qanunvericiliyə əsasən, bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyətlə əlaqədar, tarixi və digər yerli xüsusiyyətləri, müvafiq yerli əhalinin rəyini nəzərə almaqla birləşərək, yaxud ayrılaraq yeni bələdiyyə təşkil edə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.