Пейзаж гор в городе Гусар - Sputnik Azərbaycan, 1920
BÖLGƏ
Azərbaycanla qonşu ölkələrdə və ərazilərdə baş verən hadisələr

Konstitusiya Məhkəməsinin son qərarı dövlət çevrilişi idi - Orbelyan

© AP Photo / Thanassis StavrakisErmənsitan
Ermənsitan - Sputnik Azərbaycan, 1920, 17.10.2024
Abunə olmaq
Sabiq nazir müavininin sözlərinə görə, 2018-ci ilin yazından Ermənistanda dəfələrlə dövlət çevrilişinə cəhdlər olub.
BAKI, 17 oktyabr — Sputnik. Konstitusiya Məhkəməsinin Ermənistanın Müstəqillik Bəyannaməsi ilə bağlı son qərarı dövlət çevrilişi idi. Bunu Ermənistan Ədliyyə Nazirliyi rəhbərinin keçmiş müavini, konstitusiya hüququ üzrə ekspert Aram Orbelyan Milli Assambleyada dinləmələr zamanı deyib.
Hüquqşünas qeyd edib ki, Konstitusiya Məhkəməsinin Bəyannaməni dəyərdən salmaq və onu hüquqi qüvvədən məhrum etmək hüququ yoxdur.

"Konstitusiya Məhkəməsi heç bir hüququ olmadan prosesi aparır və qanunsuz qərarlar verir", - Orbelyan bildirib.

Sabiq nazir müavininin sözlərinə görə, 2018-ci ilin yazından Ermənistanda dəfələrlə dövlət çevrilişinə cəhdlər olub: "Əvvəlcə Konstitusiya Məhkəməsinin ələ keçirilməsi yolu ilə məhkəmələrin faktiki zəbt edilməsi, daha sonra isə parlamentdə. İndi dövlətin konstitusiya əsaslarını sarsıtmağa cəhd edilir. Bunun ardınca onlar Konstitusiyanı ləğv etməyə çalışacaqlar. Sonra birdən qərar verə bilərlər ki, baş nazirə fövqəladə səlahiyyətlər verilməlidir.", Orbelyan qeyd edir.
Xatırladaq ki, sentyabrın 26-da Konstitusiya Məhkəməsi Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası üzrə komissiyalarının fəaliyyətinin əsasnaməsi ilə bağlı qərar qəbul edib. Məhkəmə sənədin ölkənin əsas qanunlarına uyğun olduğunu tanımaqla yanaşı, Ermənistanın Müstəqillik Bəyannaməsində əksini tapmış və Konstitusiyanın özündə yer almayan milli məqsədlərin heç bir hüquqi qüvvəyə malik olmadığı qənaətinə gəlib.
Xəbər lenti
0