https://sputnik.az/20241016/milli-qehreman-mubariz-brahimovun-atasi-vefat-edib-468101791.html
Milli Qəhrəman Mübariz İbrahimovun atası vəfat edib
Milli Qəhrəman Mübariz İbrahimovun atası vəfat edib
Sputnik Azərbaycan
Şəhid atası bu gün infarkt keçirib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün... 16.10.2024, Sputnik Azərbaycan
2024-10-16T14:53+0400
2024-10-16T14:53+0400
2024-10-16T15:03+0400
milli
cəmiyyət
qəhrəman
ata
mübariz ibrahimov
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/10/468101623_0:0:1200:676_1920x0_80_0_0_2e1af62d55ebe45fd195ad465d5fba47.jpg
BAKI, 16 oktyabr — Sputnik. Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov vəfat edib. Şəhid atası bu gün infarkt keçirib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, A.İbrahimov bir neçə il bundan öncə açıq ürək əməliyyatı keçirmişdi. Xatırladaq ki, İbrahimov Mübariz Ağakərim oğlu 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində təhsil almağa başlayıb, 2005-ci ildə orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. İki il mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən orduya qayıtmağa qərar verib və öz arzusu ilə gizir rütbəsində, cəbhə bölgəsində hərbi xidmətə başlayıb. Əsir düşən ana-bacılarımız, şəhid olan və yaralanan əsgər qardaşlarının taleyi, Qarabağ savaşında yurdundan didərgin düşmüş yüz minlərlə soydaşımızın dərd-səri Mübarizə rahatlıq vermirdi, onun qisas almaq duyğularını alovlandırırdı. Elə bu səbəbdən 2010-cu il iyunun 19-da Tərtər istiqamətində, gecə saat 23 radələrində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçən Mübariz Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini ilk həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək beş saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Qorxmaz döyüşçü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. Prezident İlham Əliyevin Sərəncamı ilə gizir Mübariz İbrahimova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Prezidentin başqa bir Sərəncamı ilə Milli Qəhrəmanın xatirəsi əbədiləşdirilib. Ölümü ilə əfsanəyə dönən qəhrəmanımız bu gün də unudulmur, sevgi ilə yad edilir, hərbi xidmətə yollanan əsgərlərimizə nümunə göstərilir. Milli Qəhrəmanın döyüş yolunun, vətənpərvərlik, qəhrəmanlıq nümunəsinin gənc nəslə aşılanması üçün doğulduğu kənddə ev muzeyi yaradılıb. Burada Mübariz İbrahimovun şəxsi əşyaları, onun həyatını əks etdirən eksponatlar yer alır.Allah rəhmət eləsin!Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/10/468101623_0:0:1068:800_1920x0_80_0_0_2537c9aa8d7661574d9e90dcc67937c8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
milli, qəhrəman, ata, mübariz ibrahimov, azərbaycan
milli, qəhrəman, ata, mübariz ibrahimov, azərbaycan
Milli Qəhrəman Mübariz İbrahimovun atası vəfat edib
14:53 16.10.2024 (Yenilənib: 15:03 16.10.2024) Şəhid atası bu gün infarkt keçirib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
BAKI, 16 oktyabr — Sputnik. Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov vəfat edib.
Şəhid atası bu gün infarkt keçirib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, A.İbrahimov bir neçə il bundan öncə açıq ürək əməliyyatı keçirmişdi.
Xatırladaq ki, İbrahimov Mübariz Ağakərim oğlu 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində təhsil almağa başlayıb, 2005-ci ildə orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
İki il mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən orduya qayıtmağa qərar verib və öz arzusu ilə gizir rütbəsində, cəbhə bölgəsində hərbi xidmətə başlayıb.
Əsir düşən ana-bacılarımız, şəhid olan və yaralanan əsgər qardaşlarının taleyi, Qarabağ savaşında yurdundan didərgin düşmüş yüz minlərlə soydaşımızın dərd-səri Mübarizə rahatlıq vermirdi, onun qisas almaq duyğularını alovlandırırdı. Elə bu səbəbdən 2010-cu il iyunun 19-da Tərtər istiqamətində, gecə saat 23 radələrində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçən Mübariz Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini ilk həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək beş saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Qorxmaz döyüşçü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
Prezident İlham Əliyevin Sərəncamı ilə gizir Mübariz İbrahimova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Prezidentin başqa bir Sərəncamı ilə Milli Qəhrəmanın xatirəsi əbədiləşdirilib.
Ölümü ilə əfsanəyə dönən qəhrəmanımız bu gün də unudulmur, sevgi ilə yad edilir, hərbi xidmətə yollanan əsgərlərimizə nümunə göstərilir. Milli Qəhrəmanın döyüş yolunun, vətənpərvərlik, qəhrəmanlıq nümunəsinin gənc nəslə aşılanması üçün doğulduğu kənddə ev muzeyi yaradılıb. Burada Mübariz İbrahimovun şəxsi əşyaları, onun həyatını əks etdirən eksponatlar yer alır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.