Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başladı

© AR Ministry of DefenceQuru Qoşunlarında keçirilən taktiki-xüsusi təlim davam edir
Quru Qoşunlarında keçirilən taktiki-xüsusi təlim davam edir  - Sputnik Azərbaycan, 1920, 18.10.2024
Abunə olmaq
Toplanış müddətində hərbi vəzifəlilərə Azərbaycan Ordusunun arsenalında olan müasir silah və hərbi texnikaların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları, həmçinin sıra hazırlığının elementləri öyrədiləcək.
BAKI, 18 oktyabr - Sputnik. Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçən hərbi vəzifəlilər hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.
Toplanış müddətində hərbi vəzifəlilərə Azərbaycan Ordusunun arsenalında olan müasir silah və hərbi texnikaların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları, həmçinin sıra hazırlığının elementləri öyrədiləcək.
Təlim toplanışının əsas məqsədi ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
05.08.24, 12:33
Şərti düşmən hədəfləri yüksək dəqiqliklə məhv edilib - VİDEO
Quru Qoşunlarında keçirilən taktiki-xüsusi təlim davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müasir döyüş üsullarından istifadə edilməklə keçirilən təlimdə aşkar olunan şərti düşmən hədəflərinin artilleriya və zenit-raket qurğularından, eləcə də zirehli döyüş texnikaları üzərinə quraşdırılmış silahlardan məhv edilməsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra olunub:
"Bölmələrin qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib".
30.07.24, 19:06
Baş Qərargah rəisi Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, K.Vəliyev hərbi aviasiya bazalarından birində uçuş və texniki heyətlə görüşüb, hərbi aviasiyanın uçuş hazırlığının səviyyəsi, aviasiya vasitələrinin manevr imkanları və effektiv döyüş tətbiqi, habelə qalxma-enmə zolaqlarının mövcud vəziyyəti ilə maraqlanıb.
Hərbi Hava Qüvvələrinin Təlim və Tədris Mərkəzində təkmilləşdirmə kursunun kursantları ilə görüşən general-polkovnik tədris müddətində onların döyüş hazırlığı və peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, sərəncamda olan müasir silah və texnikanın praktiki mənimsənilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
24.07.24, 10:58
Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb
Müdafiə Nazirliyinin rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.
Nazirlikdən bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkənin bütün bölgələrində, o cümlədən azad edilmiş ərazilərdə hərbi qulluqçuların maddi-texniki təminatının və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması üzrə görülən işlərdən danışıb.
Azərbaycan Ordusunda aparılan islahatların müsbət nəticələrini qeyd edən nazir bu istiqamətdə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini əminliklə bildirib.
Sonda general-polkovnik Z.Həsənov hərbi qulluqçuların qayğıları ilə maraqlanıb, onların fərdi hazırlığının inkişaf etdirilməsi, eləcə də bilik və bacarıqlarının artırılmasına dair şəxsi heyətə müvafiq tövsiyələr verib.
25.04.24, 11:38
Zakir Həsənov Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimlərini şəxsən izləyib
2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimlərə cəlb edilən hərbi hissələrin bölmələri həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edərək cəmləşmə rayonlarında tərtibləniblər.
Müdafiə Nazirliyinin rəhbər heyəti ümumqoşun təlim mərkəzlərində keçirilən komanda-qərargah təlimlərinin gedişatını izləyib.
Səhra şəraitində açılan komanda idarəetmə məntəqəsinə gələn general-polkovnik Z.Həsənov əməliyyatların aparılması zamanı komandir və qərargah zabitlərinin xəritə üzərində qəbul edilən qərarlara dair məruzələrini dinləyib.
Bildirilib ki, keçirilən təlimdə əsas diqqət komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də onların mürəkkəb şəraitlərdə döyüş tapşırıqlarını idarəetmə qabiliyyətlərinin daha da təkmilləşdirilməsinə yönəldilib.
General-polkovnik Z.Həsənov təlimin gedişatını müsbət qiymətləndirib və döyüş hazırlığı tədbirlərinin müasir döyüş aparma üsulları nəzərə alınmaqla, daha keyfiyyətli keçirilməsi ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.
Xəbər lenti
0