DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukraynanın NATO-ya qəbulu ilə bağlı mövqeyini dəyişməyib - Şolts

© Sputnik / Павел БедняковAlmaniya federal kansleri Olaf Şolts
Almaniya federal kansleri Olaf Şolts - Sputnik Azərbaycan, 1920, 17.10.2024
Abunə olmaq
Şolts və Zelenski arasında görüş ötən cümə günü Berlində baş tutub.
BAKI, 17 oktyabr — Sputnik. Vladimir Zelenski ilə görüş Almaniya kansleri Olaf Şoltsun Ukraynanın NATO-ya daxil olma ehtimalı ilə bağlı mövqeyinə təsir etməyib. Berlin onu təcili olaraq alyansa qəbul etməyə hazır deyil.
Bu barədə "RİA Novosti" Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayta istinadən məlumat yayıb.
"Federal kanslerin və Federal Respublikasının əsas mövqeyində heç bir dəyişiklik yoxdur" – Hebeştrayt deyib.
Xatırladaq ki, Şolts və Zelenski arasında görüş ötən cümə günü Berlində baş tutub. Bildirilib ki, görüş zamanı ukraynalı siyasətçi Almaniya kanslerinin Kiyevdən Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirmək üçün Qərb silahlarından istifadə etməyə icazə verməsini istəyib. Ukraynanın NATO-ya daxil olması prosesinin sürətləndirilməsi məsələsi də qaldırılıb.
Qərb mətbuatının yazdığına görə, görüşün ardından Şolts hər iki mövzu ilə bağlı müsbət açıqlama verməyib.
Xəbər lenti
0