CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pensiya və müavinətlərin gecikməsi iddialarına rəsmi cavab

© Sputnik / Elvin AhmadPensiyaçı qadın, arxiv
Pensiyaçı qadın, arxiv - Sputnik Azərbaycan, 1920, 16.10.2024
Abunə olmaq
Əvvəlki aylarda olduğu kimi cari və növbəti ayların pensiyaları da ay yekunlaşmadan bank kartlarına köçürüləcək.
BAKI, 16 oktyabr — Sputnik. Dövlət Sosial Müdafiə Fondu pensiya və müavinətlərin gecikməsi ilə bağlı iddialara cavab verib. Sputnik Azərbaycan-ın məlumatına görə, DSMF-nin mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili bildirib ki, ölkə üzrə aylıq sosial ödənişlər, o cümlədən pensiyalar müvafiq ayın son günü ödənilməli olduğu halda müəyyən edilmiş qrafikə əsasən daha tez müddətlərdə ödənilir. Əvvəlki aylarda olduğu kimi cari və növbəti ayların pensiyaları da ay yekunlaşmadan bank kartlarına köçürüləcək.

"Qeyd olunanları nəzərə alaraq, hazırda müəyyən edilmiş qrafikə görə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, o cümlədən güzəştli şərtlərlə pensiya ödənişləri isə 20-28-i aralığında ödənilir", - deyə o, bildirib.

© SputnikDSMF-nin mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili
DSMF-nin mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili - Sputnik Azərbaycan, 1920, 16.10.2024
DSMF-nin mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili
DSMF-nin mətbuat xidmətinin rəhbəri onu da diqqətə çatdırıb ki, sosial ödənişlərin bank kartlarına köçürüləcəyi konkret tarixlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir:
"Bildirmək istərdik ki, təcrübədə cari ayın pensiya ödənişlərinin növbəti aya keçməsinə, yəni hər hansı gecikmə halına rast gəlinməyib".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
pensiya - Sputnik Azərbaycan, 1920, 04.10.2024
İQTİSADİYYAT
Özəl pensiya fondları yaradılsa, pensiyalar sürətlə arta bilər - Deputat
Xəbər lenti
0