https://sputnik.az/20241016/milli-xalca-muzeyinde-tikme-seneti-movzusunda-beynelxalq-konfrans-baslayib-468100227.html
Milli Xalça Muzeyində "Tikmə sənəti" mövzusunda beynəlxalq konfrans başlayıb
Milli Xalça Muzeyində "Tikmə sənəti" mövzusunda beynəlxalq konfrans başlayıb
Sputnik Azərbaycan
Tədbir Milli Xalça Muzeyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlığı Fondunun dəstəyi ilə... 16.10.2024, Sputnik Azərbaycan
2024-10-16T12:03+0400
2024-10-16T12:03+0400
2024-10-16T14:56+0400
xalça muzeyi
mədəniyyət
azərbaycan
konfrans
xix əsr
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/10/468105760_0:1:1280:721_1920x0_80_0_0_c7dd45c36acc504b0ebe265fd96bd550.jpg
BAKI, 16 oktyabr — Sputnik. Oktyabrın 16-da Azərbaycan Milli Xalça Muzeyində "Tikmə sənəti" adlı beynəlxalq elmi konfrans işinə başlayıb. Tədbir Milli Xalça Muzeyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlığı Fondunun dəstəyi ilə keçirilir. Konfransda Milli Xalça Muzeyinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova bildirib ki, dekorativ-tətbiqi sənətin müxtəlif növləri mövcuddur:O, ölkəmizdə qeyri-maddi mədəni irsinin daha yaxşı qorunması və təbliği istiqamətində Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işləri yüksək qiymətləndirib. Diqqətə çatdırılıb ki, hazırda dünyada dekorativ-tətbiqi sənətin bədii tikmə növünü yaşadan rəssam və sənətkarlarla yanaşı, bu sahədə tədqiqatlar aparan alim və mütəxəssislər, həmçinin Azərbaycan Milli Xalça Muzeyi kimi ixtisaslaşmış mədəniyyət müəssisələri fəaliyyət göstərir. Bunu nəzərə alaraq, təşkil edilən beynəlxalq elmi konfransın əsas məqsədi dünya xalqlarının ortaq mirası olan tikmələrlə bağlı tədqiqat işlərini genişləndirmək, bilikləri təkmilləşdirmək, faydalı fikir və təcrübə mübadiləsi aparmaqdır. Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov isə bildirib ki, qədim irsin yaşadılması və gələcək nəsillərə ötürülməsində muzeylərin böyük rolu var. O, xalçalarda naxış və ənənələrin qədim və müasir qarşılığı, bu ənənələrin toxuculuqda qorunması və muzeylərdə təbliği istiqamətində fikirlərini bölüşüb.Laçın şəhərinin 2025-ci il MDB-nin mədəniyyət paytaxtı elan edilməsini mühüm hadisə kimi dəyərləndirən C.Səlimxanov deyib ki, bu konfrans mədəni əməkdaşlığı daha da geşləndirəcək. Konfransın böyük əhəmiyyət daşıdığını söyləyən natiqb diqqətə çatdırıb ki, bu mədəni tədbirlər muzeylər arasında əməkdaşlığın, maraqlı birgə layihələrin ərsəyə gəlməsi üçün ideyaların verilməsi üçün çox vacibdir. Sonra Özbəkistan Təsviri İncəsənət Qalereyasının direktoru sənətşünaslıq üzrə elmlər doktoru, professor, eyni zamanda, sərginin kuratoru Kamola Akilovanın moderatorluğu ilə "Dünya xalqlarının bədii tikmə ənənələri" mövzusunda sessiya keçirilib. Sessiyada Rusiya, Azərbaycan, Qazaxıstan alimlərinin "Rusiya naxışlarda: güləbətin tikmə sənətinin ənənələri və müasirliyi", "Azərbaycan Milli Xalça Muzeyi kolleksiyasından XVII–XVIII əsrlərə aid iki ədəd unikal tikmələr haqqında" və "Tətbiqi sənətdə dekor etnik kimliyin əlaməti kimi" mövzularında məruzələr dinlənilib. Konfransda Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına yeni daxil olan XVII əsrin sonu - XVIII əsrin əvvəlinə aid iki bədii tikmə nümunəsi təqdim edilib. Təqdim edilən hər iki nadir tikmə nümunəsi Qarabağ sənətkarlarının əl işidir. XVII əsrin sonu – XVIII əsrin əvvəllərinə aid, kətan, yun və ipəkdən hazırlanmış birinci tikmə örtmə texnikasında hazırlanıb. Bu tikmə parça üzərinə çəkilmiş rəsm vasitəsilə icra olunub. Tikmənin ara sahəsi qəhvəyi rəngdədir və mərkəzində memarlıqda geniş istifadə edilən üç böyük, iki kiçik ölçülü səkkizguşəli medalyon təsvir edilib. Digər eksponat isə Qarabağda hazırlanmış XVII əsrin sonu – XVIII əsrin əvvllərinə aid tikmənin fraqmentidir. Ara sahənin tünd qəhvəyi rəngli yerliyində Qarabağın "Xətai" çeşnisinin bir hissəsi təqdim edilir. Kompozisiyaya xas ağ yerlikli qolların üzərində budağabənzər qarmaqvari elementlər, onların ətrafında isə stilizə edilmiş həndəsi elementlər və qoruyucu məna daşıyan əjdaha təsvirləri verilib. Konfrans oktyabrın 18-dək davam edəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/10/468105760_160:0:1121:721_1920x0_80_0_0_99ae695e9cbaf54bae49d87209cd159c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xalça muzeyi, azərbaycan, konfrans, xix əsr
xalça muzeyi, azərbaycan, konfrans, xix əsr
Milli Xalça Muzeyində "Tikmə sənəti" mövzusunda beynəlxalq konfrans başlayıb
12:03 16.10.2024 (Yenilənib: 14:56 16.10.2024) Tədbir Milli Xalça Muzeyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlığı Fondunun dəstəyi ilə keçirilir.
