https://sputnik.az/20241018/bakida-yasayis-binalarinda-da-xidmet-haqlari-bahalasdi---video-468156712.html
Bakıda yaşayış binalarında da xidmət haqları bahalaşdı - Video
Bakıda yaşayış binalarında da xidmət haqları bahalaşdı - Video
Sputnik Azərbaycan
Həmsöhbətimiz bildirib ki, belə halda sakinlərin MTK-ların müəyyən etdiyi qiymətlə razılaşmaqdan başqa çarəsi qalmır. 18.10.2024, Sputnik Azərbaycan
2024-10-18T21:38+0400
2024-10-18T21:38+0400
2024-10-18T22:02+0400
bakı
cəmiyyət
"kristal abşeron"
mtk
bina
bina tikintisi
çoxmərtəbəli bina
kommunal
mənzil kommunal təsərrüfat birliyi
"premium"
https://cdnn1.img.sputnik.az/img/42280/74/422807414_0:0:998:561_1920x0_80_0_0_a1b37d212f2a845c09f77052ebdab568.jpg
BAKI, 18 oktyabr — Sputnik. Bakıda yeni yaşayış komplekslərində aylıq xidmət haqları bahalaşıb. Bu barədə Sputnik Azərbaycan-a sakinlər məlumat verib. Bildirilib ki, artıq "Kristal Abşeron" yaşayış komplekslərindəki binalarda aylıq xidmət haqları artıb. "Kristal Abşeron" Yaşayış Kompleksinin Günəşlidə yerləşən binalarında aylıq qiymətlərdə 5 manat artım olub. Sakinlər bildiriblər ki, əvvəl 54 kvadratmetr sahəsi olan mənzillərə aylıq 24 manat xidmət haqqı ödəyirdilərsə, bu aydan qiymət 5 manat da bahalaşıb. Bu qiymət artımına heç bir səbəb göstərilməyib. "Kristal Abşeron" Yaşayış Kompleksindən isə gün ərzində məlumat veriləcəyi bildirilsə də, sonra vətəndaşların şikayətlərinin şirkətin mail ünvanına göndərməli olduqları bildirildi. Qeyd edək ki, Bakıda yeni tikilmiş çoxmənzilli yaşayış binalarının idarəedilməsi qanunla sakinlərin ixtiyarına verilməli olsa da, hələ də əksər tikinti şirkətləri inşa etdikləri binanın idarəedilməsini özləri həyata keçirirlər. Əmlak üzrə eskpert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeni yaşayış komplekslərində xidmət haqlarının artmasının səbəbi son aylar ölkədə baş vermiş qiymət artımlarıdır. O, bildirib ki, müxtəlif sahələrdə baş vermiş qiymət artımları xidmət sahələrindən də yan keçməyib. Ekspert maaş və pensiyalarda artımların da xidmət sahələrində bahalaşmaya rəvac verdiyini söyləyib. "Bir sıra sahələrədə əmək haqları artıb. İctimai nəqliyyatda və bəzi məhsulların qiymətində də bahalaşma var. Xidmət sahələrində işləyənlər çox az əmək haqqı alırlar. Şirkətlər öz işçilərinin əmək haqqını artırmaq, eləcə də digər xərcləri qarşılamaq üçün qiymət artımına getməyə məcburdurlar", Elnur Fərzəliyev söyləyib. Həmsöhbətimiz bildirib ki, belə halda sakinlərin MTK-ların müəyyən etdiyi qiymətlə razılaşmaqdan başqa çarəsi qalmır. Çünki, əksər yeni yaşayış komplekslərində binaların idarəedilməsi hələ də tikinti şirkətlərinin özləri tərəfindən həyata keçirilir. O, bəzi MTK-ların formal olaraq sakinlər arasında səsvermə keçirməklə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) yaratdığını, amma binanın faktiki idarəetməsinin MTK-lar tərəfindən aparıldığını söyləyib. Ekspert deyir ki, hazırki vəziyyətdə yeni yaşayış binalarının sakinlər tərəfindən idarəedilməsi effekt vermir. Hətta MMMC yaradılan binalarda da sakinlər yenidən idarəetməni MTK-lara geri qaytarırlar. E. Fərzəliyev problemdən çıxış yolunu yeni yaşayış binalarının vahid idaeəedilməsində görür. Ekspert deyib ki, Nazirlər Kabineti "Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 1 iyul 2010-cu il tarixli qərarında dəyişiklik edib. Bu qərara əsasən, bundan sonra çoxmənzilli binaların idarə olunmasında sahə mülkiyyətçiləri ilə yanaşı kirayəçilər də iştirak edə bilərlər. