Tarixdə bu gün: 16 oktyabr – FOTO
© Sputnik / Elnur Salayev16 oktyabr
© Sputnik / Elnur Salayev
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 16 oktyabr — Sputnik. Oktyabrın 16-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Oktyabrın 16-da kimlər anadan olub?
Səməd bəy Mehmandarov (1855-1931) - Rusiya İmperator Ordusunun tam artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri (1918-1920) və Azərbaycan SSR hərbi xadimidir.
© Photo : Public domain General Səməd bəy Mehmandarov
General Səməd bəy Mehmandarov
© Photo : Public domain
Oskar Uayld (1854-1900) - irlandiyalı yazıçı və şairdir. O, son Viktoriya dövrünün ən məşhur dramaturqlarından biri, estetizm və Avropa modernizminin əsas simalarından biridir. Onun ən məşhur əsəri "Dorian Qreyin portreti"dir.
© Photo : Public DomenOskar Uayld
Oskar Uayld
© Photo : Public Domen
Ancela Lensberi (1925-2022) – ABŞ və İngiltərə aktrisası, müğənni, prodüser və yazıçıdır. O, altı "Toni", altı "Qızıl Qlobus" Mükafatlatları laureatıdır. Aktrisa həmçinin fəxri "Oskar" mükafatına da layiq görülüb. Ancela "Dorian Qreyin portreti", "Nildə ölüm" və s. filmlərdə rol alıb.
© AP Photo / Casey CurryAncela Lensberi
Ancela Lensberi
© AP Photo / Casey Curry
Hema Malini (1948) - hind aktrisası, rəqqasə, kino prodüser, kinorejissor və siyasətçidir. Ümumilikdə onun filmoqrafiyasına 160-dan çox film daxildir. Aktrisa ən yaxşı qadın roluna görə "Filmfare" mükafatına layiq görülüb. O, "Zita və Gita", "Əlibaba və qırx quldur", "Qisas və qanun" və s. filmlərdə bir mox obrazları canlandırıb.
© AP Photo / RAJESH NIRGUDEHema Malini
Hema Malini
© AP Photo / RAJESH NIRGUDE
Tim Robbins (1958) - ABŞ kinoaktyoru, kinorejissoru, ssenaristi və prodüseridir. O, "Durham öküzü", "İakov pilləkanı", "Oyunçu", "Şouşenkdən qaçış" və s. filmlərdəki rolları ilə məşhurlaşıb.
© AP Photo / Chris PizzelloTim Robbins
Tim Robbins
© AP Photo / Chris Pizzello
Dmitri Hvorostovski (1962-2017) - Sovet və Rusiya opera müğənnisi (bariton), RF xalq artistidir. O, Nyu-York Filarmoniyası, San Fransisko Simfoniyası, Rotterdam Filarmoniyası və s. orkestrlərlə çıxış edib.
16 oktyabr tarixində dünyada baş verən tarixi hadisələr
1907-ci ildə Rusiya ilə Almaniya arasında gizli Sankt-Peterburq protokolu imzalanıb. Tərəflər Baltik dənizində status-kvonu qoruyub saxlamaq və bu regionda ərazi mülklərinin toxunulmazlığına qarşılıqlı təminat vermək barədə, həmçinin tərəflər İsveç və Danimarka ilə onların ərazi bütövlüyünə dair sazişlər bağlamaq barədə razılığa gəliblər.
1950-ci ildə BMT Baş Assambleyası öz qətnaməsi ilə 16 oktyabr tarixini Beynəlxalq Çörək Günü elan edib.
1959-cu ildə Moskvada ilk yeraltı piyada keçidləri meydana çıxıb.
1964-cü ildə Çin ilk nüvə silahı sınağını keçirib.
2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndlərini erməni işğalından azad edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.