https://sputnik.az/20241016/turkiyede-guclu-zelzele-olub-tedris-dayandirilib---vdeo-468102185.html
Türkiyədə güclü zəlzələdə 200-ə yaxın şəxs xəsarət alıb - VİDEO
Türkiyədə güclü zəlzələdə 200-ə yaxın şəxs xəsarət alıb - VİDEO
Sputnik Azərbaycan
Zəlzələ Malatya vilayətində qeydə alınıb. Təbii fəlakət ətraf ərazilərdə də hiss edilib. 16.10.2024, Sputnik Azərbaycan
2024-10-16T17:51+0400
2024-10-16T17:51+0400
2024-10-16T17:53+0400
dünya xəbərləri
afad
zəlzələ
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e8/08/09/466570155_0:0:3640:2048_1920x0_80_0_0_e850e779641e2751ec593b4a9cd7ead3.jpg
BAKI, 16 oktyabr — Sputnik. Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 187 nəfər yaralanıb. Bu barədə ölkənin daxili işlər nazirliyi bildirib.Bildirilib ki, zəlzələ nəticəsində eyni zamanda iki bina ziyan görüb. Zəlzələ ilə əlaqədar ölkənin Malatya, Elazığ, Şanlıurfa, Batman ve Adıyaman vilayətlərində tədris prosesi bir günlük dayandırılıb.16.10.24, 14:27Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 4 nəfər yaralanıb. Bu barədə Malatya valisi Seddar Yavuz jurnalistlərə açıqlamasında deyib.Vali bildirib ki, həmin şəxslərdən biri eyvandan tullandığına, digərləri isə pilləkənləri sürətlə düşdüyünə görə xəsarət alıb.16.10.24, 13:05Türkiyədə baş verən güclü zəlzələ nəticəsində üç bina qismən çöküb. Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.Nazir qeyd edib ki, Malatya, Elazığ və Şanlıufa vilayətlərinin hər birində bir bina qismən çöküb. Nazir bildirib ki, insan itkisi barədə məlumat hələ ki yoxdur.A.Yerlikanın sözlərinə görə, zəlzələ ilə əlaqədar indiyə kimi 112 qaynar xəttinə 374 müraciət daxil olub. 16.10.24, 12:31Türkiyədə zəlzələnin baş verdiyi Malatya vilayətində təhsil müəssisələrində tədris birgünlük dayandırılıb. Bunu şəhər valisi Seddar Yavuz bildirib. Vali deyib ki, təbii fəlakətin nəticəsi olaraq mənfi məlumat hələ ki yoxdur. Türkiyədə 5.9 maqnitudalı zəlzələ olub. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Malatya vilayətində qeydə alınıb. Təbii fəlakət ətraf ərazilərdə də hiss edilib. Ölkənin daxili işlər naziri Ali Yerlikaya zəlzələ barədə bildirib ki, aidiyyəti qurumlar AFAD-la birgə ərazi araşdırmalarına başlayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/09/466570155_459:0:3190:2048_1920x0_80_0_0_417417d4bf358a07db65537618921582.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
afad, zəlzələ, türkiyə
Türkiyədə güclü zəlzələdə 200-ə yaxın şəxs xəsarət alıb - VİDEO
17:51 16.10.2024 (Yenilənib: 17:53 16.10.2024) Zəlzələ Malatya vilayətində qeydə alınıb. Təbii fəlakət ətraf ərazilərdə də hiss edilib.
BAKI, 16 oktyabr — Sputnik. Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 187 nəfər yaralanıb. Bu barədə ölkənin daxili işlər nazirliyi bildirib.
Bildirilib ki, zəlzələ nəticəsində eyni zamanda iki bina ziyan görüb. Zəlzələ ilə əlaqədar ölkənin Malatya, Elazığ, Şanlıurfa, Batman ve Adıyaman vilayətlərində tədris prosesi bir günlük dayandırılıb.
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 4 nəfər yaralanıb. Bu barədə Malatya valisi Seddar Yavuz jurnalistlərə açıqlamasında deyib.
Vali bildirib ki, həmin şəxslərdən biri eyvandan tullandığına, digərləri isə pilləkənləri sürətlə düşdüyünə görə xəsarət alıb.
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində üç bina qismən çöküb. Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Nazir qeyd edib ki, Malatya, Elazığ və Şanlıufa vilayətlərinin hər birində bir bina qismən çöküb. Nazir bildirib ki, insan itkisi barədə məlumat hələ ki yoxdur.
A.Yerlikanın sözlərinə görə, zəlzələ ilə əlaqədar indiyə kimi 112 qaynar xəttinə 374 müraciət daxil olub.
Türkiyədə zəlzələnin baş verdiyi Malatya vilayətində təhsil müəssisələrində tədris birgünlük dayandırılıb. Bunu şəhər valisi Seddar Yavuz bildirib.
Vali deyib ki, təbii fəlakətin nəticəsi olaraq mənfi məlumat hələ ki yoxdur.
Türkiyədə 5.9 maqnitudalı zəlzələ olub. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ Malatya vilayətində qeydə alınıb. Təbii fəlakət ətraf ərazilərdə də hiss edilib.
Ölkənin daxili işlər naziri Ali Yerlikaya zəlzələ barədə bildirib ki, aidiyyəti qurumlar AFAD-la birgə ərazi araşdırmalarına başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.