https://sputnik.az/20241016/gurcustan-dtx-mumkun-texribatlarla-elaqedar-xalqa-muraciet-edib-468100092.html
Gürcüstan DTX mümkün təxribatlarla əlaqədar xalqa müraciət edib
Gürcüstan DTX mümkün təxribatlarla əlaqədar xalqa müraciət edib
Sputnik Azərbaycan
Qurumun məlumatında deyilir ki, siyasi dairələrlə əlaqəli qruplar Gürcüstan hökumətinin nümayəndələrinin səslərindən və videogörüntülərindən istifadə edilərək... 16.10.2024, Sputnik Azərbaycan
2024-10-16T18:33+0400
2024-10-16T18:33+0400
2024-10-16T18:33+0400
irakli kobaxidze
dünya xəbərləri
gürcüstan
xalqa müraciət
https://cdnn1.img.sputnik.az/img/07e7/03/09/452514619_0:160:3072:1888_1920x0_80_0_0_7472a1a9cf76837b6efca2f38060ceae.jpg
BAKI, 16 oktyabr — Sputnik. Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) seçkilər ərəfəsində planlaşdırılan mümkün təxribatlar barədə xalqa xəbərdarlıq edib. Qurumun məlumatında deyilir ki, siyasi dairələrlə əlaqəli qruplar Gürcüstan hökumətinin nümayəndələrinin səslərindən və videogörüntülərindən istifadə edilərək saxta video və audioyazılarını yaymağı planlaşdırırlar. Saxtalaşdırılmış audioyazılar Dövlət Təhlükəsizlik Xidmətindən sızdırılmış məlumatlar kimi təqdim ediləcək. Bu saxta məlumatın yayılmasının məqsədi hakimiyyət qolları arasında qarşıdurma, hökumətlə Pravoslav Kilsəsi arasında düşmənçilik yaratmaq və hökumətlə Qərb tərəfdaşları arasında münasibətləri pisləşdirməkdir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə planlaşdırılan təxribatlarla bağlı Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatını şərh edərkən deyib ki, heç bir təxribat seçkilərin nəticələrinə təsir edə bilməz. "Söhbət ölkəmizə xeyir arzulamayan siyasi qüvvələrdən gedir. Bu qüvvələr həm ölkə daxilində, həm də xaricdə fəaliyyət göstərir – "radikal müxalifət" və onların xarici himayədarları. Düşünürəm ki, belə hərəkətlər seçkilərin nəticələrinə heç bir təsir göstərməyəcək. Yaxşıdır ki, dövlət qurumlarımız və Dövlət Təhlükəsizlik Xidməti ayıq-sayıqdır", İrakli Kobaxidze bildirib. Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/09/452514619_171:0:2902:2048_1920x0_80_0_0_5b8d16acf31b68e656ec023cbe226c9c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
irakli kobaxidze, gürcüstan, xalqa müraciət
irakli kobaxidze, gürcüstan, xalqa müraciət
Gürcüstan DTX mümkün təxribatlarla əlaqədar xalqa müraciət edib
Qurumun məlumatında deyilir ki, siyasi dairələrlə əlaqəli qruplar Gürcüstan hökumətinin nümayəndələrinin səslərindən və videogörüntülərindən istifadə edilərək saxta video və audioyazılarını yaymağı planlaşdırırlar.
BAKI, 16 oktyabr — Sputnik. Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) seçkilər ərəfəsində planlaşdırılan mümkün təxribatlar barədə xalqa xəbərdarlıq edib.
Qurumun məlumatında deyilir ki, siyasi dairələrlə əlaqəli qruplar Gürcüstan hökumətinin nümayəndələrinin səslərindən və videogörüntülərindən istifadə edilərək saxta video və audioyazılarını yaymağı planlaşdırırlar. Saxtalaşdırılmış audioyazılar Dövlət Təhlükəsizlik Xidmətindən sızdırılmış məlumatlar kimi təqdim ediləcək.
Bu saxta məlumatın yayılmasının məqsədi hakimiyyət qolları arasında qarşıdurma, hökumətlə Pravoslav Kilsəsi arasında düşmənçilik yaratmaq və hökumətlə Qərb tərəfdaşları arasında münasibətləri pisləşdirməkdir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə planlaşdırılan təxribatlarla bağlı Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatını şərh edərkən deyib ki, heç bir təxribat seçkilərin nəticələrinə təsir edə bilməz.
"Söhbət ölkəmizə xeyir arzulamayan siyasi qüvvələrdən gedir. Bu qüvvələr həm ölkə daxilində, həm də xaricdə fəaliyyət göstərir – "radikal müxalifət" və onların xarici himayədarları. Düşünürəm ki, belə hərəkətlər seçkilərin nəticələrinə heç bir təsir göstərməyəcək. Yaxşıdır ki, dövlət qurumlarımız və Dövlət Təhlükəsizlik Xidməti ayıq-sayıqdır", İrakli Kobaxidze bildirib.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.