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir. "Qanunvericiliyə görə sakinlər binanın idarəedilməsi üçün sənədləri toplayıb İqtisadiyyat Nazirliyinə təqdim edirlər. Nazirlikdən təsdiq aldıqdan sonra həmin sənədlər Ədliyyə Nazirliyinə göndərilir. Daha sonra binanın idarə edilməsi üçün mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılır. Burada yığılan pullara, xərclərə sakinlər özləri nəzarət edirlər. Təcrübədə isə əksər hallarda bina sakinləri idarəetməni bacarmırlar. Çünki yığılan və xərclənən vəsaitə nəzarət çətinlik yaradır. Yaxşı olar ki, binanın idarəedilməsi bələdiyyələrə verilsin. İnkişaf etmiş ölkələrdə əksər idarəetmə sahələri bələdiyyələrdədir" - ekspert deyib. Fərzəliyev əlavə edib ki, inşa edilən çoxmərtəbəli binaların idarəçiliyinin MTK-dan alınaraq sakinlərin səlahiyyətinə verilməsi ilə bağlı müvafiq qanunlar var. Xatırladaq ki, prezident 2018-ci ilin 18 noyabr tarixində çoxmənzilli binaların istismara qəbulunun sürətləndirilməsi ilə bağlı fərman imzalanıb. Mənzil Məcəlləsinə 2019-cu ildə edilmiş dəyişikliklə binada yaşayan sakinlərin 50 faizinə mülkiyyət hüququ verilibsə MTK 6 ay ərzində ləğv olunmalıdır. Prezidentin müvafiq sərəncamından sonra isə MTK-ların ləğv olunma müddəti 1 aya endirilib. Yəni binanı inşa edən şirkət 1 ay ərzində ləğv olunalaraq yaşayış kompleksini tərk etməlidir. Bundan sonra binanın idarəedilməsi mənzil mülkiyyətçilərinin səlahiyyətinə verilməlidir. Amma illərdir Bakıdakı çoxmənzilli yeni yaşayış binalarını onu inşa edən şirkətlər idarə edir. Hazırda Bakıda binaların əksəriyyətinin idarəçiliyini həmin binanı inşa edən MTK-lar həyata keçirir. Elə MMMC-lərin idarə heyyətinin sərdi və üzvüləri də köhnə idarəedicilər olur. Onlar binanı tikən inşaat şirkətlərinin yaxın adamları olur. Məlumat üçün deyək ki, hazırda paytaxtda yaşayış komplekslərində xidmət haqları hər kvadrat metrə 20 qəpikdən başlayaraq 2 manatadək dəyişir. Premium yaşayış komplekslərində aylıq xidmət haqları daha bahadır. Bu qiymətə binanın və həyətinin təmizliyinin aparılması, məişət tullantılarının daşınması, lift pulu, eləcə də mühafizəsi daxildir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42280/74/422807414_124:0:872:561_1920x0_80_0_0_21dc21c1aa807689106026bb3ae9ebb7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bakı, "kristal abşeron", mtk, bina, bina tikintisi, çoxmərtəbəli bina, kommunal, mənzil kommunal təsərrüfat birliyi, "premium", mənzil məcəlləsi
bakı, "kristal abşeron", mtk, bina, bina tikintisi, çoxmərtəbəli bina, kommunal, mənzil kommunal təsərrüfat birliyi, "premium", mənzil məcəlləsi
Bakıda yaşayış binalarında da xidmət haqları bahalaşdı - Video
21:38 18.10.2024 (Yenilənib: 22:02 18.10.2024) Həmsöhbətimiz bildirib ki, belə halda sakinlərin MTK-ların müəyyən etdiyi qiymətlə razılaşmaqdan başqa çarəsi qalmır.
BAKI, 18 oktyabr — Sputnik. Bakıda yeni yaşayış komplekslərində aylıq xidmət haqları bahalaşıb. Bu barədə Sputnik Azərbaycan-a sakinlər məlumat verib.
Bildirilib ki, artıq "Kristal Abşeron" yaşayış komplekslərindəki binalarda aylıq xidmət haqları artıb. "Kristal Abşeron" Yaşayış Kompleksinin Günəşlidə yerləşən binalarında aylıq qiymətlərdə 5 manat artım olub.
Sakinlər bildiriblər ki, əvvəl 54 kvadratmetr sahəsi olan mənzillərə aylıq 24 manat xidmət haqqı ödəyirdilərsə, bu aydan qiymət 5 manat da bahalaşıb. Bu qiymət artımına heç bir səbəb göstərilməyib.
"Kristal Abşeron" Yaşayış Kompleksindən isə gün ərzində məlumat veriləcəyi bildirilsə də, sonra vətəndaşların şikayətlərinin şirkətin mail ünvanına göndərməli olduqları bildirildi.
Qeyd edək ki, Bakıda yeni tikilmiş çoxmənzilli yaşayış binalarının idarəedilməsi qanunla sakinlərin ixtiyarına verilməli olsa da, hələ də əksər tikinti şirkətləri inşa etdikləri binanın idarəedilməsini özləri həyata keçirirlər.