BAKI, 16 oktyabr — Sputnik. Oktyabrın 16-da Azərbaycan Milli Xalça Muzeyində "Tikmə sənəti" adlı beynəlxalq elmi konfrans işinə başlayıb.
Tədbir Milli Xalça Muzeyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlığı Fondunun dəstəyi ilə keçirilir.
Konfransda Milli Xalça Muzeyinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova bildirib ki, dekorativ-tətbiqi sənətin müxtəlif növləri mövcuddur:
"Bu növlərdən biri də bədii tikmə sənətidir. Xalqımız ta qədimdən öz geyiminə, eləcə də həyat və məişətdə istifadə etdiyi bir çox əşyalara gözəllik verməyə çalışmışdır. Geyim üzərində, habelə məişət əşyalarından - pərdə, örtük, süfrə, balış, mütəkkə və s. üzərində işlənilmiş bəzəklər xalq sənətinin ən çox yayılmış növü sayılan tikmə üsulu ilə icra olunmuşdur".
O, ölkəmizdə qeyri-maddi mədəni irsinin daha yaxşı qorunması və təbliği istiqamətində Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işləri yüksək qiymətləndirib.
Diqqətə çatdırılıb ki, hazırda dünyada dekorativ-tətbiqi sənətin bədii tikmə növünü yaşadan rəssam və sənətkarlarla yanaşı, bu sahədə tədqiqatlar aparan alim və mütəxəssislər, həmçinin Azərbaycan Milli Xalça Muzeyi kimi ixtisaslaşmış mədəniyyət müəssisələri fəaliyyət göstərir. Bunu nəzərə alaraq, təşkil edilən beynəlxalq elmi konfransın əsas məqsədi dünya xalqlarının ortaq mirası olan tikmələrlə bağlı tədqiqat işlərini genişləndirmək, bilikləri təkmilləşdirmək, faydalı fikir və təcrübə mübadiləsi aparmaqdır.
"Konfransa Azərbaycan, Belarus, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan tədqiqatçılar qatılıb. Akademik sessiyalarda "Tikmə sənətində təsvir və naxışların semantikası", "Müxtəlif ölkələrin yerli tikmə məktəbləri", "Tikmə ənənəvi geyim bəzəyi kimi", "Tikmələrin bərpa və konservasiyası", "Tikmə sənəti müasirlik kontekstində" kimi mövzular müzakirə olunacaq", - muzeyin direktoru vurğulayıb.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov isə bildirib ki, qədim irsin yaşadılması və gələcək nəsillərə ötürülməsində muzeylərin böyük rolu var. O, xalçalarda naxış və ənənələrin qədim və müasir qarşılığı, bu ənənələrin toxuculuqda qorunması və muzeylərdə təbliği istiqamətində fikirlərini bölüşüb.
Laçın şəhərinin 2025-ci il MDB-nin mədəniyyət paytaxtı elan edilməsini mühüm hadisə kimi dəyərləndirən C.Səlimxanov deyib ki, bu konfrans mədəni əməkdaşlığı daha da geşləndirəcək. Konfransın böyük əhəmiyyət daşıdığını söyləyən natiqb diqqətə çatdırıb ki, bu mədəni tədbirlər muzeylər arasında əməkdaşlığın, maraqlı birgə layihələrin ərsəyə gəlməsi üçün ideyaların verilməsi üçün çox vacibdir.
Sonra Özbəkistan Təsviri İncəsənət Qalereyasının direktoru sənətşünaslıq üzrə elmlər doktoru, professor, eyni zamanda, sərginin kuratoru Kamola Akilovanın moderatorluğu ilə "Dünya xalqlarının bədii tikmə ənənələri" mövzusunda sessiya keçirilib. Sessiyada Rusiya, Azərbaycan, Qazaxıstan alimlərinin "Rusiya naxışlarda: güləbətin tikmə sənətinin ənənələri və müasirliyi", "Azərbaycan Milli Xalça Muzeyi kolleksiyasından XVII–XVIII əsrlərə aid iki ədəd unikal tikmələr haqqında" və "Tətbiqi sənətdə dekor etnik kimliyin əlaməti kimi" mövzularında məruzələr dinlənilib.
Konfransda Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına yeni daxil olan XVII əsrin sonu - XVIII əsrin əvvəlinə aid iki bədii tikmə nümunəsi təqdim edilib. Təqdim edilən hər iki nadir tikmə nümunəsi Qarabağ sənətkarlarının əl işidir. XVII əsrin sonu – XVIII əsrin əvvəllərinə aid, kətan, yun və ipəkdən hazırlanmış birinci tikmə örtmə texnikasında hazırlanıb. Bu tikmə parça üzərinə çəkilmiş rəsm vasitəsilə icra olunub. Tikmənin ara sahəsi qəhvəyi rəngdədir və mərkəzində memarlıqda geniş istifadə edilən üç böyük, iki kiçik ölçülü səkkizguşəli medalyon təsvir edilib. Digər eksponat isə Qarabağda hazırlanmış XVII əsrin sonu – XVIII əsrin əvvllərinə aid tikmənin fraqmentidir. Ara sahənin tünd qəhvəyi rəngli yerliyində Qarabağın "Xətai" çeşnisinin bir hissəsi təqdim edilir. Kompozisiyaya xas ağ yerlikli qolların üzərində budağabənzər qarmaqvari elementlər, onların ətrafında isə stilizə edilmiş həndəsi elementlər və qoruyucu məna daşıyan əjdaha təsvirləri verilib.
Konfrans oktyabrın 18-dək davam edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.