DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Maduro Maskı dövlət çevrilişində ittiham edib

© AP Photo / Czarek Sokolowskiİlon Mask, arxiv
İlon Mask, arxiv - Sputnik Azərbaycan, 1920, 16.10.2024
Abunə olmaq
İddiaya görə, Maskdan alınan maliyyə vəsaiti müxalifət liderlərindən biri olan Mariya Korina Maçado tərəfindən bölüşdürülüb.
BAKI, 16 oktyabr — Sputnik. Venesuela prezidenti Nikolas Maduro amerikalı iş adamı İlon Maskın prezident seçkilərindən sonra ölkədə dövlət çevrilişinə cəhdi maliyyələşdirmək üçün ən azı 1 milyard dollar xərclədiyini iddia edib. Venesuelada seçkilər iyulun 28-də baş tutub və ardıcıl üçüncü müddətdir ki, Maduro qalib gəlib.
Venesuela prezidenti deyib ki, radikal müxalifət ölkədə sabitliyi pozmağa çalışır. O əmindir ki, çevriliş cəhdinin arxasında ABŞ və Şimali Amerika İmperiyasının davam edən sui-qəsdi dayanır. İddialara görə, Maskdan alınan maliyyə vəsaiti müxalifət liderlərindən biri olan Mariya Korina Maçado tərəfindən bölüşdürülüb.
O əlavə edib ki, Venesuelada qanunlar, həqiqət, dövlətçilik, nizam və sülh hökm sürür.
Səlahiyyətlilərə görə, Nikolas Maduro 51,95% səs toplayıb. O, 2013-cü ildən prezident vəzifəsini icra edir. Müxalifət seçkilərin nəticələrini tanımayıb. Karakasda kütləvi etirazlar başlayıb, mindən çox adam saxlanılıb. Venesuela Müdafiə Nazirliyinin rəhbəri Padrino Lopez müxalifəti dövlət çevrilişinə cəhddə ittiham edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0