Əmlak üzrə eskpert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeni yaşayış komplekslərində xidmət haqlarının artmasının səbəbi son aylar ölkədə baş vermiş qiymət artımlarıdır. O, bildirib ki, müxtəlif sahələrdə baş vermiş qiymət artımları xidmət sahələrindən də yan keçməyib. Ekspert maaş və pensiyalarda artımların da xidmət sahələrində bahalaşmaya rəvac verdiyini söyləyib.
"Bir sıra sahələrədə əmək haqları artıb. İctimai nəqliyyatda və bəzi məhsulların qiymətində də bahalaşma var. Xidmət sahələrində işləyənlər çox az əmək haqqı alırlar. Şirkətlər öz işçilərinin əmək haqqını artırmaq, eləcə də digər xərcləri qarşılamaq üçün qiymət artımına getməyə məcburdurlar", Elnur Fərzəliyev söyləyib.
Həmsöhbətimiz bildirib ki, belə halda sakinlərin MTK-ların müəyyən etdiyi qiymətlə razılaşmaqdan başqa çarəsi qalmır. Çünki, əksər yeni yaşayış komplekslərində binaların idarəedilməsi hələ də tikinti şirkətlərinin özləri tərəfindən həyata keçirilir. O, bəzi MTK-ların formal olaraq sakinlər arasında səsvermə keçirməklə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) yaratdığını, amma binanın faktiki idarəetməsinin MTK-lar tərəfindən aparıldığını söyləyib. Ekspert deyir ki, hazırki vəziyyətdə yeni yaşayış binalarının sakinlər tərəfindən idarəedilməsi effekt vermir. Hətta MMMC yaradılan binalarda da sakinlər yenidən idarəetməni MTK-lara geri qaytarırlar.
E. Fərzəliyev problemdən çıxış yolunu yeni yaşayış binalarının vahid idaeəedilməsində görür.
Ekspert deyib ki, Nazirlər Kabineti "Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 1 iyul 2010-cu il tarixli qərarında dəyişiklik edib. Bu qərara əsasən, bundan sonra çoxmənzilli binaların idarə olunmasında sahə mülkiyyətçiləri ilə yanaşı kirayəçilər də iştirak edə bilərlər. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir.
"Qanunvericiliyə görə sakinlər binanın idarəedilməsi üçün sənədləri toplayıb İqtisadiyyat Nazirliyinə təqdim edirlər. Nazirlikdən təsdiq aldıqdan sonra həmin sənədlər Ədliyyə Nazirliyinə göndərilir. Daha sonra binanın idarə edilməsi üçün mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılır. Burada yığılan pullara, xərclərə sakinlər özləri nəzarət edirlər. Təcrübədə isə əksər hallarda bina sakinləri idarəetməni bacarmırlar. Çünki yığılan və xərclənən vəsaitə nəzarət çətinlik yaradır. Yaxşı olar ki, binanın idarəedilməsi bələdiyyələrə verilsin. İnkişaf etmiş ölkələrdə əksər idarəetmə sahələri bələdiyyələrdədir" - ekspert deyib.
Fərzəliyev əlavə edib ki, inşa edilən çoxmərtəbəli binaların idarəçiliyinin MTK-dan alınaraq sakinlərin səlahiyyətinə verilməsi ilə bağlı müvafiq qanunlar var.
Xatırladaq ki, prezident 2018-ci ilin 18 noyabr tarixində çoxmənzilli binaların istismara qəbulunun sürətləndirilməsi ilə bağlı fərman imzalanıb. Mənzil Məcəlləsinə 2019-cu ildə edilmiş dəyişikliklə binada yaşayan sakinlərin 50 faizinə mülkiyyət hüququ verilibsə MTK 6 ay ərzində ləğv olunmalıdır. Prezidentin müvafiq sərəncamından sonra isə MTK-ların ləğv olunma müddəti 1 aya endirilib. Yəni binanı inşa edən şirkət 1 ay ərzində ləğv olunalaraq yaşayış kompleksini tərk etməlidir. Bundan sonra binanın idarəedilməsi mənzil mülkiyyətçilərinin səlahiyyətinə verilməlidir. Amma illərdir Bakıdakı çoxmənzilli yeni yaşayış binalarını onu inşa edən şirkətlər idarə edir.
Hazırda Bakıda binaların əksəriyyətinin idarəçiliyini həmin binanı inşa edən MTK-lar həyata keçirir. Elə MMMC-lərin idarə heyyətinin sərdi və üzvüləri də köhnə idarəedicilər olur. Onlar binanı tikən inşaat şirkətlərinin yaxın adamları olur.
Məlumat üçün deyək ki, hazırda paytaxtda yaşayış komplekslərində xidmət haqları hər kvadrat metrə 20 qəpikdən başlayaraq 2 manatadək dəyişir. Premium yaşayış komplekslərində aylıq xidmət haqları daha bahadır. Bu qiymətə binanın və həyətinin təmizliyinin aparılması, məişət tullantılarının daşınması, lift pulu, eləcə də mühafizəsi daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.