Пейзаж гор в городе Гусар - Sputnik Azərbaycan, 1920
BÖLGƏ
Azərbaycanla qonşu ölkələrdə və ərazilərdə baş verən hadisələr

Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: ABŞ-dan İrəvana növbəti vəd

© SputnikErmənistan Müdafiə Nazirliyi
Ermənistan Müdafiə Nazirliyi - Sputnik Azərbaycan, 1920, 17.10.2024
Abunə olmaq
Asryan Vaşinqtonda ABŞ Ordu Qüvvələri Assosiasiyasının illik silah sərgisində iştirak etmək üçün ABŞ-da işgüzar səfərdədir.
BAKI, 17 oktyabr — Sputnik. ABŞ tərəfi İrəvana orduda islahatların aparılmasında dəstək vəd edib. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, bu məsələ Ermənistan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryanın ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlzla Braunla görüşündə müzakirə olunub.
"Görüş zamanı ikitərəfli maraq doğuran məsələlər müzakirə olunub, tərəflər müdafiə sahəsində erməni-amerikan əməkdaşlığının inkişafını qeyd ediblər", məlumatda bildirilir.
Asryan Vaşinqtonda ABŞ Ordu Qüvvələri Assosiasiyasının illik silah sərgisində iştirak etmək üçün ABŞ-da işgüzar səfərdədir.
Xəbər lenti
0